суббота, 26 января 2013 г.

Azərbaycan Dili imtahanindan suallar və cavablar.


Azərbaycan Dilindən suallar və cavablar.

1.Dil və ədəbi dil haqqında.

 Dil çox-çox qədim zamanlarda toplu halında yaşayan insanların bir-birinə söz demək ehtiyacından, bir-biri ilə ünsiyyət saxlamaq zərurətindən ortaya çıxmışdır. Deməli, dil insanlar arasında ünsiyyət vasitəsidir. Dil ünsiyyət vasitəsi kimi yalnız müəyyən şəraitdə - insan cəmiyyətində yaranır və fəaliyyət göstərir. Buna görə də dil ictimai hadisə sayılır. Dilin varlığı üçün bəşər cəmiyyətinin olması mühüm şərtdir. Insan cəmiyyəti olmayan yerdə dil mövcud ola bilməz. Belə ki, yeni doğulan uşaq insanlarla ünsiyyət saxlamasa, yəni insan yaşamayan mühitdə böyüsə (və ya lal adamlar arasında tərbiyə olunsa), o danışa bilməz.
Dil ancaq insana məxsusdur, heyvanlar yalnız münasibəti duya bilirlər.Dil irqi və irsi cəhətlərlə bağlı deyil. Buna sübut olaraq, belə bir nümunə göstərmək olar: bir zənci balası körpəlik çağından valideynlərindən ayrı düşərək Azərbaycan ailəsində böyüyərsə, o, Azərbaycan dilində danışmağa başlayacaq.
Dil mənsub olduğu xalqın həyatı ilə sıx bağlıdır. Hər hansı bir xalqın milli şüuru, mədəni səviyyəsi inkişaf etdikcə onun dili də inkişaf edir, təkmilləşir.
2.Dilin cəmiyyətdə rolu,onun ünsiyyət vasitəsi olması.

Hər bir dövlətin dilçilik əlamətlərindən (atributlarından) biri onun siyasi, iqtisadi, mədəni fəaliyyətini cəmiyyətə çatdıran dildir: dövlət qanunlarının, rəsmi göstəriş və sərəncamların, müxtəlif iş sahələrinə aid rəsmi sənədlərin vahid dildə olması mühüm siyasi şərtlərdəndir. Bu dil vahidliyi aşağıdan yuxarıya dövlət quruculuğunda və idarəçiliyində ünsiyyəti asanlaşdırır, anlaşmanı maksimum təmin edir. Bu əlaqələndirmə və ünsiyyət vasitəsinə dövlət dili deyilir.
Konstitusiyanın 21-ci maddəsində yazılır: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir”. (Azərbaycan Respublikasının konstitusiyası. 1996, s.10). Bu o deməkdir ki, Azərbaycan Respublikasının bütün dövlət orqanlarında yazılı və şifahi əlaqə işləri Azərbaycan dilində aparılacaqdır. Həmin prosesin ardıcıllığına dövlət təminat verir. Bu o deməkdir ki, dövlət idarələrində vəzifə tutan müxtəlif xalqların nümayəndələri öz işlərini məhz Azərbaycan dilində icra edəcəklər. Yenə Konstitusiyada yazılır: “Azərbaycan Respublikası əhalinin danışdığı başqa dillərin sərbəst işlədilməsini və inkişafını təmin edir” (yenə orada, s.11). Deməli, dövlət dilinin vahidliyi həm də öz demokratizmi ilə səciyyələnir. İndi Azərbaycan dili sovet hakimiyyəti illərindəki kimi yox, həqiqi mənada müstəqil dövlət dilidir. Bu gün Azərbaycan Respublikası müstəqil, suveren dövlətdir və təbii ki, onun dövlət dili haqqındakı qanunu da realdır. Azərbaycan dili Azərbaycanda millətlərarası ünsiyyət vasitəsidir

3.Ədəbi dil anlayışı. 4.Şifahi və yazılı ədəbi dil.

Ədəbi dil xalq dilinin ciddi fonetik, leksik, morfoloji və sintaktik normalar əsasında fəaliyyət göstərən formasıdır. Ədəbi dil xalq dilinin cilalanmış təzahürüdür. Bu cəhətdən ədəbi dil dialektə qarşı durur və ondan fərqlənir.
Ədəbi dilin yazılı şifahi formaları var. Şifahi ədəbi dil ilkindir – o, çox qədimlərdən, hələ əlifba, yazı meydana çıxmamışdan xalq yaradıcılığının dili kimi işlənmişdir. Dövrümüzdə ədəbi dilin şifahi forması radio, televiziya dilinin hesabına daha da genişlənmişdir.
Yazılı ədəbi dilin ilk nümunələri dövlət sənədlərinin, dövlət başçılarının məktublarının və bədii əsərlərin dili olmuşdur. Mədəni inkişafın yüksəlməsi ilə yazılı ədəbi dilin dairəsi daha da genişlənmişdir. Bu gün bədii əsərlərlə yanaşı, qəzet və jurnalların, elmi və publisist kitabların, reklamların, müxtəlif məzmunlu plakatların da dili yazılı ədəbi dil nümunəsidir. Ədəbi dil bütün üslubların sistemidir. Müasir Azərbaycan ədəbi dili dünyanın ən zəngin, mükəmməl və işlək dillərindən biridir. Ədəbi dilimizin bütün üslubları öz dolğunluğu ilə seçilir. Xalqımızın elmi-mədəni yüksəlişi ilə, müasir dünya mədəniyyətinə yaxınlaşma və inteqrasiyası ilə, müstəqil dövlətçiliyimizin açdığı imkanlarla ədəbi dilimizdə elmi-kütləvi üslub deyilən bir üslub formalaşır. Tarixən başqa üslublarla müqayisədə nisbətən zəif olan rəsmi üslubumuz indi müstəqil dövlətçiliyimizlə bağlı, bütün rəsmi dairələrdə mütləq işlənməsi, məcburi işlənməsi ilə şərtlənərək daha da kamilləşmişdir. Bu gün Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dilidir. Bu, ədəbi dilimizin, bütün üslublarımızın sürətli inkişafı üçün təminatdır.
Şifahi ədəbi dil, əsasən, orfoepik normalarına tabe olub, səslənən dildir. Nitqlər, çıxışlar, mühazirələr və s. buraya aiddir.
Yazılı ədəbi dil, əsasən, orfoqrafik normalara tabe olub, yazılan dildir.


5.Azərbaycan dili və onun türk dilləri sistemində yeri.

Yarandığı ilk dövrlərdə dünya dilləri çox az sayda olub. Zaman keçdikcə bu dillər arasında bölünmə getmiş, bir dildən onlarla yeni dil formalaşmış və formalaşanların da hər birindən sonralar yenə başqa dillər əmələ gəlmişdir. Beləliklə, bu gün dünyada 3.500-dən çox dil var (əlbəttə, bu törəmə prosesi ilə yanaşı, həm də onlarla dil ölmüşdür). Bir kökdən törəyən dillər qohu dillər sayılır. Qohum dillərin hamısına birlikdə bir dil ailəsi deyilir. Azərbaycan dili türk dilləri ailəsinə mənsubdur.
Qohum dillərin yaranması bir ağacın qol-budağa ayrılması kimidir. Məsələn, qədim ulu türk dili bu dillərə (şaxələrə) ayrılır: oğuz dili, qıpçaq dili, qarluq dili və s. Növbəti mərhələdə bu budaqlar da cavan qollara (dillərə) ayrılır.
Oğuz dilindən (budağından) türkmən dili, qaqauz dili, Azərbaycan dili və Türkiyə türkcəsi törəyir; qıpçaq dilindən (budağından) qazax, qırğız, tatar, başqırd, qumuq və s. dillər yaranır; qarluq dilindən (budağından) özbək, uyğur, salur və s. dillər meydana gəlir.
Bu bölünmə (şaxələnmə) milli dillər yaranana qədər davam edir. Dil şaxələrinə dil qrupları da deyilir. Yəni Azərbaycan dili, türkmən dili qaqauz dili, Türkiyə türkcəsi oğuz qrupunu təşkil edir.
Təbii ki, ayrılma vaxtı nisbətən yaxın olduğu üçün eyni budaqdan (qrupdan) olan dillərin lüğət tərkibi, fonetik və qrammatik quruluşları bir-birinə daha yaxın olur. Ona görə də bir qrupdan (budaqdan) olan dillərdə danışanlar bir-birlərini yaxşı başa düşürlər. Əlbəttə, bir qrupun dillərinin ayrılma vaxtının yaxınlığını çox müxtəsər düşünmək olmaz. Bu vaxt minilliklərlə ölçülür. Məsələn, oğuz qrupundan olan dillərin formalaşması eramızın birinci minilliyində başa çatır.
Yəni bugünkü Azərbaycan dilinin fonetik sistemi, əsas lüğət fondu və qrammatik quruluşu artıq ilk orta əsrlərdə (birinci minillikdə) təşəkkül tapmışdı. Bu, Azərbaycan xalqının varlığı demək idi.


6.İlk Şifahi dil nümunələrinin yaranması.(Dədə Qorqud).

Azərbaycan dili azərbaycanlıların ana dilidir. Respublikamızda 8 milyona qədər, Cənubi Azərbaycanda 23 milyondan çox adam bu dildə danışır. Bundan başqa müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar ana dili kimi bu dili işlədirlər. Bütövlükdə bu dil 35 milyondan çox azərbaycanlıya xidmət göstərir. Azərbaycan dili Azərbaycan Respublikasında yaşayan, bu torpağın qədim sakinlərindən sayılan talış, tat, ləzgi, kürd, udi, saxur və başqa azsaylı xalqların ümumi ünsiyyət vasitəsidir. Respublikamızda yaşayan rusların, gürcülərin də xeyli qismi bu dili bilir.
Azərbaycan dili böyük inkişaf yolu keçmiş qədim dillərdən biridir. “Kitabi Dədə Qorqud” dastanlarının dili ədəbi dilin şifahi növü kimi qəbul edilərsə, hazırda xalqa ünsiyyət vasitəsi kimi xidmət edən dilin yaşı 1300 ildən çoxdur. Azərbaycan yazılı ədəbi dilinin tarixi isə hələlik əldə olan materiallara görə XIII əsrdən başlayır. 
Azərbaycan ədəbi dilinin 800 ilə yaxın inkişaf tarixi iki böyük dövrə - əski və yeni dövrlərə bölünür. Əski dövr təxminən XIII-XVII əsrləri, yeni dövr isə XVII əsrdən sonrakı mərhələni əhatə edir. 


7.Azərbaycan ədəbi dilin tarixinin dövrləri. 8.Sabitləşmə dövrü.9.Təşəkkül dövrü.

Azərbaycan ədəbi dili öz 800 ilə yaxın inkişafı müddətində iki böyük dövrü əhatə edir. Əski dövr adlandırılan birinci dövr XIII əsrdən XVIII əsrə qədər olan dövrü, yeni adlandırıla bilən ikinci dövr isə XVIII əsrdən yaşadığımız günlərə qədər olan bir dövrü əhatə edir.
Əski Azərbaycan dilində söz birləşmələrinin quruluşu daha çox ərəb və fars dillərinin sintaktik modelində olmuşdur: fəsli-gül (gül fəsli), tərki-təriqi-eşq (eşq təriqinin (yolunun) tərki), daxili-əhli-kamal (kamal əhlinə daxil)… Yəni təyin edən söz təyin olunan sözdən sonra işlənmişdir. İkinci dövr Azərbaycan dilində tamamilə əksinədir: təyin edən söz təyin olunan sözdən mütləq və həmişə əvvəl işlənir.
Digər sintaktik fərq kimi, birinci dövrdə budaq cümlənin baş cümlənin içərisində yerləşdiyi tabeli mürəkkəb cümlələr daha çox işləndiyi halda (kimi kim, bivəfa dünyada gördüm, bivəfa gördüm), yeni dövrdə bu tipdən olanların əvəzinə daha çox feli sifət tərkiblərinin işləndiyini görürük. [22]
Hər iki dövrün ədəbi dili öz növbəsində müxtəlif mərhələləri əhatə edir. Birinci dövr Azərbaycan dili öz inkişafında iki mərhələdən keçmişdir:
1.      ədəbi dilin təşəkkül mərhələsi (XIII-XIV əsrlər),
2.      klassik şeir dili mərhələsi (XV-XVII əsrlər).
İkinci dövr Azərbaycan dili isə üç mərhələni əhatə edir:
1.      ədəbi dilin xəlqiləşməsi mərhələsi (XVIII əsr),
2.      milli dilin yaranması və inkişafı mərhələsi (XIX-XX əsrin əvvəli),
3.      müasir mərhələ (XX əsrin 1-ci rübündən sonra).



10.Müasir Azərbaycan ədəbi dilinin xüsusiyyətləri.

Azərbaycan Respublikasının əhalisinin gündəlik ünsiyyət vasitəsi və rəsmi dövlət dili Azərbaycan dilidir.Azərbaycan dili İran İslam Respublikasında yaşayan 20 milyonluq azərbaycanlının da ana dilidir. Rusiyada, ABŞ-da, Türkiyədə və Qərbi Avropa ölkələrində bir neçə milyon azərbaycanlı yaşayır. Türk dillərindən biri kimi müasir Azərbaycan dili özümlü xüsusiyyətləri ilə fərqlənən fonetik və qrammatik quruluşu olan bir dildir. Dilçiliyin əsas bölmələrindən biri olan fonetikada danışıq səsləri öyrənilir. Ahəng qanunu, heca və vurğu da fonetikanın mövzularına daxildir.
Danışarkən tələffüz etdiyimiz səslər danışıq səsləri adlanır. Bu səslər danışıq üzvlərinin köməyi ilə yaranır. Dodaqlar, dil və səs telləri danışıq səslərinin yaranmasında daha fəal iştirak edir. Danışıq səslərini tələffüz edir və eşidirik. Yazıda onlar hərflərlə işarə olunur. Hərfləri isə görür və yazırıq. Səsləri hərflərdən fərqləndirmək üçün dərslik kitablarında onlar böyük mötərizə içərisində verilir.
Öz fonetik qanunauyğunluqlarına görə, bu dildə əmələgəlmə yerinə görə fərqlənən saitlər, yəni ön sıra (i, ü, e, ə, ö) və arxa sıra (ı, u, a, o) saitlər eyni bir söz və ya sözforma daxilində işlənə bilməz ("işıq", "ildırım" kimi "i" saiti ilə başlayan bir neçə söz istisnadır): eyni zamanda bu dildə dilortası samitlərin (g, k) arxasıra, dilarxası saitlərin (k, q, ğ, x) ön sıra saitlərlə bir hecada işlənməsi də mümkünsüzdür.Azərbaycan dilinin fonem tərkibində 15 sait və 25 samit vardır. Bu 40 fonem Azərbaycan əlifbasında 32 hərflə işarə edilir.

11.Azərbaycan ədəbi dilin üslubları.12.13.14.15.16

Azərbaycan ədəbi dili funksional üslublar sisteminə malikdir. Həmin üslublar aşağıdakılardır:
1)            Bədii üslub: bədii əsərlərin (poeziya, nəsr, dramaturgiya) dili. Əsas əlamətləri obrazlılıq və emosionallıqdır. Azərbaycan dili yüzilliklər boyu poeziya dili kimi inkişaf etmişdir. Deməli, ədəbi dilin bədii üslubu qədimliyi, mükəmməlliyi və bütün tarixi boyu aparıcı olması ilə seçilir.
2)            Publisistik üslub: qəzet, jurnal, radio, televiziya, mitinq dili, müxtəlif yığıncaqlarda istifadə olunan dil. Əsas əlaməti kütləvi anlaşıqlılıq, aydın dildir. Publisistik üslubun yaranması “Əkinçi” ilə (milli mətbuatın əsasının qoyulması ilə) başmış və inkişaf etmişdir.
3)            Elmi üslub: elmi əsərlərin, dərsliklərin, monoqrafiyaların dili. Əsas əlaməti məntiqilik, ardıcıllıq, terminlərin olmasıdır. Azərbaycan alimləri istər orta əsrlərdə, istərsə də sonralar öz əsərlərini daha çox beynəlxalq dillərdə yazdıqlarına görə elmi üslub bədii və publisistik üslub qədər geniş imkanlar qazanmamışdı. 
4)            Rəsmi-işgüzar üslub: rəsmi və işgüzar sənədlərin dili. Əsas əlaməti standart formalardan istifadədir. Rəsmi-işgüzar üslubun inkişafı digər funksional üslublardan geri qalmışdı. Bu da həmin üslubun dövlətçilik ənənələrindən asılı olması ilə bağlıdır. Məsələn, Azərbaycan dövlətçiliyinin meydana gəlməsi ilə bağlı XVI əsrdə-Xətai dövründə az-çox mükəmməl sənəd nümunələri yaranmışdır. Sovet dönəmində isə sənədləşmə daha çox rus dilində aparıldığı üçün rəsmi-işgüzar üslub inkişafdan qalmışdı. Müstəqil Azərbaycan dövlətinin yaranması bu üslubun sürətli inkişafına və möhkəmlənməsinə şərait yaratdı. 
5)            Məişət üslubu: gündəlik ünsiyyət dili. Əsas əlaməti nitqin sərbəstliyi və təbiiliyidir. ədəbi dildə məişət dili, məişət üslubu – danışıq dili mövcuddur. Bu gün məişət dili kimi qavradığımız nitq o zamanlar xalqın ünsiyyət saxladığı dilin özü idi.

17.Azərbaycan ədəbi dilin normaları.18.19.20

Dilin daxili quruluşunu onun səs tərkibi (fonetikası), leksikası (lüğət tərkibi) və qrammatikası təşkil edir. Ədəbi dilin normaları da bunlara uyğundur:
1)            Fonetik norma;
2)            Leksik norma;
3)            Qrammatik norma.

Fonetik norma özü iki yerə bölünür:
a)            Orfoepik norma
b)            Orfoqrafik norma
Orfoqrafik və orfoepik normalar dilin fonetik və qrammatik (morfoloji) normaları əsasında yaranır. Azərbaycan dilinin iltisaqi tipə aid olması onun ədəbi normalarının xarakterini, tipologiyasını müəyyən edir.
Leksik norma
Azərbaycan dilinin lüğət tərkibi çox zəngindir. Dünyanın başqa inkişaf etmiş ədəbi dilləri kimi, Azərbaycan ədəbi dilində  də leksik normanın keyfiyyətini milli sözlər müəyyən edir. 
Leksik norma hər kəsdən sözün mənası və ya mənaları ilə yaxşı tanış olmağı, onu yerində, düzgün işlətməyi tələb edir. Belə ki, dildəki sözlər tarixi inkişaf sayəsində müəyyən mənaya malik olur.
Qrammatik norma
Müasir Azərbaycan ədəbi dilinin qrammatik norması ümumxalq dilinin iltisaqilik prinsipinə əsaslanan qrammatik quruluşunu əks etdirir. 
Qrammatik norma sözlər və cümlələr arasındakı əlaqlərin nitqdə düzgün qurulmasını tələb edir, onu normaya salır. 
Müasir ədəbi dilimizin qrammatik normalarını təxminən aşağıdakı kimi qruplaşdırmaq olar:
1)            İsimlərə əvvəl cəm, sonra mənsubiyyət, hal şəkilçiləri və s. artırılır: kənd-lər-imiz-in
2)            Təyini müəyyən miqdar sayı olan isim təkdə işlənməlidir: on uşaq, üç dəftər
3)            Fel köklərinə əvvəl təsirlik, sonra növ, şəkil, daha sonra isə şəxs (xəbərlik) şəkilçiləri artırılır: qal-dı-ril-ma-lı-dır; döy-üş-çü-lər-imiz-in-dir
4)            Mübtəda ilə xəbər arasında şəxsə, qismən də görə uzlaşma gözlənilir: Sən azərbaycanlısan.

21.Müasir Azərbaycan danışıq dili və onun xüsusiyyətləri.

Azərbaycan Respublikasının əhalisinin gündəlik ünsiyyət vasitəsi və rəsmi dövlət dili Azərbaycan dilidir.Azərbaycan dili İran İslam Respublikasında yaşayan 20 milyonluq azərbaycanlının da ana dilidir. Rusiyada, ABŞ-da, Türkiyədə və Qərbi Avropa ölkələrində bir neçə milyon azərbaycanlı yaşayır. Türk dillərindən biri kimi müasir Azərbaycan dili özümlü xüsusiyyətləri ilə fərqlənən fonetik və qrammatik quruluşu olan bir dildir. Dilçiliyin əsas bölmələrindən biri olan fonetikada danışıq səsləri öyrənilir. Ahəng qanunu, heca və vurğu da fonetikanın mövzularına daxildir.
Danışarkən tələffüz etdiyimiz səslər danışıq səsləri adlanır. Bu səslər danışıq üzvlərinin köməyi ilə yaranır. Dodaqlar, dil və səs telləri danışıq səslərinin yaranmasında daha fəal iştirak edir. Danışıq səslərini tələffüz edir və eşidirik. Yazıda onlar hərflərlə işarə olunur. Hərfləri isə görür və yazırıq. Səsləri hərflərdən fərqləndirmək üçün dərslik kitablarında onlar böyük mötərizə içərisində verilir.
Öz fonetik qanunauyğunluqlarına görə, bu dildə əmələgəlmə yerinə görə fərqlənən saitlər, yəni ön sıra (i, ü, e, ə, ö) və arxa sıra (ı, u, a, o) saitlər eyni bir söz və ya sözforma daxilində işlənə bilməz ("işıq", "ildırım" kimi "i" saiti ilə başlayan bir neçə söz istisnadır): eyni zamanda bu dildə dilortası samitlərin (g, k) arxasıra, dilarxası saitlərin (k, q, ğ, x) ön sıra saitlərlə bir hecada işlənməsi də mümkünsüzdür.Azərbaycan dilinin fonem tərkibində 15 sait və 25 samit vardır. Bu 40 fonem Azərbaycan əlifbasında 32 hərflə işarə edilir.

22.Azərbaycan dilçiliyin tarixindən.

Dilçilik elmi dilin qayda-qanunlarını, xüsusiyyətlərini, quruluşunu öyrənir. Dil müxtəlif baxımdan öyrənildiyi üçün ayrı-ayrı sahələrə bölünür. Dilçiliyin fonetika, leksikologiya, morfologiya və sintaksis kimi bölmələrindən başqa, etimologiya, lüğətçilik, dialektologiya kimi sahələri də vardır.
Etimologiya. Sözün mənşəyini, kökünü, nədən törəməsini öyrənən dilçilik sahəsinə etimologiya deyilir. Dilimizdə yaranma tarixi çox qədim olan elə sözlər var ki, indiki şəklində daşıdığı leksik məna anlaşılmır, yəni kökü, mənşəyi izah edilə bilmir. Bu halda etimologiya elminə üz tutmaq lazım gəlir.
Lüğətçilik. Dilçiliyin praktik sahəsi olub, lüğətlərin tərtibi, yaranma qaydalarını öyrənir. Lüğətçilik Azərbaycan - türk dilçiliyinin qədim sahəsidir. Mahmud Kaşğarinin məşhur "Divanu lüğətit - türku (XI əsr) buna nümunə ola bilər. Hüsam Təbrizi (XIII əsr) Hinduşah Naxçivani (XIV əsr) kimi Azərbaycan alimləri də lüğət tərtib etmişlər. XX əsrin əvvəllərində Sultan Məcid Qənizadə, Üzeyir bəy Həcıbəyov, Əliağa Şıxlınski bir sıra lüğətlər tərtib etmişlər. 1964-1987-ci illərdə Əliheydər Orucovun müəllifliyi və rəhb ərliyi ilə nəşr olunmuş 4 cildlik "Azərbaycan dilinin izahlı lüğəti" son 50 ildə lüğətçilik sahəsində görülmüş ən böyük iş sayılır.
Dialektologiya. Dialekt və ya şivəni öyrənən dilçilik sahəsidir. Yerli -məhəlli danışığa dialekt və ya şivə deyilir. Bir çox şivələrimizdə elə qədim sözlər qorunub saxlanmışdır ki, vaxtilə ədəbi dilimizdə işlənmiş, lakin indi unudulmuşdur. 

23.Nitq mədəniyyətinin ümumi məsələləri.

Nitq mədəniyyətinin elə məsələləri vardır ki, ümumi (ictimai) xarakter daşıyır; məsələn, nitqin düzgünlüyü bütövlükdə cəmiyyətdən tələb olunur, yəni dilin qayda-qanunlarına hamı eyni dərəcədə riayət etməlidir. Sözün fonetik tərkibini, düzgün tələffüzünü, düzgün yazılışını, leksik mənasını, cümlənin quruluşunu hamı eyni cür qavrayır. Əgər belə olmasaydı, dil öz əsas vəzifəsini – ünsiyyət funksiyasını yerinə yetirə bilməzdi. Nitq mədəniyyətinin elə məsələləri də vardır ki, xüsusi (fərdi) səciyyəlidir, belə ki heç də hamı eyni cür dəqiq danışıb yazmır, yaxud hamının nitqi gözəl (ifadəli) deyil. Eyni zamanda, nitqin gözəlliyi hərədə bir cür təzahür edir.
Bununla belə, nitq mədəniyyətinin ümumi (ictimai) məsələləri onun xüsusi (fərdi) məsələləri ilə birbaşa bağlıdır. Hər hansı gözəl nitq sahibi, sözün müəyyənləşmiş mənasını, cümlənin qrammatik quruluşunu kəskin şəkildə dəyişdirə bilməz: sözə yeni məna çalarları qazandırmaq olar, cümləni adi nitqdə işlədildiyi şəkildə deyil, xüsusi formalarda işlətmək də mümkündür, ancaq bu zaman ümumi (ictimai) tələblər gözlənilməlidir.

24.Nitq mədəniyyəti milli mədəniyyətin tərkib hissəsində.

Hansı millət olursa-olsun, onun mədəniyyətinin göstəricilərindən biri də gözəl nitqdir (burada həm şifahi, həm də yazılı nitq nəzərdə tutulur). Gözəl nitq üçün birinci növbədə, aşağıdakılar tələb olunur:
1)       dilin özünün səlisliyi, ifadə imkanlarının genişliyi;
2)       həmin dildən istifadə edənlərin hazırlığı, yəni dilin səlisliyindən, ifadə imkanlarının genişliyindən faydalanmaq vərdişlərinin inkişaf etməsi.
Azərbaycan dili həm fonetik, həm leksik, həm də qrammatik quruluşuna görə dünyanın ən inkişaf etmiş zəngin dillərindıın biridir. Bu dil musiqililiyi, hər hansı fikri ifadə imkanlarına görə də diqqəti cəlb edir.
Azərbaycan dilində çox-çox qədim dövrün şifahi, eləcə də yazılı ədəbiyyatı yaranmışdır. Həmin ədəbiyyat xalqımızın zəngin nitq mədəniyyətindən xəbər verir. Hər bir azərbaycanlı bu mədəniyyəti dərindən mənimsəməyə, ana dilindən lazımi səviyyədə istifadə etməyə ( gözəl danışmağa, yazmağa) borcludur. Öz dilini yaxşı bilməyən adamı yüksək mədəniyyətli adam hesab etmək olmaz, öz dilini yaxşı bilməyən millət isə tədricən mədəni millətlər arasında əriyib gedər.
Xalq ümumən milli mədəniyyətin, o cümlədən də nitq mədəniyyətinin qoruyucusu, daşıyıcısıdır. Böyük söz ustaları həmişə xalqın dilinə əsaslanmış və onun inkişafı, yayılması yolunda çalışmışlar.

25.Dil və nitq mədəniyyəti.

Dil – ünsiyyət vasitəsi olub, mecərrəd işarələr sistemindən ibarətdir. Hər bir dilin özünəməxsus quruluşu, ifadə imkanları vardır.
Nitq – ünsiyyət prosesidir, bu və ya digər məlumatların (informasiyanın) ifadə tələbinə uyğun olaraq dilin ifadə imkanları əsasında meydana çıxır.
Dil əsasdır, nitq ondan törəmədir. Dil tarixən çox az dəyişikliklərə uğrayır, nitq isə ona nisbətən dəyişkəndir. Məsələn, yüz il, üç yüz il bundan əvvəlki Azərbaycan türklərinin nitqi (yazısı, danışığı) indikindən fərqli olub, ancaq onların da dili bizimki kimi Azərbaycan dili idi.
Nitq fəaliyyəti – nitqin təzahürü üçün lazım gələn ictimai, psixoloji və fizioloji aktların sistemidir.
Ünsiyyət vasitəsi olan dilin ünsiyyət prosesi olan nitqə çevrilməsi çox mürəkkəb bir hadisədir: onun ictimai (sosial), psixoloji və fizioloji tərəfləri vardır. Nitq bunların qarşılıqlı əlaqəsi əsasında fəaliyyət göstərir. Dinləyib anlama, danışma, oxu və yazı formalarında təzahür edir.

26.Nitqin düzgünlüyü, dəqiqliyi və ifadəliyi.

Nitq mədəniyyətinin (yaxud yüksək mədəni səviyyəli nitqin) əsas şərtləri – 1) düzgünlüyü, 2) dəqiqliyi və 3) ifadəliliyidir.
Düzgün nitq o nitq forması və ya təzahürü hesab olunur ki, orada dilin fonetik, leksik, qrammatik və s. qayda-qanunları pozulmasın. Nitqin düzgünlüyü nitq mədəniyyətinin birinci şərtidir... Bu zaman məsələ belə qoyulur: düzgündür, ya düzgün deyil?
Məsələn, əvə gəlmək düzgün deyil, evə gəlmək düzgündür, qapını vurmaq düzgün deyil, qapını döymək düzgündür.
Nitqin düzgünlüyü öz-özlüyündə nə qədər mühümdürsə də, nitq mədəniyyəti üçün hələ hər şey demək deyildir: mədəni nitq həm də dəqiq olmalıdır.
Nitqin dəqiqliyi – fikrin ifadəsi üçün bilavasitə tələb olunan dil vasitəsini (sözü, ifadəni, cümləni və s.) tapmaqla müəyyən edilir.
Məsələn, qış gəlir düzgündür, ancaq dəqiq deyil, qış düşür həm düzgündür, həm də dəqiqdir. Yaxud qoyun sürüsü, mal sürüsü, at sürüsü düzgündür, ancaq sürü, ilxı düzgün olmaqla yanaşı, həm də dəqiqdir.
Nitqin ifadəliliyi dedikdə, ən müvafiq, üslub baxımdan ən uğurlu dil vasitəsini tapıb işlətmək başa düşülür və qeyd etmək lazımdır ki, nitqin ifadəliliyini onun dəqiqliyindən fərqləndirmək o qədər də asan deyil.
Məsələn, “O, ömrünü boş-boşuna keçirdi” cümləsi həm düzgündür, həm də dəqiqdir, ancaq ifadəli deyil – “O, ömrünü yelə verdi” daha ifadəlidir (gözəldir).

27.Azərbaycan dilinin fonetikası.

Azərbaycan dilində 9 sait və 23 samit fonem (26 samit səs) var. Saitlər qalın və incə, dodaqlanan və dodaqlanmayan, qapalı və açıq, dilönü, dilarxası və dilortası deyə qruplara bölünür. Kəmiyyətə görə isə adi, uzun və qısa deyə üç qrupa ayrılır:
1) qalın saitlər: - a, u, o, ı
2) incə saitlər - ə, e, ö, ü, i
3) dodaqlanan saitlər – o, u, ö, ü 
4) dodaqlanmayan saitlər – a, e, ə, i, ı
5) dilönü saitlər - ə, i, e, ü
6) dilortası sait – e
7) dilarxası saitlər- a, i, o, u
8) qapalı saitlər – u, ü, ı, i, e
9) açıq saitlər – o, ö, a, ə
Azərbaycan dilində oğuz qrupuna daxil olan türk və qaqauz dillərində, əksər türk dillərində olmayan ə saiti geniş yayılmışdır. 
 Azərbaycan dilində ı saiti söz əvvəlində müşahidə olunmur.
Azərbaycan dilində samitlər də iki yerə bölünür: kar və cingiltili samitlər. Cingiltili və kar samitlərin çoxu cütlük təşkil edir:
Cingiltili samitlər: [b]  [c]  [d]  [g] [ğ]   –   [j]  [q]   [l] [m] [n] [r] [v] [y]  [z]
Kar samitlər:        [p]  [ç]  [t]  [k]  [x]  [h] [ş]  [k`]  -     -    -    -  [f] [x`] [s]
Azərbaycan dilində heç bir türk dilində olmayan kipləşən dilortası, kar (k) və cingiltili (g) samitləri vardır. Eyni zamanda söz önündə h samitinin mühafizəsi də spesifik əlamət kimi qeyd olunmalıdır.
 
Y samiti söz əvvəlində dialekt və şivələrdə geniş yayılsa da, ədəbi dildə düşə də bilir: üzük-yüzük, ürək-yürək, üz-yüz və s
28.Orfoqrafiya və orfoepiya.
Dilçilikdə ədəbi tələffüz normalarını öyrədən bölmə orfoepiya adlanır. Orfoepiya dildə qəbul olunmuş tələffüz normalarını tənzim edən qaydalardan bəhs edir.Düzgün danışıq qaydalarını müəyyənləşdirən orfoepiya danışıq səslərini söz əvvəli, söz ortası və söz sonu mövqe`də fonetik hadisələr, intonasia və vurğu məsələlərini əhatə edir.
Yazıda nitqin düzgün əks olunmasını tənzim edən qaydalar sistemi orfoqrafiya adlanır.Orfoqrafiya danışıq səslərinin hərflə ifadəsi, sözlərin ayrı bitişik və defislə (-) yazılması, sətirdən sətirə keçirmə, sözün ilk səsinin böyük yaxud kiçik hərflə yazılması, kök və şəkilçilərin, ixtisarların, idarə və təşkilat adlarının yazılması kimi qaydaları əhatə edir.
29.Azərbaycan dilindəki fonetik qanun və hadisələr.30.31.32.33.34.

Danışıq vaxtı bəzi sözlərin asan tələffüz olunması üçün onların səs tərkibi dəyişir və belə sözlərdə fonetik hadisələr baş verir. Azərbaycan dilində müxtəlif fonetik hadisələr var:
1. Səs Uyğunlaşması. Bu fonetik hadisə iki şəkildə olur: sözün tərkibindəki hər hansı bir danışıq səsi ya özündən sonra, yada özündən əvvəl işlənən danışıq səsinə tə`sir edir, onu öz qalibinə ya uyğunlaşdırır, yada yaxınlaşdırır. Məsələn: A. (məndən = mənnən), (qarlar = qarrar), (dinməz = dimməz), (yavaşca= yavacca) B. (atlar = atdar), (gözlük = gözdük), (biçaq = piçaq), (zənbil = zəmbil)
2. Səs Fərqləşməsi. Sözün tərkibində yaxın və ya eyni qalibə malik olan iki danışıq səsindən biri öz qalibindən uzaqlaşırsa, səs fərqləşməsi fonetik hadisəsi baş verir. Məsələn: (əlbəttə = əlbətdə), (səkkiz = səkgiz), (müşkül = müşgül)
3. Səs Artımı. Bir sıra sözlərin deyilişində əlavə danışıq səsi artır. Bu hal adətən iki sayit yanaşı gəldikdə onların arasına samit artırılması və söz əvvəlinsə iki samit yanaşı gəldikdə onların əvvəlinə sayit artırılması şəklində özünü göstərir. Məsələn:a. (dayrə = dayirə), (saat = sahat) b. (şkaf = işkaf), (stəkan = istəkan)
4. Səs Düşümü. Tələffüz zamanı sözün tərkibindən bə`zi danışıq səsləri düşür. Bu fonetik hadisə danışıq dilində geniş yayılmışdır. Məsələn: (Əli ağa = Əlağa), (gəlmiş idi = gəlmişdi), (qəbiristanlıq = qəbristanlıq).
5. Yer Dəyişmə. Tələffüz zamanı sözün tərkibində bə`zi danışıq səslərinin yeri dəyişilir. Məsələn: (Fərhad = Fəhrad), (göstər = görsət), (yanlış = yalnış), (məşhur = məhşur).
35.Ahəng qanunu.

Ahəng qanunu dilimizin əsas fonetik qanunudur. Sözdə qalın və incə saitlərin ahənginə, bir-birini izləməsinə ahəng qanunu deyilir.
Ahəng qanununa görə söz qalın saitli heca ilə başlayırsa, sonrakı hecalar da qalın saitli olur. Məsələn: ya+zı+çı+lar. Eyni hal incə saitlə başlanan sözlərə də aiddir. Məsələn: ə-kin-çi-lə-ri-miz. Əsl Azərbaycan sözləri ahəng qanununa tabe olur(İşıq, ilan, ilğım, inam, iraq, ilxi, ildırım, ilıq, işartı və s. kimi bir neçə söz istisnadır). Bir çox alınma sözlərdə isə ahəng qanunu pozulur. Məsələn: alim, vəfa, kitab, dünya, büro və s.
Ahəng qanunu kök və şəkilçi arasında daha möhkəm və sabit (dəyişməz) olur. Belə ki, hər hansı bir sözə öz dilimizə məxsus şəkilçi artırsaq, o, hökmən sözün son hecasının ahənginə uyuşmalıdır. Məsələn: ki-tab+da, təy-ya-rə+çi+lər və s.
Qeyd: Əsl Azərbaycan sözlərindən ibarət olan bəzi mürəkkəb sözlərdə də ahəng qanunu pozulur.
Məsələn: dəvəqusu, quşüzümü, günəbaxan, Günay, Aybəniz və s.

36.Heca və onun növləri.

Tələffüz vaxtı sözün asanlıqla ayrıla bilən hissəsinə heca deyilir. Sözlər bit, iki, üç və daha artıq hecadan ibarət ola bilər. Məsələn: ot, a-na, mək-təb, mək-təb-li, ya-zı-çı-lıq, a-zər-bay-can-lı Heca əsasını sayitlər təşkil edir. