воскресенье, 9 августа 2015 г.

Informatika cavablar

Informatika -kitab-cavablar

1.İnformasiya cəmiyyəti , İC (en. Information Society, ru. Информационное общество)
1.     Elə cəmiyyətdir ki, burada əhalinin böyük hissəsi müasir informasiya texnologiyalarından istifadə etməklə informasiyanın, ən əsası isə onun ali forması olan biliyin istehsalı, saxlanması, emalı və ötürülməsi ilə məşğul olur.
2.     IC postsənaye cəmiyyətinin konsepsiyasıdır; istehsalatın əsas məhsulunu informasiya və bilik təşkil edən sivilizasiyanın inkişafının yeni tarixi fazasıdır.
İnformasiya cəmiyyətinə xas olan münasibətlər informasiyalaşdırma prosesinin uğurlu başa çatdırılması nəticəsində formalaşır.
İC-nin fərqləndirici cəhəti:
·         Cəmiyyətin həyatında informasiya və biliyin rolunun artması;
·         daxili məhsulların axınında informasiya kommunikasiyalarının, məhsullarının və xidmətlərinin payının artması;
·         insanların effektiv informasiya qarşılıqlı əlaqələrini, dünya informasiya resurslarına müraciətlərini təmin edən və onların informasiya məhsullarına və xidmətlərinə olan tələbatlarını təmin edən qlobal informasiya fəzasının yaradılmasıır.

2.İnformasiya təhlükəsizliyi

İnformasiya təhlükəsizliyi (en. Information Security, ru. Информационная безопасность)  informasiya və ona xidmət edən infrastrukturun sahibi və ya istifadəçilərinə ziyan vurmağa səbəb olan təbii və ya süni xarakterli, təsadüfi və ya qəsdli təsirlərdən informasiya və ona xidmət edən infrastrukturun mühafizəli olmasıdır. [1]

İnformasiyanın mühafizəsi – informasiya təhlükəsizliyinin təmin olunmasına yönəlmiş tədbirlər kompleksidir.Təhdid dedikdə kiminsə maraqlarına ziyan vurmağa səbəb ola bilən potensial mümkün hadisə, şərait, hərəkət, proses və s. nəzərdə tutulur. İnformasiya təhlükəsizliyinin üç aspekti

1.     əlyetənlik − yolverilən vaxt ərzində tələb olunan informasiya resursunu, informasiya xidmətini əldə etmək imkanı;
2.     tamlıq − informasiyanın əvvəlcədən müəyyən edilmiş şəkil və keyfiyyəti saxlaması xassəsi;
3.     konfidensiallıq − informasiyanın icazəsiz girişlərdən məxfi saxlanılması xassəsidir.

3. Elektron sənəd və elektron imza

Elektron imza (en. Electronic signature, ru. Электронная подпись) – elektron formada olan verilənlər yığımıdır, digər verilənlərlə (elektron sənəd, proqram faylları və s.) məntiqi əlaqəli olur və bu verilənlər yığımını yaradan (generasiya edən) şəxsi birqiymətli identifikasiya etməyə imkan verir.[1]
Elektron rəqəm imzası (en. Digital signature, ru. Электронная цифравая подпись)
1.     Elektron imzanın növlərindən biridir, asimmetrik şifrələməyə əsaslanan texnologiyadan ibarətdir. Rəqəm imzası konkret məlumata ( mətnə, fayla və ya ixtiyari uzunluqlu istənilən bitlər yığımına) məlumatın müəllifliyindən imtinanın qeyri-mümkünlüyünə zəmanət kimi şərtləri təmin etməyə imkan verən qeyd olunmuş (sabit) uzunluqlu informasiya blokudur.
2.     Fiziki şəxsin əllə yazılmış imzasının analoqu olub, bağlı ERİ açarından istifadə etməklə elektron verilənlərin kriptoqrafik dəyişmə nəticəsində simvollar ardıcıllığı kimi təsvir edilir. Bağlı ERİaçarı açıq ERİ açar istifadəçisinin informasiyanın tamlığını və dəyişməzliyini təyin etməyə şərait yaradır.
6.İnformatika kursunun məqsədi.
 İnformatika fənni təliminin əsas məqsədi insanlarda məntiqi və alqoritmik təfəkkür tərzini, məsələlərin səmərəli həlli üsullarının seçilməsinə yönəlmiş yaradıcı və əməli düşünmə qabiliyyətlərini formalaşdırmaq, həmçinin onların gündəlik qarşılaşdıqları problemlərin həlli üçün tələb olunan zəruri informasiyaları kompyuter vasitəsilə ala bilmələri sahəsində texniki bacarıq və vərdişlərin öyrədilməsidir. Hazırda cəmiyyətin və onun bütün sahələrinin inkişafı İnternetin artmaqda olan intellektual imkanlarından və informasiya resurslarından geniş istifadə olunması ilə əlaqədardır. Ona görə də konkret halda ”İnformatika” kursunun tədrisinin əsas məqsədi və vəzifəsi insanları informatikanın elm və informasiya sənayesi sahəsi kimi, həmçinin fərdi kompyuterlərin və İnternetin müasir vəziyyəti ilə, eləcə də ən müasir informasiya kommunikasiya texnologiyalarının imkanları və tətbiq dairələri ilə tanış etmək, onlarda həmin texnologiyalardan səmərəli istifadə sahəsində vərdişlər aşılamaqdır.
7.İnformatika elminin predmeti.

İnformatika fənni informasiyanın toplanması, saxlanması, işlənməsi (emalı), ötürülməsi və bu proseslərdə istifadə edilən kompüterlər və digər qurğuları öyrənir.
İnformatikanın üç əsas tərkib hissəsi vardır:
1.      Texniki təminat – EHM-lar və qurğular (Hard Ware);
İnformasiyanın toplanması, saxlanması, emalı və ötürülməsi üçün istifadə edilən EHM-ları, digər qurğular, onların iş prinsipi, quruluşu və s. öyrənilir.
2.      Proqram təminatı- (Soft Ware);
İstifadə edilən qurğuların idarə olunması, əlaqələndirilməsi, informasiya emalı ilə əlaqədar proseslərin yerinə yetirilməsi və  qoyulmuş məsələlərin həlli proqramları öyrənilir.
3.      Alqoritmlər və məsələnin EHM-də həlli üçün nəzəri üsullar (Brain Ware).
“İnformatika” termini ilk dəfə XX əsrin 60-cı illərində fransız mütəxəssisləri tərəfindən istifadə edilmişdir. Bu termin “informasiya” və “avtomatika” sözlərinin birləşdirilməsindən alınmışdır.
8.İnformatika fənninin əhəmiyyəti və vəzifələri.
Informatikanın ən mühüm və vacib fənlərdən biri kimi əksər dünya ölkələrinin təhsil sistemlərində öyrənilməsinə xüsusi diqqət yetirilir. Informatika insanın zehni inkişafına kömək edir, məntiqi təfəkkürün formalaşmasında, mühakimə və dərketmə qabiliyyətlərinin yüksəlməsində əhəmiyyətli rol oynayır. İnformatika bir elm sahəsi kimi gündəlik həyatda, dəqiq və humanitar elm sahələrinin inkişafında, texnika və müasir texnologiyaların təkmilləşdirilməsi prosesində ortaya çıxan problemlərin həllində insanların yaxın köməkçisinə çevrilir. İnformatika insanların elmi, praktiki biliklərinin genişlənməsində, yeni ixtisaslara yiyələnməsində mühüm rol oynayır.  İnsanlar informasiya mədəniyyətinə, kompyuter savadına yiyələndikcə əmək bacarıqlarını müəyyənləşdirir, gələcəkdə həyat şəraitini daha səmərəli qurmaq imkanı əldə edirlər.
9.İnformatika fənninin əsas tərkib hissələri.
İnformatika fənni üzrə ümumi təlim nəticələrinin reallaşdırılmasını təmin etmək üçün fənnin əsas məzmununun zəruri hesab edilən aşağıdakı tərkib hissələri mövcuddur: a)İnformasiya və informasiya prosesləri. İnformasiya öyrənilən obyektlər və hadisələr haqqında olan bilik və məlumatları göstərir. Həmin biliklər müəyyən faktlar və onlar arasındakı asılılıqlar şəklində ifadə olunur.
Formallaşdirma, modelləşdirmə, alqoritmləşdirmə və proqramlaşdirma. Kompyuterlərdən istifadə etməklə obyektin modelinin qurulması bir neçə zəruri mərhələləri əhatə edir. Formallaşdırma mərhələsində tədqiqat obyekti haqqında olan nəzəri fikirlər, müvafiq anlayışlar, əsas təsiredici amillər, inkişaf göstəriciləri, asılılıqlar, qanunauyğunluqlar və s. əsasında onun konseptual modeli qurulur. Konseptual modelin izahı riyazi simvolların dilinə çevrilir: yəni obyektin riyazi modeli yaradılır. Riyazi modelin reallaşdırılması üçün həll alqoritmi işlənilir və həmin alqoritm proqramlaşdırma dillərinin köməyi ilə kompyuter proqramına çevrilir. Alınmış kompyuter modelinə tədqiqat obyektinə aid real informasiyalar daxil edilir və nəticədə obyektin informasiya modeli alınır. Məhz bu model imkan verir ki, müəyyən dəqiqliklə obyektin vəziyyəti haqqında real situasiya öyrənilsin, onun nəticələri proqnoz edilsin və müəyyən eksperimentlər aparılsın. Proqramlaşdırma dillərinin köməyilə intellektual xüsusiyyətlərə malik olan bütün kompyuter proqramlarının yaradılması da riyazi üsul və vasitələrdən istifadə etməklə həyata keçirilir. Məhz bu cür proqramların meydana gəlməsi ilə də süni intellekt anlayışı formalaşır

10. Elmi tədqiqat işlərinin yerinə yetirilməsində IKT-nin rolu və yeri

Alim və mütəxəssislərin zəruri elmi informasiyalarla vaxtında təmin edilməməsi elmin və sənayenin inkşaf tempinin düşməsinə apara bilər. Bunun qarşısı isə yalnız ən yeni İKT-dan istifadə etməklə, informasiya fondlarını elektronlaşdırmaqla almaq olar. Əksər sahə və akademik elmi tədqiqat institutları, kitabxanaları, muzeyləri, arxivləri kompyuterləşdirilmiş və İnternetə qoşulmuşdur. Bununla yanaşı bir çox məsələlərin həlli də həyata keçirməlidir:
·         İnformasiya resuslarının elektronlaşması;
·         Müasir informasiya resuslarından alim və mütəxəssislərin sərbəst istifadə imkanı;
·         Rəqəm kitabxanalar şəbəkəsinin yaradılması və sərbəst istifadə edilməsi;
·         ET-da kompyuter modelləşdirmənin, statistik təhlil və s. kimi müasir tədqiqat metodlarının tətbiqi;
·         Elmi verilənlər bazasına girişin təmini;
·         Elmi informasiyaların ümumiləşdirilməsi, sistemləşdirilməsi vasitələrinin işlənməsi;
·         İnformasiya mərkəzləri və fondları arasında səmərəli əlaqənin qurulması;
·         Alim və mütəxəssislərin müəlliflik hüququnun tanınması və qorunması;
·         Elektron kəşflərin hüquqi statusunun müəyyənləşdirilməsi və s.

11. İnformatikanin və IKT-nin digər elm sahələrində tətbiqi

İnformatikanın son dövrlərdəki inkişafı onu hesablama texnikasının köməyi ilə verilənlərin emalının üsul və vasitələri haqqında olan texniki bir fənndən, nəinki texniki sistemlərdə, həmçinin təbiətdə və cəmiyyətdə informasiya və informasiya prosesləri haqqında olan fundamental elmə çevirdi.  İnformatika həmçinin elmlər sistemində birləşdirici funksiyasını yerinə yetirərək bir sıra yeni elmi istiqamətlərin yaranmasına və inkişafına səbəb olmuşdur. İnformatikanın çox tətbiq olunan sahələrindən biri iqtisadiyyat olduğundan və iqtisadi sahələrə aid daha çox informasiyaların emalına xüsisi ehtiyac yarandığından informatika ilə iqtisadiyatın çox cəhətli qarşılıqlı əlaqələrinin öyrənilməsi digərlərindən daha nümunəvi xarakter daşıyır.
Son illərdə isə informatika və ya informasiya texnologiyaları demək olar ki, cəmiyyətin və elmin bütün sahələrinə kütləvi şəkildə tətbiq olunmağa başlandığından onun sahələr üzrə tətbiqi informatika bölmələri formalaşmağa başlamışdır. Nəticədə riyazi informatika, nəzəri informatika, texniki informatika, geoinformatika, tibbi informatika, kimyəvi informatika, bioinformatika, aqrar informatika, tarixi informatika, sosial informatika, hüquqi informatika, pedaqoji informatika, siyasi informatika, psixoinformatika və s. kimi elmi sahələr əmələ gəlmiş və inkişaf etmişdir.

