вторник, 12 марта 2013 г.

Qerbi Azerbaycan-Qafan

Qerbi Azerbaycanlilar tariximiz haqqinda bezi arasdirmalar apardim.Bilmeyenlerde bilsin:)

Qafan - Qərbi Azərbaycanda (indiki Ermənistan Respublikası) Zəngəzur mahalı ərazisində rayon.
1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 1345 kv km-dir. Rayon mərkəzi respublika tabeli Qafan şəhəridir. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 320 km-dir.
Azərbaycanda Qaf dağının olması və bu dağın içərisində odlu Simurq quşunun yaşaması haqqında əfsanə və əsatirlər var. Qafqazın adının da buradan götürüldüyü güman edilir. Qafan sözü də "Qafın yerləşdiyi ərazi" anlamını verir. Qafan rayonu ərazisində Qaf dağı əslində hündürlüyü 3904 olan Qapıcıq dağıdır.

Şəhərcik - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonu ərazisində kənd. Rayon mərkəzindən 7 km şimalda, Oxçu çayının sol sahilində yerləşir.
Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir (348, s.290).
Erməni mənbələrində Şharcik formasında qeyd edilir (415, s.60).
Kənddə 1831-ci ildə 37 nəfər, 1873 - cü ildə 162 nəfər, 1886-cı ildə 371 nəfər, 1897-ci ildə 341 nəfər, 1904 - cü ildə 395 nəfər, 1914 - cü ildə 180 nəfər azərbaycanlı yaşamışdır (415, s.60-61, 136-137).
1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşlar.
İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra öz yurd-yuvalaкжna dönə bilmişdir.
Burada 1922-ci ildə 262 nəfər, 1926-cı ildə 316 nəfər, 1931-ci ildə 425 nəfər azərbaycanlı yaşamışdır (415, s.60-61, 136-137).
1988-ci ilin noyabrın axırlarında Azərbaycanlılar ermənistan dövləti tərəfindən Öz torpaqlarından qovulmuşdular

Комментариев нет:

Отправить комментарий