12. İnformatikanin, hesablama texnikasi və ikt-nin meydana gəlməsi, təşəkkül tarixi və azərbaycandaki müasir vəziyyəti

Bəşər sivilizasiyası tarixində informasiya emalı sahəsindəki köklü dəyişikliklərə müvafiq olaraq bir neçə informasiya inqilabı olmuşdur. Birinci inqilab yazının, ikinci - kitab çapının, üçüncu - elektrikin, teleqrafin, telefonun, radio-televiziyanin, dördüncü - mikroprosessorların, fərdi kompyuterlərin, İnternetin meydana gəlməsi ilə əlaqədardır. Bunları ümumləşdirərək qeyd etmək olar ki, cəmiyyətin inkişafı 1) kənd təsərrüfatı (aqrar), 2) sənaye dövrlərindən keçərək informasiya mərhələsinə daxil olmuşdur. Ona görə də informatikanın tarixi əslində dördüncü informasiya inqilabı ilə başlayir. İnformatikanın tarixi özünün tərkib hissəsi olan kompyuterlərin yaranması və inkişaf mərhələlərini, təsnifatını və arxitekturasını, aparat və proqram vasitələrini əhatə etdiyinə görə inkişaf tarixi də kompyuter texnikasının inkişaf tarixinə uyğundur. Həmin tarixə qısaca nəzər salaq.
·         İlk dəfə Blez Paskal (Fransa) 1642-ci ildə cəmləyici maşın hazırlamışdır;
·         1673-cü ildə Vilhelm Leybnis (Almaniya) hesab əməllərini yerinə yetirən mexaniki arifmometr yaratmışdır;
·         1830-su ildə Çarlz Bebic (İngiltərə) praqramla işləyən hesablama maşını (analitik maşın) yaratmağa cəhd göstmişdır. Bebicin ideyaları sonralar universal kompyuterlərin yaradılmasının əsasını qoymuşdur;
·         1930-su ildə A.Turinq (İngiltərə) və E. Post (ABŞ) tərəfindən universal kompyuterlərin yaradılmasının nəzəri əsasları inkişaf etdirilmişdir;
13.Fərdi komputerin əsas və əlavə qurğuları.
Sistem bloku:
Sistem bloku  kompüterdə istifadə edilən texniki qurğuların əsas birləşmə qovşağı olub, daxilində iş üçün lazım olan ən əhəmiyyətli hissələr, xaricdə isə bloka qoşulan əlavə, xarici qurğular yerləşir. Kompüterin sistem blokuna xaricdən qoşulan qurğularına periferiya qurğuları deyilir. Periferiya qurğuları fərdi kompüterdə köməkçi əməliyyatları yerinə yetirmək üçün istifadə edilir və aşağıdakı kimi qruplaşdırılırlar:
-verilənləri daxil edən qurğular (klaviatura, xüsusi manipulyatorlar, skaner və rəqəmli kameralar);
-verilənləri xaric edən qurğular (skaner, plotter);
-verilənləri saxlayan qurğular (strimmerlər, toplayıcılar və maqnitooptik qurğular);
-verilənləri mübadilə edən qurğular (faks-modemlər və şəbəkələr);
Masaüstü kompüterlərin sistem blokları üfiqi (desktop) və şaqulu (mini-tower, biq tower) formada istehsal edilirlər. 
Sistem bloku daxilində yerləşən qida bloku xətdən alınan gərginliyi daxildəki qurğular arasında lazımi şəkildə bölüşdürür.
Ana lövhə kompüterin əsas hissəsi sayılır. Ana lövhə üzərində aşağıdakı elementlər yerləşir:
-Mikroprosessor (MP)- kompüterində hesabi-məntiqi əməliyyatları yerinə yetirir. Mikrosxem xüsusi qaydada hazırlanmış elektron sxemlər toplusudur. -Çipset (mikroprosessor dəsti)- kompüterin daxili qurğularını idarə etməklə yanaşı, ana lövhənin bütün funksional imkanlarını təyin edən mikrosxem toplusudur;
-Şinlər- kompüterin daxili qurğuları arasında siqnalların ötürülməsini təmin edən naqillər yığımıdır;
-Əməli yaddaş- əməli yaddaş qurğusu- ( RAM-ƏYQ)- kompüter xəttə qoşulan zaman verilənlərin müvəqqəti saxlanılan mikrosxem toplusudur. Gərginlik kəsildikdə burada olan məlumatlar itir. Onun tutumu müasir kompüterlərdə bir neçə QB olur;
-keş yaddaş- əməli yaddaş ilə mikroprosessor arasında informasiya mübadiləsinin yüksəldilməsi məqsədilə istifadə edilən ifrat sürətli yaddaş qurğusudur.

14.Çap etmə qurğuları.
Printerlər
Printerlər bir-birindən: çapetmə üsuluna, sıxlığma, sürətinə və çap rənginə görə fərqlənirlər. 1980-90-a illərdə kompüterlər üçün ən çox yayılmış printerlər matrisli printerlər idi. Matrisli printerlər ixtiyari simvolları və qrafik təsvirləri ağ-qara və rəngli (istifadə edilən lentin rəngindən asılı olaraq) çap edə bilirlər. Matrisli printerlərin qiyməti ucuz, cəldliyi isə yüksəkdir (mətn rejimində bir dəqiqədə 1 -6 səhifə, qrafik rejimdə isə hər səhifəyə 5 dəqiqə vaxt sərf olunur). Mənfi cəhəti ayrı-ayrı nöqtələrdən formalaşan şəkil və simvolların diskret quruluşlu olması, çap keyfiyyətinin aşağı olması, iş zamanı səs salması və rəngli çap üçün az əlverişli olmasıdır. Printerin əsas aktiv elementi xırda iynələrdir. Sadə modellərdə iynələrin sayı 9-12 arasında, mürəkkəb modellərdə isə 18-24 arasında olur.  Axınla işləyən printerlər iki növdə olur: ağ-qara və rəngli. Printerin çapetmə sürəti ağ-qara rejim üçün səhifəyə 15-100 saniyə, rəngli rejim üçün isə 7 dəqiqəyə kimidir. Printerdə yüksək dəqiqliklə təsvir almaq üçün yüksək keyfiyyətli kağızdan istifadə etmək lazımdır. Müasir lazer printerləri üçün çapetmə sıxlığı 600-1200 dpi-dir. Bu printerlərin müsbət cəhətləri səhifəni sətir-sətir deyil, bütövlükdə çap etməsidir. Mənfi cəhəti isə qiymətiərinin baha olmasıdır.
15.Yaddaş və onun növləri.İnformasiya vahidləri.informasiya daşıyıcısı.
İnformasiyanı yadda saxlamaq üçün yaddaş qurğularından istifadə olunur. Yaddaş qurğuları funksiyalarına görə müxtəlif olurlar:
·         Operativ yaddaş (Random Access Memory – RAM. Kompyuter söndürüldükdə operativ yaddaşda (OY) olan informasiya silinir.
·         Daimi yaddaş qurğusu (Read Only Memory – ROM) – yalnız oxumaq üçün istifadə olunan yaddaşdır. Burada kompyuterin əsas sistem proqram təminatı olan BIOS saxlanılır.
·         Disketləri (floppi) oxuyan qurğu- artıq istifadə olunmayan kiçik tutuma malik disketləri oxuyub-yazmaq üçün qurğu.
·         Virtual yaddaş – yerinə yetirilən proqram(lar)a tələb olunan OY-ın həcmi mövcud fiziki yaddaşdan çox olduqda diskdə təşkil olunan operativ yaddaş. Məsələn, fiziki mövcud olan OY-ın həcmi 32 Mbayt olduğuna baxmayaraq o, 4 Qbayta qədər virtual yaddaşdan istifadə edə bilər.

Müasir kompüterlərin klaviaturasında olan simvolların ikilik kodlarla verilməsi üçün 7 bit kifayət edir. Bir bit isə təsdiq üçün əlavə olunur. Məhz bu səbəbdən də 8 bit=1 bayt ən kiçik yaddaş vahidi kimi qəbul edilir. İnformasiya yaddaşda saxlanıldığından bayt həm də informasiya ölçü vahididir. Daha böyük informasiyaölçü vahidləri aşağıdakılardır:
8 bit= 1 Bayt
1024 Bayt= 1 KiloBayt (KB)
1024KB=1 Meqa Bayt(MB)
1024 MB=1QiqaBayt (QB)
1024 QB=1 TeraBayt(TB)
1024 TB=1 Petabayt (PB)
Kompüterlərdə bir Bayt (yəni 8 bit) maşın yarımsözü adlanır. 2 Bayt və ya 16 bit 1 maşın sözü, 4 bayt və ya 32 bit ikiqat söz, 8 bayt və ya 64 bit dördqat söz adlanır.
16.Fayl və qovluq anlayışı.Dİsklər.

İnformasiya disklərdə fayllarda saxlanılır.Fayl-yaddaşın adlandırılmış bir hissəsidir.Fayllar 2 hissəyə bölünürlər:mətn və ikili fayllar.Hər bir proqram onu işə salan müəyyən bir fayl əsasında qurulub.Belə fayllar istifadə faylları adlanırlar.Fayllar quruluşca 2 yerə bölünürlər:faylın adı və genişlənməsi.Faylın adı 1-8,genişlənməsi isə 1-3/4 simvoldan ibarət ola bilər.Faylın adı və genişlənməsi latın hərflərindən-böyük və ya kiçik hərflərdən,aşağıdakı simvollardan ibarət olmalıdır:_,-,$,#&,@,!,%,{,},~,^,`.DOS və Windows 3.1 əməliyyat sistemlərindən başqa digər əməliyyat sistemlərində faylın adını 256 simvoladək uzatmaq olar.Faylların aşağıdakı genişlənmə növləri vardır:
Faylın növü
Faylın genişlənməsi
Mətn faylları
doc,txt,rtf və s.
Proqram faylları
com,exe və s.
Əmr faylları
bat və s.
Sistem faylları
sys,dll,ds,tlb,mof,chk,edb,sav,evt,vxd,osx və s.
Reestr faylları
ini,aca,acf,acg,acl,acw,ade,adn və s.
Proqramlaşdırma faylları
asm,c,pas,js,vb,pl və s.
Dəyişilməmiş faylın kopiyası
bak və s.
Təsvir faylları
bmp,dib,jpg,jpeg,jpe,jfif,gif,tif,png,psd,pdf və s.
Musiqi faylları
asf,wma,wmv,midi,wav,mp3,aiff,au və s.
Video faylları
3gp,mp4,avi,mpeg və s.
Arxiv faylları
nzk,zip,rar,tar.gz vəs.
İnternet link faylları
html,xhtml,asp,php,sql,xml,dhtml və s.
VBİO faylları
mdb vəs.
Digər fayllar
apl,prc,api,dict,cmp,lic,std,syx,thd,lng,rsd,stc,stp,syd,mpp,zdt,lst,pfm vəs.

diskovod: yol \faylın adı
Hər bir fayl üçün onu qovluğa yazan rəmzlər vardır.Faylın 4 rəmzi olur:
  1. Read-only. Ancaq faylın oxunması üçün rəmzdir.Bu rəmzli faylların dəyişdirilməsi və silinməsi üçün bu rəmz silinməlidir.CD-də fayllar bu rəmzdə olur.
  2. Hidden. Gizli fayllar üçündür.Bu rəmzli fayllar gizli olur və görsənmir.Onların görünməsi üçün bu rəmz silinməlidir.
  3. System. Sistem faylları üçündür.Bu bir neçə əhəmiyyətli sistem faylları üçün istifadə olunur.Sistem faylları köçürülə bilmir.
  4. Archive. Arxivləşdirilən fayllar üçündür.Sistem faylları adətən arxiv rəmzli olur.Bu o deməkdir ki,faylın kopiyası arxivə yerləşdirilib.
17.Elektron hesablama maşınlarının təsnifatı.
Hesablama texnikasının inkişaf tarixinə uyğun olaraq elektron hesablama maşınlarını (EHM) beş nəslə bölürlər. Bu nəsillər element bazasına, proqram təminatlarına,  texniki və istismar  göstəricilərinə görə bir-birindən köklü surətdə fərqlənirlər.
1-ci nəsil kompüterləri 1950-1959-cu illərə aid edirlər. Onlar elektron lampalı elementlərlə qurulduğundan iş etibarlılığı az, yaddaş tutumu və işləmə sürəti kiçik idi. Onlar əsasən riyazi məsələlərin həlli üçün istifadə edilirdi. 
2-ci nəsil kompüterləri 1960-1969-cu illərə aid edirlər. Bu kompüterlərin element bazası yarımkeçiricilərdən ibarət idi. Bunlarda alqoritmik dillərdən istifadə etməklə proqramlaşdırma işi xeyli asanlaşmışdır. 
3-cü nəsil kompüterləri 1970-1985-ci illərə aid etmək olar. Bu kompüterlərin yaranmasının səbəbi yeni element bazasının-mikroelektronikanın və inteqral sxemlərin yaranması oldu. Onlardan istifadə nəticəsində kompüterlərin qabarit ölçüləri kiçildi və iş etibarlılığı daha da artdı. 
4-cü nəsil kompüterlləri 1981-ci ildən indiyə qədər böyük və çox böyük inteqral sxem texnologiyası ilə yaradılan kompüterləri əhatə edir. Biz artıq bu komüterlərin üstün cəhətləri ilə yaxından tanışıq. 
5-ci və ya sonrakı nəsil- indinin və gələcəyin kompüterləridir. Kompüterlərin yeni arxitekturasının yaradılması sahəsində böyük diqqət Neyrokompüterlər layihəsinə yönəlmişdir. Tədqiqatçılar hesab edirlər ki, XXI-ci asrdə neyrokompüterlər intellektual imkanlarına görə indiki kompüterləri xeyli ötəcəkdir.

Keçən əsrin sonuncu onilliyində inkişaf etmiş kapitalist ölkələrində  beşinci nəslə aid hesablama maşınları barəsində müxtəlif layihələr irəli  sürülmüş və işlənib hazırlanmışdır.

18.Komputerin struktur sistemi və tərkibi.
Kompyuterin bütün hissələri bir-biri ilə sistem şini vasitəsilə birləşmişdir. Şin – prosessorla yaddaş arasında və ya giriş-çıxış qurğularının kontrollerləri (idarə sxemləri) arasında verilənlərin və idarə siqnallarının ötürülməsini təmin edən naqillər yığımından ibarətdir. Fərdi kompyuterlərdə sistem şini kimi İSA (Industry Standardt Architecture), EISA (Extended Industry Standard Architecture) PSI (Peripheral Component Interconnect bus) standardlarından istifadə edilir. ISA şinlər: verilənlər (16 bit), ünvan (20 bit) və idarə şinindən (8 xətt) ibarət olur. Fərdi kompyuterlərin əsasını prosessor və yaddaş bloku təşkil edir. Prosessor hesab-məntiq qurğusundan və idarə qurğusundan ibarətdir. İdarə qurğusu proqramdakı əmrləri qəbul edir və onların yerinə yetirilməsini təşkil edir. Hesab-məntiq qurğusu isə hesablama əməllərini yerinə yetirir. Cari vaxtda yerinə yetirilən proqramları və aralıq nəticələri yadda saxlamaq üçün əməli yaddaş qurğusundan ( RAM - Random Access Memory) istifadə edirlər. Fərdi kompyuterlərdə istifadə olunan xarici qurğuları (monitor, çap qurğuları, disk qurğuları və s.) kompyuterə qoşmaq üçün kontrollerdən (idarə sxemi) istifadə edirlər. Kompyuterlərdə ikilik say sistemindən istifadə edirlər. Bu say sistemi iki rəqəmdən «0» və «1» -dən ibarətdir. İstənilən məlumat bu iki rəqəmin köməyi ilə kodlaşdırılıb kompyuterin əməli və xarici yaddaş qurğusunda yerləşdirilə bilər.

19.Kompüterin giriş və çıxış qurğuları.

Giriş – çıxış qurğularının koməyi ilə kompüterlər ətraf mühitlə əlaqədə olur. Giriş qurğularına misal olaraq: klaviaturanı, mouse (sıçanı), skaneri, qrafiki planşeti (digitizer), web-kameranı, TV- tüneri və s. göstərmək olar.
Klaviatura – kompüterə məlumatı daxil edən əsas xarici qurğulardan biri hesab olunur.
Mouse (sıçan) - kompüterə məlumat daxil edən giriş qurğusudur. Yerdəyişdirmə vericilərdən (datçiklərdən) və klavişlərdən ibarət olub əl ilə idarə edilən qurğudur. ”Mous”-u hərəkət etdirməklə kursorun displeyin üzərində hərəkətini təmin edirik. Son dövrlərdə optik və radio siqnallar vasitəsi ilə işləyən mouse-dan geniş istifadə olunur.
Mikrofon - səsin elektrik siqnalına çevrilməsinə təmin edən giriş qurğusudur. Mikrofonun köməyi ilə audio məlumat kompüterə daxil edilir.
Web-kamera – video informasiyanı (görüntüləri) kompüterə daxil edən giriş qurğusudur.
TV – tüner – müxtəlif formatlı (PAL, SECAM, NTSC) televiziya verilişlərini qəbul edib, monitorda göstərilməsini təmin edən giriş qurğusudur.
Skaner – giriş qurğusudur.fərdi kompüterin xarici qurğusu olub kağız üzərində olan mətn , şəkil və qrafik məlumatları kompüterə daxil etmək üçündür.
Fərdi kompüterin çıxış qurğularına misal olaraq, monitoru, printeri, səs kolonkasını, grafikçəkəni, strimmeri və s. göstərmək olar.
Monitor çıxış qurğusu olub kompüterə daxil olan məlumatlara və alınmış nəticələrə nəzarət etmək üçün istifadə olunur.
Printer – kompüterin xarici qurğusu olub, informasiyanı kağız üzərində çap etmək üçündür.

20.Komputerin sistem və tədbiqi proqram təsnifatı.
Dünyada mövcud olan proqramlar 3 sinfə bölünür:
1.      Sistem proqramları
2.      Tətbiqi proqramlar
3.      İnstrumental proqramlar (Alqoritmik dillər).
Proqram təminatının əsas hissələrindən olan sistem proqramları kompüteri idarə etmək üçündür. Sistem proqramlarına daxildir:
2.      Örtük proqramları
3.      Arxiv proqramları
4.      Antivirus proqramları
5.      Drayverlər(xarici qurğuları birləşdirən)
6.      Utilitlər və s.
Əməliyyat sistemi kompüteri idarə edən, kompüterin qurğularını bir-birinə bağlayan, kompüterlə istifadəçi arasında əlaqə yaradan proqramlar toplusudur. Misal üçün: MS-DOS, Windows 95/98/NT/XP/2000/2003, Linux, Unix və s.
Örtük proqramları Əməliyyat sisteminin əmrlərindən rahat istifadə etmək üçün yaradılan  proqramlardır: Misal üçün: NC,Windows 3.1, Widows özü həm əməliyyat sistemidir həm də örtük proqramı.
Arxivator proqramları diskdəki faylların cəmləşdirilməsi, sıxılması və qorunması məqsədi ilə onları xüsusi arxiv qovluqlarına yığa bilən və lazım olduqda həmin qovluqları idarə edən utilit proqramlardır. Onların genişlənməsi .zip, arj, rar.
Antivirus proqramları kompüterdəki virusları təsbit edə bilən, passivləşdirən və silə bilən, eyni zamanda virusların kompüterə daxil olmasının qarşısını alan xüsusi təyinatlı utilit proqramlardır. Misal üçün: Norton Antivirus, Kaspersky AYP və s.
Kompüter virusu özü kiçik həcmli ziyanverici proqram məhsuludur. Virus proqramları Antivirus proqramlarından bir addım qabaqda gedir.
Utilitlər latınca utilitas “fayda” sözündən götürülmüş və ikinci dərəcəli sistem proqramlarını təşkil edən proqramlardır. Utilitlər əsas olaraq əməliyyat sisteminin əlavə imkanlarını həyata keçirir və ya özünə məxsus funksiyaları həyata keçirir.

21.Hesablama qurğularının inkişaf tarixi.

XIX əsrin sonlarında bank, sığorta və ticarət sahələri daha sürətlə inkişaf etməyə başladı. Bu sahələrdə yaranan uzun vaxt tələb edən məsələlərin həlli üçün mexaniki və elektromexaniki qurğuların yaradılmasına başlanıldı. 1875-ci idə rus alimi Odner dörd hesab əməlini yerinə yetirən mexaniki arifmometr qurğusunu düzəldir. Bu qurğudan uzun muddət bank və mühasibat sahəsində geniş istifadə edilmişdir. 1954-cü ildə yaradılan kalkulyatorlar arifmometrlərin müasir sələfləridir. 1888-ci ildə amerikalı mühəndis German Xollerit ilk elektromexaniki hesablama maşınını yaradır və ona tabulyator adını verir. Bu qurğundan 1890-cı ildə ABŞ-da əhalinin siyahıya alınmasında istifadə olunur. Alınmış nəticələri emal etmək üçün 500 işçinin yeddi ilə yerinə yetirdiyi işi, Xollerit 43 əməkdaşla 43 tabulyator qurğusunun köməyi ilə 1 ay müddətinə yerinə yetirməyə nail oldu. 

22.Kompüterlərin nəsilləri.

“Kompüter” ingilis sözü olub (Computer) hesablayıcı deməkdir. Hesablama maşınlarının əsas prinsipləri Amerika alimləri Con Fon Neyman, Q. Qoldsteyn və A. Beris tərəfindən verilmişdir. İlk dəfə 1946-cı ildə ABŞ-da ENİAK adlı universal kompüterin yaradılması bu nəzəriyyəni reallaşdırdı.  Kompüter texnikasının yarandığı vaxtdan hazırki dövrə qədər olan inkişafı nəsillərə bölünür. 

23.Proqram təminatı təsnifatı.Xidmət proqramları haqqında.
Fərdi kompyuterin proqram təminatı – təlimatlar yığımından ibarət olub, kompyuteri idarə edir və onun köməyi ilə lazım olan məsələni həll edir. Proqram təminatı iki hissəyə bölünür: ümumi və tətbiqi. Ümumi proqram təminatı hesablama sisteminin resurslarının düzgün bölünməsini və istifadə edilməsini təmin edir. Tətbiqi proqram təminatı özündə istifadəçinin tətbiqi programlar paketini birləşdirir. Bu proqramlar paketində istifadəçinin konkret məsələsini həll edə biləcək proqramlar olur.
Ümumi proqram təminatının tərkibinə aşağıdakı proqramlar daxildir.
·         əməliyyat sistemi;
·         proqramlaşdırma dilləri;
·         texniki xidmət proqramları.
Əməliyyat sistemi hesablama prosesini həyata keçirən texniki vasitələlərin idarə olunmasıni təmin edən proqramlar toplusundan ibarətdir. Kompyuter işə salındıqda əməliyyat sistemi başqa proqramlara nəzərən ilkin olaraq əməli yaddaş qurğusuna yüklənir və o digər proqramların işləməsi üçün mühit yaradır. Əməliyyat sistemi eyni zamanda kompyuterlərdə çoxməsələli (yaddaşın və həll vaxtının bölünməsi, qırılmaların təşkili və s.) iş rejiminin təşkilini təmin edir. Kompyuterlərdə bir neçə tip əməliyyat sistemlərindən istifadə edirlər: MS DOS, OS/2, Windows 9x, Unix və s. Fərdi kompyuterlərdə əsasən Windows XP (2003-cü ildə yaradimışdır) əməliyyat sistemi proqram təminatından geniş istifadə olunur. Windows XP çoxməsələli əməliyyat sistem olub, qrafiki pəncərə istifadəci interfeysinə malikdir.
Proqramlaşdırma dilləri proqram modullarından ibarət olub, məsələnin həll mərhələsinə hazırlığını təmin edir. Proqramlaşdırma dilləri iki hissəyə bölünür: aşağı səviyyəli dillər (Assembler, Avtokod və s.), yüksək səviyyəli dillər (Fortran, Alqol, Kobol, Basic, Pascal, Ci və s.). Aşağı səviyyəli proqramlaşdırma dillərində hər operatora bir maşın əmri uyğun gəlir. Bu dildə yazılan proqram az yer tutur və tez yerinə yetirilir. Aşağı səviyyəli dillərdən sistem proqramçılar istifadə edir. Yuxarı səviyyəli proqramlaşdırma dillərində hər operator bir neçə maşın əmri ilə əvəz edilə bilər, bu isə yaddaşda çox yer tutur. Yüksək səviyyəli dillərdən isə tətbiqi proqramçılar istifadə edir. Tətbiqi proqram paketi (TPP) – istifadəçinin müəyyən sinif məsələlərini həll etmək üçündür. Bu proqram paketləri istifadəçinin aşağıda göstərilən işlərini yerinə yetirir:
·         mətnlərin emalı (Lexicon, ChiWriter, Word və s.)
·         elektron cədvəllərin emalı (Excel, Lotus və s.)
·         verilənlər bazasının idarəsi (Fox Pro, Paradox, Access və s.)
·         kommunikasiya (Internet Explorer, Netscape Communicator)

24.Xidməti proqramlar.

Fayl və qovluqların arxivləşdirilməsi

Arxiv proqramları (Arxivatorlar) fayldakı informasiyları sıxmaqla onların arxivləşməsini yerinə yetirir. Sıxma dərəcəsi asılıdır:
1.     İstifadə olunan arxivatordan.
2.     Sıxma üsulundan.
3.     Faylın tipindən.
Arxivləşdirmənin iki səbəbi var:
1.     İnformasiyanın qorunması (faylın rezerv surətini yaratmaqla)
2.     Fayllar üçün ayrılmış yerdən səmərəli istifadə.

Antivirus proqramları

Virusları aşkar və ləğv etmək üçün antivirus proqramlarından istifadə edilir. Antivirus proqramları funksiyalarından asılı olaraq aşağıdakı tiplərə bölünür:
1.     Proqram-həkim – tapır və müalicə edir: Dr. Solomon, Norton AntiVirus, Doctor Web, Aidstest, AVP, AntiViral Toolkit Pro Scaner.
2.     Mühafizəçi proqramlar – RAM-da yerləşir, yalnız tapır: AntiViral Toolkit Pro Manitor.
3.     Detektor proqramlar – yalnız onlara məlum virusları tapır.
4.     Revizor proqramlar – sistemin ilkin vəziyyəti ilə yükləmədən sonrakı vəziyyəti müqaisə edilir. 

Tərcümə proqramları

Tərcümə proqramları iki cür olur:
1.     Sözbəsöz tərcümə proqramları – Polyglot, Dilmanc (az-eng), Magic Gooddy, Lingvo, Socrat.
2.     Mətnin ümumi tərcüməsi – PROMT XT Family, COKPAT Интернет 3.0 və s.
25.Disklərin Deqfraqmentasiyası,formalaşdırılması və təmizlənməsi.
1.Proqramların icrasını sürətləndirmək üçün proqram fraqmentləri saxlanılan klasterləri “toplamaq” və imkan daxilində diskdə bir- birinə daha yaxın birləşdirmək lazımdır. Bu proses diskin defraqmentləş
dirilməsi- defraqmantasiya adlanır. Diskdə saxlanılan istənilən informasiya zaman keçdikcə fraqmentləşdiyi üçün ən azı bir neçə ayda bir dəfə defraqmentləşdirmə əməliyyatını aparmaq lazımdır.
Disklərin defraqmentləşdirilməsi üçün Windows XP sistemində xüsusi utilit – Дефрагментация  proqramı nəzərdə tutulur. Bu proqram diskdə saxlanılan faylları elə nizamlayır ki, diskin müxtəlif hissələrinə səpələnmiş fayl hissələri bir yerdə toplanmaqla diskin yalnız bir hissəsində ardıcıl yerləşərək saxlanılır. Bundan əlavə defraqmentasiya əməliyyatı prosesindəki diskdəki boş yerlər birləşərək bütöv disk sahəsi (yaddaş oblastı) əmələ gətirir ki, bu da gələcək də yeni yazılan faylların diskdə müxtəlif hissələrlə (fraqmentlər şəklində) saxlanma ehtimalını azldır. Defraqmentasiya proqramını həm də Baş menyudan icra etmək olar. Bunun üçün baş menyunun Пуск siyahısına daxil olan Программы alt menyusundakı  Стандартные siyahısından Служебные- Дефрагментация  диска əmrini seçmək lazımdır. Bu halda müvafiq dialoq pəncərəsi ekrana çıxır.
2. Uzun müddət kompüterlə işləyərkən müxtəlif fayl obyektlərinin ardıcıl olaraq saxlanması nəticəsində diskin təmamilə doldurulması və bu diskdə boş yerin qalmaması təhlükəsi yarana bilər. Bu zaman əməliyyat sistemi məlumat verir ki, diskdə boş yer yoxdur. Belə hallarda sistemdə istifadə olunmayan lazımsız proqram və faylları əl ilə ləğv edərək diskdə müəyyən sahəni təmizləmək olar. Bununla yanaşı diskləri ən sadə üsulla təmizləmək üçün sistemdə xüsusi utilitdən istifadə edilir- Очистка диска Diskdə boş yerin olmadığı barədə sistem məlumatı üzərində mausun sol
düyməsi basılarkən Очистка диска  proqramı avtomatik icra olunur. Ümumiyyətlə isə bu proqram əl ilə icra etmək üçün Baş menyunun Программы  alt menyusundakı Стандартные siyahısından Служебные bəndinə daxil olan Очистка диска  əmrini seçmək lazımdır. Bu halda ekranda Очистка диска   adlı dialoq pəncərəsi açılır. Bu dialoq pəncərəsində təmizlənmək üçün nəzərdə tutulan disk seçilir və OK düyməsi basılır. Nəticədə proqram sistemi təhlil edərək növbəti dialoq pəncərəsində müəyyən həcmdə disk sahəsini boşalda biləcək faylların siyahısını əks etdirir.
3. Diskin formatlaşması diskin yazı və oxuma üçün hazırlanması deməkdir. «Мои документы» qovluğu açılır, disk(disket) göstərilir → kontekst menyuda «Форматировать…» → «Формат Диск…» dialoq pəncərəsi açılır → Начать (Start).
Formatlaşma zamanı disketdəki bütün informasiyalar silinir, disk cığır və sektorlara ayrılır. Dialoq pəncərəsində formatlaşmanın bir-neçə üsulundan istifadə etmək mümkündür:
«Быстрое» – diskdə bütün informasiya silinir, yalnız bir dəfə format olunmuş disklər üçün nəzərdə tutulur;
«Использовать сжатие» – NTFS ilə dəstəklənir;
«Создание загрузочного диска» – MS-DOS sistemi diskdəki bütün informasiyanı silir və oraya sistem fayllarını əlavə edir.

28.Verilənlərin arxivləşdirilməsi.
  
    Əgər biz kompüterimizdə olan və bizə lazım olan proqramları bir qovluqda saxlayırıq və gündə bir dəfə və yaxud həftədə bir dəfəbu qovluqun cari durumunun sürətini CD-Diskə köçürdürük.Bu məqsədlə Windows 9x-də xüsusi xidməti proqram var-Verilənlərin arxivləşdirilməsi (backup).
1. Məsələn  Verilənlərin arxivləşdirilməsi (backup)proqramını işə salmaq üçün Пуск  Программь    Стандартнье Служебниь proqrammı
Aрхивация данньх  (backup)
2   .Proqramın pəncərsi iki hissədən ibarətdir.
      Sol paneli –qovluqlar panelidir.
       Sağ paneli- tərkib panelidir.
3.   Lazım olan diski sol paneldən seçilir,sonra(+)işarəsini seçirik.
    Bu halda diskin tərkibi ekrana çıxır.
4.  Ekplorer proqramında fərqli olaraq ,hər obyektin (diskin,qovluqun,faylın)yanında işarə qoymaq üçün yer var.Obyektin yanına bu işarəni qoymaq –o deməkdirki,bu obyekti rezerv obyektinin tərkibinə salırıq.
5.   Məsələn,əgər biz C:-\Moy dokumenti qovluqunun rezerv sürətini çıxartmaq istəyirik,onda bu qovluqunyanında həmin işarəni qoyuruq.
6.   Arxivləşdirilməsi nəzərdə tutulmuş qovluqu seçdikdən sonra Dalee düyməsini basırıq və rezerv sürətin yerləşdirilməsi nəzərdə tutulmuş qurğunu seçirik.
7. Qurğunu (qovluqu)seçdikdən sonra Начать архивацию düyməsini basırıq.
8.Название архива dialoq pəncərəsində istədiyimiz adı daxil edə bilərik. Lazım bilərsə hətta parol da verə bilərik ,əgər arxivin kənar şəxs tərəfindən açılmasını istəmirik.
9.Arxivləşdirmə prosesini işə salmaq üçün OK düyməsini basırıq.

29.Virusların təsnifatı və virusa qarşı proqram vasitələri.

Kompüter virusları təxminən 1980-ci illərin əvvəllərində meydana çıxmışdır. «Kompüter virusu» termini 1984-cü ildə ABŞ-da keçirilən informasiya təhlükəsizliyi üzrə 7-ci konfransda Fred Koen tərəfindən işlədilmişdi. Kompüter viruslarının ümumi qəbul edilmiş tərifi yoxdur. Biz aşağıdakı tərifdən istifadə edəcəyik. Kompüter virusu – elə proqramdır ki, özünü təxminən bioloji virus kimi aparır: çoxalır, maskalanır və ziyanlı təsirlər göstərir. Antivirus proqramlarının növləri. Viruslarla mübarizə proqramlarının bir neçə növü var - skanerlər (başqa adı: faqlar, polifaqlar), disk müfəttişləri (CRC-skanerlər), rezident monitorlar və immunizatorlar.
Skanerlər. Antivirus skanerlərin iş prinsipi faylların və sistem yaddaşının yoxlanmasına və onlarda məlum və ya yeni (skanerə məlum olmayan) virusların axtarışına əsaslanır.
Disk müfəttişləri. Disk müfəttişlərinin (CRC-skanerlərin) iş prinsipi diskdə olan fayllar və sistem sektorları üçün CRC-cəmlərin (nəzarət cəmlərinin) hesablanmasına əsaslanıb.
Rezident monitorlar. Rezident monitorlar - daim operativ yaddaşda yerləşən və disklə və operativ yaddaşla aparılan əməliyyatlara nəzarət edən proqramlardır. Məhz bu proqramlar sistemin real yoluxma anına kimi virusu aşkarlamağa imkan verir (əvvəlki ikisindən fərqli olaraq).
İmmunizatorlar. İmmunizatorların iki növü var: yoluxma barədə məlumat verən immunizatorlar və hər-hansı növ virusla yoluxmanın qarşısını alan immunizatorlar.
30.Əməliyyat sistemi.əsas və əlavə funksiyaları,əməliyyat sisteminin təsnifatı.
Əməliyyat sistemi (en. Operating System (OS)) – hesablama prosesini həyata keçirən texniki vasitələlərin idarə olunmasını təmin edən proqramlar toplusundan ibarətdir.
kompyuter işə salındıqda əməliyyat sistemi başqa proqramlara nəzərən ilkin olaraq əməli yaddaş qurğusuna yüklənir və o digər proqramların işləməsi üçün mühit yaradır. Əməliyyat sistemi eyni zamanda kompyuterlərdə çoxməsələli (yaddaşın və həll vaxtının bölünməsi, qırılmaların təşkili və s.) iş rejiminin təşkilini təmin edir.
Əməliyyat sistemi kompyuter avadanlığının istifadəsini (avadanlığların idarə etməsini, informasiyanın daxil edilməsini və çıxardılmasını, sənədlərin redaktəsini, başqa proqramların istifadəsini/idarə edilməsini və s.) mümkün edən proqramdır. Əməliyyat sistemi ən öncə kompyuterin sabit yaddaşındanəməli yaddaşa köçürülür və bütün başqa proqramlar həmin əməliyyat sistemi altında çalışır.
Əsas funksiyalar:
·         Proqramların əməliyyat yaddaşına köçürülməsi və onların tətbiqi
·         Standartlara cavab verən informasiyanın daxil edilməsi və çıxarılması qurğularının istifadəsinin mümkün edilmasi
·         kompyuterin əməli yaddaşının idarə edilməsi
·         kompyuterin sabit yaddaşının idarə edilməsi
·         İstifadəçi ilə kompyuter arasında qarşılıqlı əlaqənin yaradılması
Əlavə funksiyalar:
·         Bir neçə əməliyyatın parallel olaraq yerinə yetirilməsi
·         Proseslər arasında bağlantının/qarşılıqlı əlaqənin qurulması
·         Kompyuterlər arasında bağlantının/qarşılıqlı əlaqənin qurulması(şəbəkə)
·         Sistemin sıradan çıxmağının, informasiyanın itirilməsinin/ikinci şəxsin əlnə keçməsinin qarşısının alınması
·         Qoşulmaların idarə edilməsi
Əməliyyat sisteminin təsnifatı.
Əməliyyat sistemi hesablama sisteminin tipindən (əsasən prosessorların tipi, onların sayı və arxitekturası nəzərdə tutulur) asılı olaraq hesablama sistemi resurslarından istifadənin effektivliyini təmin etməlidir. Əməliyyat sistemlərinin aşağıdakı növləri mövcuddur:
·         sistemlə eyni vaxtda işləyən istifadəçilərin sayına görə: biristifadəçili, çoxistifadəçili;
·         sistemin idarə olunması ilə eyni vaxtda yerinə yetirilən məsələlərin sayına görə: birməsələli, çoxməsələli;
·         prosessorların sayına görə: birprosessorlu, çoxprosessorlu;
·         prosessorun mərtəbələrin sayına görə: 8 – mərtəbəli, 16 – mərtəbəli, 32 – mərtəbəli, 64 – mərtəbəli;
·         interfeysin tipinə görə: əmrli və obyektyönlü;
·         informasiya emalı rejminə görə: paket emallı, vaxt bölgülü, real vaxt miqyaslı;
·         resurslardan istifadənin tipinə görə: şəbəkə, lokal.
35.Say sistemləri.
Biz indiyə kimi proqramlarımızda yalnız onluq ədədlər və ascii simvollardan istifadə etdik. Proqramlaşdırmada, xüsusilə, sistem proqramlaşdırmada yaddaş ünvanları ilə işləyərkən, 16-lıq (hexal) say sistemləri ilə işləmək daha məsləhətdir. Bəzən isə, bit əməliyyatları (irəlidə) yerinə yetirərkən, ədədlərin ikili say sistemindəki halı ilə işləmək lazım gəlir. Bir proqramçı kimi, say sistemlərinin mahiyyətini bilmək, bir say sistemindən digərinə keçməyi bacarmaq mühümdür.
Gəlin, bu məsələlər ilə məşğul olaq.
İkili say sistemi
Adından da göründüyü kimi, ikili say sistemində bütün ədədlər cəmi 2 rəqəm: 0 və 1 vasitəsilə ifadə olunur. İkili ədədlərə misal olaraq, 0001010010, 1111, 011001111, 0, 11 və s. misal göstərmək olar.
Aşağıdakı qaydadan istifadə etməklə, verilmiş ikili ədədi onluq ədədə çevirə bilərik. Tutaq ki, hər hansı [x(n)][x(n-1)][x(n-2)]...[x2][x1] ikili ədədi verilmişdir. Burada hər bir x(k), 1<=k<=n 0 və ya 1 qiyməti ala bilər. İkili ədədi onluq ədədə çevirmək üçün aşağıdakı düsturdan istifadə edirik.
onluq_eded = x(n)*2^(n - 1) + x(n-1)*2^(n-2)+ ... x(2)*2^1 + x(1)*2^0;
Burada 2^k ifadəsi 2 üstü k mənasını verir, yəni 2*2*2 ... *2 k dəfə.
Misal üçün, 1000101001 ikili ədədini onluq ədədə çevirək. Burada rəqəmlərin sayı = 10. Ona görə yazırıq:
1000101001 = 1*2^9 + 0*2^8 + 0*2^7 + 0*2^6 + 1*2^5 + 0*2^4 + 1*2^3 + 0*2^2 + 0*2^1 + 1*2^0
1000101001 = 1*2^9 + 1*2^5 + 1*2^3 + 1*2^0 = 512 + 32 + 8 + 1 = 553
Başqa bir ikili ədədi onluq ədədə çevirək, 00000100111101. Bu halda rəqəmlərin sayı 15-dir.
İlk rəqəmlər 0 olduğundan, onların 2-nin üstünə hasili 0 edəcək. Ona görə onları buraxa və birbaşa 1 ilə başlayan rəqəmlərdən hesablamanı apara bilərik.
00000100111101 = 1*2^8 + 0*2^7 + 0*2^6 + 1*2^5 + 1*2^4 + 1*2^3 + 1*2^2 + 0*2^1 + 1*2^0 =
= 256 + 32 + 16 + 8 + 4 + 1 = 317
Qalıqları sondan əvvələ düzsək, alarıq: 100011
Başqa bir misal, 1378 onluq ədədini ikili ədədə çevirək:

37.Alqortim və proqramlaşdırma anlayışı,alqoritmin xassələri,təsvir vasitələri,tipləri.
Alqoritm – latınca qayda-qanun deməkdir. Alqoritm sözü IX əsrin məşhur özbək riyaziyyatçısı Məhəmməd İbn Musa əl-Xarəzminin (yəni Xarəzmli Musa oğlu Məhəmməd) adının latın hərflərilə olan “alqoritmi” yazılışıyla bağlıdır. Əl-Xarəzminin yazdığı traktatın XII əsrdə latın dilinə tərcümə olunması sayəsində avropalılar mövqeli say sistemi ilə tanış olmuş, onluq say sistemini və onun hesab qaydalarını alqoritm adlandırmışlar.Proqram - maşının addım-addım yerinə yetirəcəyi təlimatlar və yaxud əmrlər toplusudur. Hər bir proqram tərtib edilərkən müəyyən bir alqoritmdən istifadə edilir. Yəni, proqram hər bir alqoritmi maşının başa düşəcəyi formada ifadə edir. Başqa sözlə proqram – maşının girişinə verilən informasiyaları çıxış informasiyalarına çevirən, xüsusi şəkildə tərtib olunmuş sonlu sayda ardıcıl əmrlərdən ibarət alqoritmdir.

Alqoritmin xassələri

Məsələnin maşında həlli üçün tərtib edilən alqoritm bir çox şərtləri ödəməlidir. Bu şərtlərə alqoritmin xassələri deyilir. Həmin xassələr aşağıdakılardır:
1.   Alqoritm sonlu sayda mərhələdən sonra qurtarmalıdır. Buna, alqoritmin sonluluq xassəsi deyilir.
2.   Alqoritmin hər bir addımı dəqiq və birqiymətli təyin olunmalıdır. Bu alqoritmin müəyyənlik xassəsidir.
3.   Alqoritmin müəyyən sayda giriş qiymətləri (məsələnin başlanğıc şərtləri) olmalıdır. Bu şərtlər proqram icra olunmamış və ya olunduqca maşına daxil edilə bilər.
4.   Alqoritmin yerinə yetirilməsi nəticəsində giriş qiymətlərindən asılı olan bir və ya bir neçə çıxış qiymətləri alınmalıdır.
5.   Alqoritm sadə və səmərəli olmalıdır, yəni alqoritmin nəticəsi (cavabı) mümkün qədər sadə əməliyyatlar vasitəsilə və ən qısa yolla alınmalıdır.
6.   Alqoritm ümumi olmalıdır, yəni müəyyən məsələ üçün tərtib olunmuş alqoritm, həmin tipdən (sinifdən) olan bütün məsələlər üçün yararlı olmalıdır. Bu alqoritmin kütləvilik xassəsidir

Alqoritmin təsvir vasitələri

Alqoritmi mümkün qədər əyani şəkildə göstərmək üçün aşağıdakı təsvir vasitələrindən istifadə olunur:
1.   Adi dildə;
2.   Blok-sxemlə;
3.   Alqoritmik dildə.
1.   Alqoritmin adi dildə təsviri (nəqli). Bu zaman əməliyyatlar, icra olunacaq hərəkətlərin nəqli şəkildə ardıcıl sadalanması kimi verilir. Məsələn, konfenin hazırlanmasını ifadə edən alqoritmin təsviri buna misal ola bilər.
2.   Alqoritmin blok-sxem təsviri. Mürəkkəb alqoritmlərin təsviri zamanı blok-sxemlərdən istifadə olunması daha geniş yayılmışdır, çünki bu halda alqoritmin blok-sxem şəklində təsviri daha əyani olur. Bu zaman, adətən alqoritmin bir addımına bir blok uyğun olur. Lakin bir blokda bir neçə eyni tipli mərhələ və ya bir mərhələ bir neçə blokda təsvir oluna bilər.

Alqoritmin tipləri

Xətti alqoritmlər sadə hesablama prosesini ifadə edən bir neçə ardıcıl əməliyyatlardan ibarət olur və onlar yazıldığı ardıcıllıqla da icra olunur.
Budaqlanma alqoritmlərin tərkibində bir və ya bir neçə məntiq mərhələsi olur. Bu mərhələdə müəyyən kəmiyyətlərin hər hansı bir şərti ödəyib-ödəmədiyi yoxlanılır və ona uyğun olaraq sonrakı gedişin istiqaməti seçilir.
Proqramlaşdırmada tez-tez eyni əməliyyatlar qrupunun çoxlu sayda təkrar olunması lazım gəlir. Bu halda dövr alqoritmindən istifadə olunur. Dövrlər sadə və mürəkkəb olur.
41.Proqramlaşdırma dilləri.
Proqramlaşdırma dilləri adi dillərdən “sözlərin” (ancaq translyatorun başa düşdüyü) sayına və əmrlərin ciddi yazılış qaydasına görə fərqlənir. EHM-də proqram yazmaq üçün istifadə olunan formallaşmış dillərə proqramlaşdırma dilləri deyilir.
Istənilən proqramlaşdırma dilinin əsas elementləri bunlardır: dilin əlifbası, sintaksisi və semantikası. Dilin əlifbası dedikdə, həmin dildə işlənən bütün simvollar nəzərdə tutulur. Sintaksis- əlifbada olan simvollardan dilin ayrı-ayrı konstruksiyalarının (komandaların, operatorların) düzəldilməsinin formal qaydalarıdır. Bu qaydalar müxtəlif həll alqoritmlərini proqramlaşdırmağa imkan verir.
Semantika - dilin bu və ya digər sintaksis konstruksiyalarının təsviridir..
Translyator və kompilyatorlar. Proqramlaşdırma dili vasitəsilə hazır proqram yox, ancaq qurulmuş alqoritmi təsvir edən mətn yaradılır. İnsanın başa düşdüyü dildə olan bu proqram maşının başa düşdüyü dilə çevrilməlidir. Bunun üçün kompüterdə translyatorlar və kompilyatorlar olur.
44.Əməliyyat sistemləri.
Macintosh -  qısaca Mac olaraq tanınır və adını Macintosh alma növündən alır.Mac personal komputerlər istehsal edən Apple Computer İnc. şirkətinin bir məhsulu olan əməliyyat sistemidir.Macintosh-un istehsalına 1984-cü ildə başlanılmışdır.Onu da qeyd edək ki,Apple şirkəti siçan və qrafik interfeysdən ilk dəfə istifadə edən

UNİX - 1969-cu ildə Ken Tompson və Denis Riçi tərəfindən Bell Laboratori- yalarında yaradılmış olan çox istifadəçili və çox vəzifəli quruluşu dəstəkləyən bir əməliyyat sistemidir.UNİX törəməli əməliyyat sistemləri çox prosessorlu bahalı komputerlərdən bir prosessorlu sadə ev komputerlərinə qədər bir çox cihaz üzərində işləyə bilən test edilmişsistemlərdir.
Linux - UNİX-ə texniki mənada bənzəyən redaktə qabiliyyətli müstəqil bir əməliyyat sistemidir.
Linux hər hansı bir komputer sistemində problemsiz işləmə qabiliyyətinə malikdir. Çox geniş bir təchizat dəstəyinə malik olan Linux netbuk,noutbuk,server komputerləri,is stansiyaları,ağıllı telefon,stolüstü komputerlər kimi hər bir platformada tam bir uyğunlaşma içərisində işləmək qabiliyyətinə malikdir..
Palm OS - Garnet OS kimi də tanınan Palm mobil əməliyyat sistemi 1996-cı ildə PDA-lar üçün Palm İnc şirkəti tərəfindən istehsal edilməyə başlanılmışdır.Palm OS əllə toxunula bilən (touchscreen) qrafik istifadəçi interfeysi ilə asan istifadə olunması üçün istehsal edilmişdir.
 46.MS Windows əməliyyat sistemi və onun versiyaları.
Windows - Maykrosoft şirkətinin personal komputerlər və serversistemləri üçün Windows NT-nin kernel sistemi üzərində qurulmuş olan 6-cı əsas distributividir.Windows XP 25 oktyabr 2001-ci il tarixində satışa təqdim edilmişdir.XP adı ingilis sözü olan "experience" sözündən gəlir və Azərbaycan dilində mənası "təcrübə" deməkdir.Windows XP hal-hazırda dünyada ən çox istifadə edilən əməliyyat sistemidir.Windows XP əvvəlki distributivlərindən fərqli olaraq tamamilə 32 bitlik Windows NT və Windows 2000 kernel sistemi üzərində qurulmuşdur.Onu da qeyd etmək lazımdır ki,Windows əməliyyat sisteminin əvvəlki versiyaları aşağıdakılardır:

·         Windows 1.0
·         Windows 2.0
·         Windows 3.0
·         Windows 95
·         Windows 98
·         Windows NT
Bu kernel system 16 və 32 bitlik tətbiqləri işlədə bilir və göy ekran səhvlərini azaldır.Windows əməliyyat sistemi ailəsinin Cairo,Nashville,Neptune,Odyssey kimi versiyaları satışa çıxarılmayaraq ləğv edilmişdir.Maykrosoft şirkəti Windows XP-in satışını 30 iyun 2008-ci il tarixindən etibarən dayandırmışdır:amma bəzi mini noutbuklarda hələ də qurulu olaraq XP gəlməkdədir.
Masaüstünün standart elementləri.
Windows XP Əməliyyat sisteminin idarə edilməsi
Windows ilk növbədə Siçanın göstəricisi ilə idarə olunmağa hesablanıb; idarə olunmanın alternativ üsulu klaviatura vasitəsilədir. Siçanın göstəricisi adətən ekranda sola yönəlmiş ox ilə    işarə olunur. Bu göstərici siçanın yerini dəyişdikcə eyni istiqamətdə hərəkət edir.
Siçanın göstəricisi vasitəsilə əsasən aşağıdakı Əməliyyat yerinə yetirilir.
Düymənin basılması – Siçanın göstəricisi sol düyməsinin qısa müddətə basılması (adətən sol düymə nəzərdə tutulur);
Düymənin iki dəfə basılması – düymənin qısa müddətli fasilə ilə iki dəfə basılması; Windows XP Əməliyyat sistemi yükləndikdən sonra ilk olaraq ekranda üzərində sənədin, qovluqların, proqramların, Windows əlavələrinin qrafiki təsviri – nişanlar və yarlıqlar olan İşçi stol (Рабочий стол, Desktop) görünür.
Adətən standart olaraq işçi stolun üzərində aşağıdakı nişanlar yerləşir.
1.         Mənim kompüterim (Мой компьютер, My computer)
2.         Zibil qutusu (Корзина, Recycle Bin)
3.         Şəbəkə göstəricisi (Сетевое окружение, Network Neigh Borhood)
4.         Mənim sənədlərim (Мои документы, My documents)
5.         İnternet Explorer və s.
Start(ПУСК)menyusu.
İşçi stol 2 idarəedici elementə: Başla (Пуск, Start) düyməsinə və Məsələlər
panelinə (Панель задач, Taskbar) malikdir. Başla (Пуск, Start) düyməsi adətən ekranın sol aşağı küncündə yerləşir.
            Bu düyməni sıxdıqda Əməliyyat sisteminin Baş menyusuna (Главное меню) daxil ola bilərik. Baş menyu Əməliyyat sisteminin bütün imkanlarından istifadə etməyə imkan verən əmrlər siyahısından ibarətdir aşağıdakı cədvəldə baş menyunun əmrlərinin siyahısı və funksiyaları öz əksini tapmışdır.
Əmrlər Funksiyaları
Proqramlar (Программы, Programs)      Proqramlar siyahısından bu və ya digər proqramı yükləyə bilərik.
Sənədlər (Документы ,documents)           İstifadə edilmiş axırıncı 15 sənədin siyahısından bu və ya digər sənədi aça bilər.
Axtarış (Поиск, Find)          Qovluğu, faylı, elektron poçt məlumatını, şəbəkəyə qoşulmuş kompüteri axtarıb tapmağa imkan verir.
Sazlama (Настройка, Settings)      Kompüteri öz zövqümüzə və tələbatımıza görə sazlamaq imkanı yaradır.
Arayış (Справка, help)       Windows Əməliyyat sisteminin iş prinsipi haqqında məlumat almağa imkan verir.
Yerinə yetirmək (Выполнить, Run)         Adı ilə proqramı yükləmək, sənədi və ya qovluğu açmağa imkan verir.
İşi bitirmək (Завершение работы, Shut down)   Kompüteri söndürmək və ya yenidən yükləməyə imkan verir.

54.MS office proqramlar paketi və təsnifatı.

Microsoft Office — tətbiqi proqram təminatının ofis paketi. Microsoft şirkəti tərəfindən Microsoft Windows və Apple Mac OS X əməliyyat sistemləri üçün yaradılmışdır.
Bu proqram paketinə müxtəlif növ sənədlərlə işləmək üçün proqram təminatları daxildir: mətn prosessoru, elektron cədvəl, verilənlər bazası və s. Microsoft Office OLE obyektləri üçün serverdir.Visual Basic dilində yazılmış makrosları dəstəkləyir.
·         Microsoft Office Word — mətn prosessoru. Müxtəlif sənədlərin hazırlanmasında və redaktəsində istifadə edilir.
·         Microsoft Office Excel — cədvəl prosessoru.
·         Microsoft Office Outlook — şəxsi kommunikator. Proqrama daxildir: təqvim, tapşırıqlar planı, elektron poçt, ünvanlar kitabçası.
·         Microsoft Office PowerPoint — təqdimatların hazırlanmasında istifadə edilir.
·         Microsoft Office Access — verilənlər bazasının idarəetmə sistemi. VB-nın yaradılması və idarə edilməsində istifadə edilən tətbiqi proqramdır.
·         Microsoft Office InfoPath — məlumatların toplanmasında istifadə olunan tətbiqi proqram.
·         Microsoft Office Communicator — insanlar arasında informasiya mübadiləsini təmin edir.
·         Microsoft Office Publisher — nəşriyyatların hazırlanmasında istifadə edilir.

55.MS WORD

Microsoft Word – güclü mətn redaktoru olub istənilən mürəkkəb sənəd yaratmaq üçün nəzərdə tutulmuşdur. Hazırda dünyada ən populyar proqram hesab olunur. 

Yeni sənədin yaradılması

Word proqramının daxilində eyni zamanda bir neçə sənəd yaradıla və emal oluna bilər. Bunu yoxlamaq üçün, yeni sənəd yaradın:
Файл (File) → Создать… (New…) və ya alətlər panelində Создать düyməsindən istifadə edilir. Общие шаблоны → Шаблоны pəncərəsindən lazım olan şablon seçilir → OK.
Yeni sənəd yarandıqdan sonra, əvvəlki sənədə bir neçə usul ilə qayıtmaq olar, bundan əlavə hər iki sənədi eyni zamanda ekranda görmək və asanlıqla işləmək olar.

 Mətnin yaddaşda saxlanılması

Artıq hazır olan mətni müxtəlif yaddaş qurğularında saxlamaq olar (Daimi yaddş qurğusunda, disketdə, CD diskində, flyaş kartda). Ümumiyyətlə isə mətnləri ilk əvvəl yaddaş diskində (vinçesterdə) saxlamaq məsləhətdir. Dəyişən (floppi 3½) disklərdən isə mətni başqa kompyuterə aparmaq üçün, və ya vacib sənədlərin ehtiyyat nüsxələrini saxlamaq üçün istifadə edilir. MS Word proqramı fayl saxlamaq üçün C: diskində yerləşən Мои документы (My documents) qovluqundan istifadə edir. Mətni yaddaşa vermək üçün: Файл (File) → Сохранить (Save).
Sənədin adı Имя файла (File name) sətrinə daxil edilir və Сохранить (Save) və ya Ctrl+S düyməsi basılır. Sənədin və qovluğun adınının yalnız ingilis hərfləri ilə adlandırılması məsləhətdir. Faylın adında *,?,/,\,:, və " işarələri işlətmək qadağandır.

Hər hansı fayl əsasında yeni faylın yaradılması

Файл (File) → Сохранить как... (Save As… ) əmrini seçin, açılan «Сохранение документа» pəncərəsində faylın adını dəyişin və başqa qovluq seçin (yaradın) və Сохранить (Save) düyməsini basın.

Sənədə parol qoymaq üçün

1.   Файл (File) → Сохранить (Save As.…) → «Сохранение документа» pəncərəsində sənədi yaddaşa yazmamışdan əvvəl Сервис (Tools) düyməsi vurulur və «Параметры безопасности» əmri vasitəsilə «Безопасность» pəncərəsi açılır → Faylı və yazını qorumaq məqsədilə parol daxil edilir → OK .
2.   Сервис (Tools) menyusu → Параметры… → Açılan pəncərənin «Безопасность» hissəsində olan sahələrə parol daxil edilir → OK.

Yaddaşda olan faylın açılması (ekrana gətirilməsi)

Artıq bir dəfə yaddaşa verilmiş mətni tapmaq üçün onun adını və yerləşdiyi qovluğu bilmək lazımdır. Файл (File) menyusundan → Открыть... (Open) seçin, «Открытие документа» pəncərəsində əvvəlcə qovluğu tapın, qeyd edin → «Открыть» düyməsini basın → faylı tapıb üzərində düyməni iki dəfə basın və ya yenidən «Открыть» düyməsini basın.

Bir fayl daxilində sənədin bir-neçə versiyasının yaradılması

Файл (File) menyusundan → Версии... əmri seçilir → Версии документа pəncərəsində Сохранение düyməsi basılır, açılan Сохранение версии pəncərəsində versiyaya ad verilir → OK. Sənəd dəyişdirilir, göstərilən üsulla yeni versiya yaradılır. Əməliyyat bir-neçə dəfə təkrar olunur. Hər hansı versiyanı ləğv etmək üçün Удалить (Delete), açmaq üçün isə Открыть (Open) düymələrindən istifadə edilir.

Sənədə çapdan öncə baxışın keçirilməsi

Sənədin ümumi görünüşünə baxmaq üçün Файл (File) menyusundan → Предварительный просмотр (Preview) seçin → açılan Просмотр pəncərəsində «Несколько страниц» düyməsi vasitəsilə eyni zamanda bir-neçə səhifəyə baxmaq mümkündür. Закрыть düyməsi vasitəsilə səhifəyə baxış rejimindən çıxın.

Создать -Yeni fayl yaratmaq üçün;
Открыть (Ctrl+O) - Mövcud Word faylını açmaq üçün;
Сохранить (Ctrl+S) - Word faylını yaddaşa yazmaq üçün;
Конверт -Word faylının surətini internetlə ötürmək üçün;
Печать (Ctrl+P) – Word faylını çapa vermək üçün;
Предварительный просмотр - Çapdan öncə baxış;
Правописание (ABC) - Word sənədində qrammatik səhvləri yoxlamaq üçün;
Справочные материалы - Word pəvcərəsinin sağ tərəfində məlumat axtarış pəncərəsini açır.
Вырезать (Ctrl+X) - Mətnin seçilmiş hissəsini kəsərək bufer yaddaşa ötürür.
Копировать (Ctrl+C) - Mətnin seçlmiş hissəsinin sürətini bufer yaddaşa ötürür.
Вставить(Ctrl+V) - Bufer yaddaşdakı informasiyanı kursor yerləşən yerdə yerləşdirir.
Копировать формат – Mətnin seçilmiş hissəsinin formatının surətini çıxarır.
Отменить (Ctrl+Z) - Bir və ya bir neçə əməliyyatdan imtina etmək üçün. 
Повторить (Ctrl+Y )- İmtina edilmiş əməliyyatın qaytarılması, bərpası.
Вставить гиперссылка (Ctrl+K) - Word faylı ilə digər faylın arasında hiper əlaqə yaradır.
Панел границ – Cədvəl alətlər lövhəsini ekrana gətirir və ekrandan ləğv edir.
Вставить таблицу - Word səhifəsinə cədvəl yerləşdirmək üçün.
Добавить таблицу Excel - Word səhifəsinə Excel cədvəlini yerləşdirmək üçün.
Колонки -  Word səhifəsini sütunlara bölmək üçün.
Панел рисования- Ekrana şəkil lövhəsini gətirir və ləğv edir.
Схема документа - Word səhifəsinin sol tərəfində sənədin sxemi yerləşən pəncərəni açır.
Непечатаемые знаки – Görünməyən işarələri Word səhifəsinə gətirir

MS EXCEL.
1987-ci ildə Microsoft firması Excel adlı cədvəl redaktoru işləyib hazırlamışdır.Hazırda onun Excel 8.0 for Windows 95/98, Excel-2000, Excel XP və digər versiyaları istifadə edilməkdədir. Excel əsasən mühasibat işlərində və iqtisadi hesablamalarda istifadə edilir.Elmi –texniki hesablamalarda Excel-in əhəmiyyətli rolu vardır.Bu istiqamətdə Excel-in əsas təyinatı aşağıdakılardır.
1.Böyük verilənlər kütləsi üzərində eyni tipli informasiyaların aparılması
2.Yekun hesablamaların avtomatlaşdırılması
3.Parametrlərin qiymətlərinin seçilməsi yolu ilə məsələlərin həlli,düsturların tabulyasiyası
4.Eksperiment nəticələrinin emalı
5.Parametrlərin optimal qiymətlərinin aparılması
6.Cədvəl tipli sənədlərin hazırlanması
7.Mövcud məlumatlar əsasında diaqram və qrafiklərin qurulması
 Excel sənətinin strukturu.
Excel sənədi BOOK adlanır.Excel faylın genişlənməsi 3 səifə ilə tərtif olunur.Hər səifə 256 sütündan ,65636 sətrdən ibarətdir.Sütünlar inglis əlifbası ilə AZ-ZA sırasında düzülmüşdür.1 və 2 hərfi ilə işarə olunur.Sütün və SƏtrlərin kəsişməsində xanalar yerləşir.Xanaların ünvanı sütünün adından və sətrin nömrəsindən təşkil olunur.Məsələn A1, DA207.Akriv xananın aşağı saı quşəsində marker yerləsir.

EXCEL Verilənlərin cədvələ daxil edilməsi və formatı.
Excel xanasına verilənləri daxil etdikdən sonra aşağıdakı düymələrdən birini basmaq lazımdır,
CTRL-aşağıdakı xana aktiv olur.
Shift+ Ctrl-yuxarıdakı xana aktiv olur.
Tab-sağdakı xana aktiv olur.
Shift+Tab-soldakı xana aktiv olur.
Excel xanasına verilənlərin aşağıdakı növləri daxil ola bilər.
1. Rəqəmlər(tam və həqiqi)
2.Mətinlər(256 simvola qədər)
3.Tarix.
4.Vaxt.
Xananın işərisinə şəkildə qoymaq mümkündür.Exceldə verilənlərin formatını dəyişmək üçün FORMAT CELL əmrindən istifadə olunur.Mətnləri isə xananın müxtəlif mövqeyində yerləşdirmək ,xananı çərçivəyə almaq və xananı parola qoymaqla mühafizə etmək mümkündür.
EXCELDƏ hesablama.
Exceldə 2+3= yığsaq olduğu kimi qalar. Səbəbi ondadır ki, Excel bu ifadəni mətn kimi qəbul edir. Niyyətimizin hesablama olduğunu Excelə bildirmək üçün = işarəsini əvvəldə qoymaq lazımdır. Yəni, =2+3 və Enter düyməsi. Yadda saxlayın, nə vaxt və nə cür hesablama aparmaq istəsəniz əvvəlcə = işarəsini qoyun. Riyaziyyatda istifadə olunan əməliyyat operatorları Excel proqramında da istifadə olunur: + - * / % ^ (qüvvətlə yüksəltmə).Əməliyyatların
EXCELDƏ funksiyalar.
Excel proqramı istifadəçiyə 300 dən artıq funksiya təklif edir.Excel funksiyaları aşağıdakı kateqoruyalara bölünür:
1.Mətni f-lar.
2.Riyazı.
3.Məntiqi.
4.Vaxt və tarix.
5.Maliyyə
6.Statistik
Funksiyalardan istifadə etmək üçün вставка функции əmrindən istifadə edilir.Ekrana gəlmiç pəncərədən əvvəlcə funksiyanın kateqoriyası, sonra isə lazimi funksiyalar seçilir.
Məntiqi ifadənin hesablanması.
1)Not
2) AND
3) Or
T and T=T                 T or T=T
T and F=F                 T or F=T
F and T=F                  F or T=T
F and F=F                  F or F=F
Exceldə siyahılar və onların üzərində əməliyyatlar.
Excel siyahılarında hər sütün subyektləri xarakterizə edir.Hər sətir isə bir subyektin bütün xarakteristikalarını əks etdirir.Siyahılarda sütünların başlıqları Sahə adlanır.Hər sətir isə yazı adlanır.
Sıralama əməliyyatı-verilənlərin bir sahə üzrə artan ya azalan ardıcılıqla və yaxud əlifba sırası ilə (A-Z) (Z-A) düzmək mümkündür.
Süzgəcdən keçirmə əməliyyatı- (filtr)-Bu əməliyyatın tədbiqi vasitəsilə siyahıdan yalnız qoyulan şərtlərə cavab verən yazıları ekrana gətirmək olur.Əməliyyatı tədbiq etmək üçün Данные –Дата фильтр-Autofiltr əmrlərini ardıcılıqla seçmək lazımdır.Nəticədə siyahıda üçbucaq formalı bir işarə meydana gələcək.Onun üstünə mausu gətirib vurmaqla istəlinən əməliyyatı yerinə yetirmək mümkündür.
EXCELDƏ DİOQRAM qrafik təsviri.
Dioqram qurmaq üçün ilk növbədə cədvəli iraləyirik, Ondan sonra VSTAVKA menyusunda yerləşən dioqram ustası adlanan dialoq pəncərəsini açırıq və burdan isə dioqram növünü seçirik.Dioqram qurulması 4 mərhələdən ibarətdir.Dioqramın həmçinin aşağıdakı növləridə mövcuddur:
Qistoqram,qrafiklər,dairəvi dioqram,xalqavari,konuslu və 3 D ölçülü dioqramlarda mövcuddur.

90.Verilənlər Bazası.
Verilənlər bazası müəyyən əlamətlərinə görə əlaqələndirilmiş, struktur formasında məlumatlar toplusudur.
İdarəetmə sistemləri verilənlər bazalarını tərtib və emal edən sistemlərdir. Sistemlər üç qrupa bölünür:
1.      Relyatsion
2.      Şəbəkə
3.      İerarxik
Relatsion tipli bazalarda verilənlər 2 ölçülü cədvəl şəklində tərtib olunur. Daha mürəkkəb quruluşa malik olan məlumat toplusu şəbəkə və ierarxik sistemlərlə idarə olunur.
Access tətbiqi proqramı verilənlər bazalarının idarəetmə sistemlərindən biridir, VB-nın tərtibi və emalı üçün istifadə olunur. Verilənlə bazasının tərtib hissələri:
1.      sahə(pole)
2.      yazı(zapis)
3.      cədvəl
Sahə - hər hansı bir obyekti xarakterizə edən müəyyən bir elementdir. Misal üçün obyekti tələbə olan verilənlə bazasında obyekti xarakterizə edən amillər tələbənin adı, soyadı, təvəllüdü, cinsi və s.  – sahələrdir. Cədvəl rejimində sahənin təsviri üçün sütun ayrılır. Sahənin adı cədvəldə sütunun adı olur.
Yazı – Konkret obyekt haqqında tam məlumat yığımıdır. Obyekti tələbə olan verilənlər bazasında bir tələbə haqqında olan tam məlumatdır. Cədvəl rejimində yazı sətirlərdir.
Məntiqi, qarşılıqlı əlaqəli və müəyyən bir predmet oblastı əhatə edən verilənlər toplusu relyatsion bazanı təşkil edir. Və yaxud verilənlər bazası müəyyən predmet oblastının bütün obyektləri haqqında toplanan məlumatlar toplusudur.
Relyation bazasını idarəedən sistemlər: FoxPro, Clipper, Or..., Access və s..

VBİS xüsusi obyektlərə malikdir və bu obyektlərin köməyi ilə VB-nın yaradılması və istifadəsi ilə bağlı bütün işləri idarə edir. VBİS-in işi ilə Microsoft Access-in nümunəsində tanış olaq. VBİS Access-in obyektləri bunlardır:
1.   Cədvəl - VB-nin əsas və ən vacib obyektidir, belə ki, verilənlər məhz bu cədvəllərdə saxlanılırlar.
2.   Sorğu – VB-nin emalı üçün nəzərdə tutulmuş xüsusi strukturlardır. Sorğuların köməyi ilə verilənlər nizamlanır, seçilir, dəyişdirilir, daha doğrusu emal olunurlar.
3.   Forma – bazaya yeni verilənlərin daxil edilməsinə və ya onlara baxış keçirməyə imkan verən obyektdir.
4.   Hesabat – formanın «əksidir». Hesabatın köməyilə verilənlər münasib şəkildə printerə və ya ekrana çıxarılır.
5.   Makroslar – makrokomandalardır. Baza ilə işləyərkən tez-tez istifadə olunan hər hansı əməliyyatlar ardıcıllığını, bir neçə komandaları bir makrosda qruplaşdırırlar və onu klavişin bir düyməsinə mənimsədirlər.
6.   Modullar – bu Visual Basic dilində yaradılmış proqram proseduralarıdır.
·         VBİS-in təsnifatı. VBİS VB- nın üç modelinə uyğun olaraq iyerarxik, şəbəkə və relyasion ola bilərlər. Birinci ikisinin çatışmayan cəhəti ondan ibarətdir ki, onlar yazıları birləşdirən daxili fiziki göstəriciyə əsasən qurulurlar. Relyasion strukturlu VB yeganə bir məntiqi göstəriciyə əsasən qurulur. Relyasion VB adətən münasibətlər və daxil olan atributlar sayı ilə müəyyən olunur.
Bu gün ən geniş yayılmış VBİS verilənlərin relyasion modelinə əsaslanırlar. Bu, digərləri ilə müqayisədə onların daha sadə anlaşılması və yüksək göstəricilərə malik olması ilə əlaqədardır. VB relyasion idərə sistemləri (VBRİS) idarə etdikləri VB-nin tutumu və istifadəçilər sayına görə aşağıdakı kimi təsnifata malikdirlər:
1.   Yüksək səviyyəli RVBİS. Bu RVBİS-lər yüzlərlə və minlərlə giqabayt (Gb) tutumlu nəhəng VB-nı idarə etməyə və onlardan eyni zamanda minlərlə istifadəçinin istifadəsinə imkan verir. Belə sistemlərdən nəhəng korporasiyalarda istifadə olunur. Bu sistemin nümayəndələri: ORACLE7, ADABAS 5.3.2., SQL SERVER11.
2.   Orta səviyyəli RVBİS. Bu RVBİS-lər bir neçə yüz Gb tutumlu VB-ni idarə etməyə və ondan eyni zamanda yüzlərlə istifadəçinin istifadəsinə imkan verir. Bu sistemlərdən çox böyük olmayan korporasiyalarda və böyük firmalarda istifadə olunur. Nümayəndələri: IntelBase 3.3, Informix-OnLine7.0, Microsoft SQL Server 6.0.
3.   Aşağı səviyyəli RVBİS. Bu RVBİS-lər 1 Gb tutumlu VB-nin idarə olunmasına və 100-ə qədər istifadəçinin eyni zamanda istifadəsinə imkan verir. Bunlar çox da böyük olmayan müəssisələrdə istifadə olunurlar. Nümayəndələri: NetWare SQL 3/0, Gupta SQL-Base Server.
4.   Stolüstü VBİS. Bu sistemlər bir istifadəçi üçün nəzərdə tutulmuşlar, stolüstü VB-nin yaradılması və ya kliyent kimi VB-nın serverinə qoşulmaq üçün istifadə olunurlar.

PowerPoint 2000 təqdimatların - yə’ni şəkil və qrafiklərin göstərilməsi ilə müşayət edilən mühazirələrin tərtibi üçün istifadə olunan proqramdır. Təqdimat slaydlar ardıcıllığından ibarətdir. Hər slayda mühazirənin mətnindən əlavə müxtəlif qrafiklər, hərəkət effektləri vasitəstilə hərəkətə gətirilən şəkillər daxil edilə bilər. Hazır təqdimatlar dinləyicilərə çap edilmiş qrafik materiallar şəklində yaxud elektoron slayd-film kimi təqdim edilir. İnteraktiv təqdimatın göstərilməsi tamaşaçı tərəfindən də idarə oluna bilər.

PowerPoint 2002-ni işə salmaq üçün siçanın (maus) oxunu Start düyməsinin üzərinə gətirərək sol düyməni sıxın. Açılan menyudan Proqramlar (Programs) sətrini, alt menyudan isə Microsoft PowerPoint sətrini seçin və mausun sol düyməsini sıxın.
Başlığın altında 9 bənddən ibarət olan menyu sətri yerləşir . Menyunun altında alətlər lövhələri yerləşir. Standart adlanan alətlər lövhəsinin köməyi ilə təqdimatın açılması və bağlanması, obyektlərin və slaydların əlavə edilməsi, obyektlərin surətinin çıxarılması və göstərilən yerdə yerləşdirilməsi kimi əməliyyatlar yerinə yetirilir. Bu lövhənin altında Formatlaşdırma lövhəsi yerləşir. Formatlaşdırma lövhəsinin düymələri ilə seçilmiş mətnin şrifti və istiqaməti dəyişdirilir, hərəkət effektləri tətbiq edilir. Pəncərənin aşağısında Rəsm lövhəsi yerləşir. Alətlər vasitəsilə yerinə yetirilən əməliyyatlar, menyu bəndlərinin müəyyən sətrinin seçilməsi ilə də yerinə yetirilə bilər.

Ekranda PowerPoint dialoq pəncərəsini görürüsünüz (şəkil 2). Bu pəncərədən təqdimatın yaradılma üsulu seçilir. Avtoməzmun Ustası strukturu əvvəlcədən tə’yin edilmiş təqdimat hazırlayır. Təqdimatın hazır Tərtibat şablonlarından (Slide Layout) istifadə edərək yaxud boş slaydlar üzərində (Blank Presentation) öz istəyinizlə şəkil və mətn yerləşdirməklə yarada bilərsiniz.
Объекты в приложении PowerPoint

Объекты в приложении PowerPoint

Misal üçün, Layihələr (Projects) bölməsindən Project Post-Mortem-i seçin. İrəli (Next) düyməsini sıxın. 
Burada 5 variant var:
· ekranda təqdimat (On-screen presentation)
· İnternetdə təqdimat (Web-presentation)
· ağ-qara təqdimat (Black and white overheads)
· rəngli təqdimat (Color overheads)
· 35 mm slaydlar (35 mm slides)
PowerPoint-da yaradılmış slaydlara müxtəlif rejimlərdə baxmaq mümkündür.

Bir rejimdən başqa rejimə keçmək, eləcədə təqdimatın nümayişinə başlamaq üçün təqdimat pəncərəsinin aşağısında yerləşən 5 düymədən birini sıxmaq lazımdır. Slayd rejimi (Slides) - ayrı-ayrı slaydlar üzərində işləmək üçün nəzərdə tutulub.

Struktur rejimi (Outline) - slaydların mətni üzərində işləmək üçün nəzərdə tutulub.

Slaydları nizamlama rejimi (Slide Sorter) - bu rejimdə slaydların ardıcıl yerləşdirilmiş minatürlərinə baxmaq olar.

Adi rejim (Normal View ) - slayd, struktur və qeyd rejimlərini özündə cəmləşdirir.

Slaydların nümayişi (Slide Show) - hazır təqdimatın nümayişi üçün nəzərdə tutulmuşdur.

Rejimi dəyişmək üçün menyunun Görünüş (View) bəndinin əmrlərindən də istifadə etmək olar .
Təqdimatın yadda saxlanması haqqında suala Hə (Yes) cavabı verin.
Tərtibat şablonları və rənglərin seçilməsi
Təqdimatın xarici görünüşünu dəyişmək üçün ən asan yol şablonu dəyişdirməkdir. Şablonun dəyişdirilməsi rəng sxemini - yəni təqdimatın elementlərinin və fonunun rəngini, bundan əlavə təqdimatın formasını; mətnin susmaya görə parametrlərini və sairi dəyişdirir.

firststeps.ppt təqdimatının şablonunu dəyişdirmək üçün onu açın.

Formatà Slayd dizaynı (Formatà Slide Design...) əmrini seçin.

Sağ tərəfdə açılan menyuda müxtəlif şablonlar təklif olunur. Onlara işarələrinin üzərində mausun düyməsini sıxmaqla bir-bir baxmaq olar. Şablonlardan birini, məsələn, Ocean.pot seçin. Tətbiq (Apply) düyməsini sıxın. Gördüyünüz kimi təqdimatın görünüşü dəyişdi .
 Ekran boyu nümayiş etdirilən Mühazirəçi Tərəfindən İdarə Olunan (Presented By a Speaker) rejim, pəncərədə nümayiş etdirilən İstifadəçi Tərəfindən İdarə Olunan (Browsed By An Individual) rejim, təqdimatın sonsuz təkrar edilməsi - Avtomatik (Browsed At A Kiosk) rejimi. Sonuncu slayddan sonra yenidən birinci slayddan başlayaraq nümayişin Esc düyməsilə dayandırılması (Loop Continiously Until "Esc") rejimi. Səssiz rejim (Show Without Narration), Obyektlərin Hərəkətsiz (Show Without Animation) rejimi, Sürüşdürmə Zolağı ilə (Show Scrollbar). 

Seçmə slaydların nümayiş etdirmək üçün birinci slaydın sayını sayqacın Başlayaraq(From) sahəsində, axırıncı slaydın sayını Qədər (To) sahəsində yazın. 

Slaydların avtomatik keçidini ləğv etmək üçün İdarə olunan (Manually) rejimini seçin. 

Parametrləri qeyd etdikdən sonra OK düyməsini sıxın.

103.MS Publisher proqramı haqqında.
İngilis dilində “publisher” “nəşr edən,naşir,çap edən”anlamını verir.Adından göründüyü kimi,Publisher proqramı çap məhsullarının-bülletenlərin,broşürlərin, elanların,sertifikatların,vizit kartlarının hazırlanması üçün nəzərdə tutulub
Rəng sxeminin seçilməsi
Lazım olan şablonu seçin.İnformasiya bülleteninin yaradılması sehrbazı başladılacaq.Sehrbaz ekrana Personal İnformation dialoq boksunu çıxararsa,Cancel düyməsini çıqqıldadın.Ekranın sol tərəfində əks olunan Newsletter Options tapşırıqlar panelində Page Content bəndini çıqqildadın və sənədiniz üçün sütunların sayını göstərin.Color Schemes bəndini çıqqıldadın.Uyğun dialoq boksu açılacaq.Siyahıdan rəng sxemlərindən birini seçin,yaxud Custom color scheme bəndini çıqqıldadın və öz rəng sxeminizi yaradın
Microsoft Publisher Proqramında bülletenlərin yaradılması
Start düyməsini çıqqıldadın.Açılan Start menyusunun yuxarı hissəsindəki All Programs elementini seçin.Açılan yeni menyudan öncə Microsoft Office,sonra isə Microsoft Office Publisher 2003 bəndini seçin.Ekranda Microsoft Publisher proqramının baş pəncərəsi açılacaq.Ekranın solunda əks olunan New Publication tapşırıqlar panelində nəşr növləri siyahısından Publications for Print növünü,sonra isə News letters növünü seçin.Bu zaman pəncərənin sağ hissəsində informasiya bülletenlərinin müxtəlif şablonları əks olunacaq
104.MS Outlook proqramı haqqında.

Microsoft Outlook Express - elektron poçt vasitəsi ilə məktub almaq və məktub göndərmək üçün istifadə edilən proqramdır.Microsoft Outlook pullu proqram təminatının bir qədər sadələşdirilmiş,pulsuz variantıdır. Windows XP əməliyyat sisteminin tərkibində quraşdırılmış olurdu.Windows Vista əməliyyat sistemində isə daha interaktiv olan Windows Live ilə əvəz olunmuşdur. Outlook Express proqramı poçt ilə işləyən bir çox güclü proqramların malik olduqları imkanlara malikdir.

Outlook Express proqramının imkanları

·         Məktubların əldə edilməsi. Şəxsin poçt ünvana gələn və poçt serverində yığılan məktublar Outlook Express proqramı vasitəsilə istifadəçinin kompyuterinə gətirilir.
·         Məktubların oxunması. Məktub Outlook Express proqramının xüsusi panelinin köməyilə və ya ayrıca pəncərədə oxunur.
·         Məktubların göndərilməsi. Outlook Express yeni məktubun yaradılması, göndərilməsi və HTML kimi göndərilməsini təmin edir.
·         Məktublarla əməliyyat. Outlook Express gələn məktubları əldə etmək üçün əlavə qovluqların yaradılmasına imkan verir. Müəyyən qayda qoymaqla gələn məktubları müxtəlif qovluqlara yığmaq mümkündür.
105.Qrafik redaktorlar və komputerdə qrafikanın növləri.
İnformatikanın xüsusi bölməsi olan komputer qrafikasına daxil olan çoxsaylı qrafik proqramlarla yeni şəkillər çəkmək, hazır şəkillər üzərində müxtəlif dəyişikliklər etmək mümkündür. Belə proqramlara Adobe Photoshop, Picture Publisher, Photostiller, Corel Draw, Macromedia Flash, Macromedia Freehand, Macromedia Fotographer, Macromedia DreamWeaver, Ulead Gif Animator və s. missal göstərmək olar. Kompyuterin diskində saxlanılan şəkillər rəqəmsal təsvirlər adlanırlar. Qrafik redaktorlar üç qrupa bolünürlər: rastra (piksel), vector və fractal.
1.   Rastra qrafika şəkillərin skanerləşdirilməsi, rəqəmli fofoaparat, videokamera çəkilişləri vasitəsilə alınır və nöqtələrdən təşkil olunur. Rastra qrafika üçün əsas xarakteristika vahid uzunluğa düşən nöqtələrin sayıdır.
2.   Vector qrafik redaktorlarında bütün xətlər başlanğıc nöqtə ilə və bu xətti riyazi əks etdirən tənliklərlə tətin olunur. Burada əsas element xətt nəzərdə tutulduğundan qrafik əks olunma daha sadə və asandir.
3.   Fraktal qrafika vector qrafikası kimi riyazi hesablamalara əsaslanır, onun baza elementlərini isə riyazi düsturların özləri təşkil edir. Bu düsturların köməyilə üçölçülü obyektlərin, suxur laylarının və s. imitasiyalar yaradılır.

106.Qlobal şəbəkənin strukturu, növləri,qurulmasının əsas prinsipləri,qlobal komputer şəbəkələri.
Kompyuter şəbəkələrinin iki tipi: lokal və qlobal kompyuter şəbəkələri geniş yayılmışdır.
Qlobal kompyuter şəbəkələri WAN (Wide Area Network) – bir-birlərindən çoğrafi uzaq (yer kürəsinin istənilən hissəsindəki) kompyuterləri, printerləri və digər qurğuları birləşdirən kommunikasiya şəbəkəsidir. Rabitə vasitəsi olaraq əsasən yüksək sürətli telefon və peyk rabitəsindən istifadə olunur. Qlobal kompyuter şəbəkələri əsasən klient server texnologiyası əsasında fəaliyyət göstərir. Şəbəkənin proqram təminatı əsasən iki hissədən idarət olur: Klient və Server.
Ən böyük qlobal kompyuter şəbəkəsi İnternet kompyuter-informasiya şəbəkəsidir. İnternet özündə milyonlarla kompyuteri birləşdirən, kompyuter şəbəkələrinin ümümdünya toplusudur.
Lokal kompyuter şəbəkələri LAN (Local Area Network) bir muəsissə daxilində fəaliyyət göstərir və informasiya mübadiləsinə, informasiya və perferiya avadanlıqlarından birgə istifadəyə şərait yaradır. Şəbəkədə kompyuterlər kompakt şəkildə yerləşdirilir.
Korporativ şəbəkə lokal şəbəkəyə aid olub, hər-hansı təşkilat daxilindəki kompyuterləri, printerləri və digər qurğuları birləşdirən kommunikasiya şəbəkəsidir. Nəzərə almaq lazımdır ki, təşkilata aid binalar müxtəlif şəhərlərdə yerləşə bilərlər.

Qlobal şəbəkənin strukturu

Qlobal hesablama şəbəkələri müəssisədə olan və ya uzaq məsafədə yerləşən və informasiya mübadiləsinə ehtiyacı olan bütün abonentlər arasında əlaqə yaratmaq imkanına malik olmalıdır. Bunun üçün qlobal şəbəkə kompleks xidmətlər göstərməlidir. Qlobal hesablama şəbəkəsi bir biri ilə əlaqədə olan üç alt şəbəkədən ibarətdir:
·         Verilənləri ötürmə şəbəkəsi;
·         EHM şəbəkəsi;
·         Terminal şəbəkəsi.

Qlobal şəbəkələrin növləri

80-cı illərdə praktiki olaraq paketlərin kommutasiyası ilə işləyən yalnız X.25 - qlobal şəbəkə texnologiyasından istifadə olunurdu. Bu gün seçim xeyli artıb, X.25 şəbəkələri ilə yanaşı Frame Relay,ATM texnologiyalarından da istifadə olunur. Bununla yanaşı qlobal komputer şəbkələrində TCP/IP texnologiyasından da geniş istifadə olunur ki, buna İnternet şəbəkəsini misal göstərmək olar.
111.İnternet şəbəkəsində domen adları sistemi.
Domen – İnternet şəbəkəsində domen adlar fəzasının sahəsidir.
Domen ad dedikdə domenin simvolik adı nəzərdə tutulur. Domen ad bir domen daxilində istənilən hərf və rəqəm birləşməsi ola bilər. Domenin tam adı nöqtə ilə ayrılmış bütün domenlərin adlarından təşkil olunur və İnternetdə nəşr edilmış hər hansı veb-saytın ünvanını göstərir.
Milli domenlər – .az, .ru, .us və s.
ccTLD - milli zonalarda domenlərə nəzarət edən – domen adları və İP ünvanları bölüşdürən və tənzimləyən Beynəlxalq təşkilatdır.Göründüyü kimi, hər bir ölkə adına uyğun xüsusi domenə malikdir. 
Funksional domenlər – .com, .org, .net, .info və s.
gTLD - funksional zonalarda domenlərə nəzarət edən – domen adları və İP ünvanları bölüşdürən və tənzimləyən Beynəlxalq təşkilatdır.

112.Elektron poçt anlayışı.
Elektron poçt - (Electronic Mail və ya E-Mail) hazırki dövrdə insanlar arasında ən çox yayılmış ünsiyyət növüdür. Bu ünvan bir neçə saniyə ərzində İnternet şəbəkəsinin yerləşdiyi istənilən yerə nəinki mətn, veb-səhifə, hətta məktub halında olan istənilən faylı göndərməyə imkan verir.              ABŞ və Avropadan başlayaraq bu rabitənin adı "e-mail" və ya "email" formasında yazılır. Qısa olaraq “E-poçt” deyilən Elektron poçt kompüter vasitəsilə digər İnternet istifadəçilərinə mesaj göndərmə vasitəsidir. Əlaqə saxlamaq üçün çox yaxşı üsuldur. Yazdığınız məktubu hətta ən uzaq bir ölkəyə belə bir neçə dəqiqəyə, hətta saniyəyə göndərə bilirsiniz. Həm də beynəlxalq telefon danışıqları kimi bahalı deyil.                                                                                      1.İnformasiya cəmiyyəti , İC (en. Information Society, ru. Информационное общество)

Elektron poçt - (Electronic Mail və ya E-Mail) hazırki dövrdə insanlar arasında ən çox yayılmış ünsiyyət növüdür. Bu ünvan bir neçə saniyə ərzində İnternet şəbəkəsinin yerləşdiyi istənilən yerə nəinki mətn, veb-səhifə, hətta məktub halında olan istənilən faylı göndərməyə imkan verir.              ABŞ və Avropadan başlayaraq bu rabitənin adı "e-mail" və ya "email" formasında yazılır. Qısa olaraq “E-poçt” deyilən Elektron poçt kompüter vasitəsilə digər İnternet istifadəçilərinə mesaj göndərmə vasitəsidir. Əlaqə saxlamaq üçün çox yaxşı üsuldur. Yazdığınız məktubu hətta ən uzaq bir ölkəyə belə bir neçə dəqiqəyə, hətta saniyəyə göndərə bilirsiniz. Həm də beynəlxalq telefon danışıqları kimi bahalı deyil.                                                                                      1971-ci ildə Rels Tomlinson isə bu işarənin, e-poçt serverlərindəki istifadəçiləri təyin etmək üçün uyğun olduğuna qərar verdi. O tarixdən etibaren @ artıq bu günki şəkildə e-poçtlardakı istifadə şəklində qovuşmuş oldu.                                                                                                             
113.İnternetdə axtarış sistemləri.
İnternetdə,xüsusi halda onun əsas təcəssümü olan WWW sistemində, saxlanılan informasiyanın həcmini ölçmək qeyri-mümkündür.Onun ancaq tərtibini qiymətləndirmək olar. Ehtimal olunduğuna görə bu, onlarla və ya hətta yüzlərlə terabaytdır, Bunlar çox müxtəlif xarakterli və istiqamətli məlumatlardır.İnternetdə ən son siyasi, mədəni, iqtisadi xəbərləri : hər cür elmi, texniki, tədris və sorğu məlumatlarını ; müxtəlif mal və xidmətlərin reklamlarını tapmaq mümkündür. Bura həm də mədəniyyət və incəsənətə- ədəbiyyat, rəssamlıq,teatr, kino,televiziya həsr olunmuş resurslar da aiddir.Axtarış sistemləri müxtəlif cür olur_google.com. Yandex.ru Altavista.com yahoo.com Rambler.ru
axtarış sistemi internetdə ehtiyac görünən yerə istifadəçini istiqamətləndirən və istifadəçinin ehtiyacını 
qarşılayan və köməkçi bir servizə deyilir. İndi ən çox dünyada yayılmış axtarış sistemi "Google.com"-dur. "Google.com" öz sahəsində liderdir, yəni o, bu sahədə 80% yerə malikdir. Ondan sonra isə "yahoo.com"-dur. O, isə öz sahəsində 10% yerə malikdir. Ondan sonra isə yeni istifadəyə verilmiş "Bing.com" gəlir. Bu da axtarış sahəsində 5% yerə malikdir, - "ntv.com"
 
1971-ci ildə Rels Tomlinson isə bu işarənin, e-poçt serverlərindəki istifadəçiləri təyin etmək üçün uyğun olduğuna qərar verdi. O tarixdən etibaren @ artıq bu günki şəkildə e-poçtlardakı istifadə şəklində qovuşmuş oldu.                                                                                                             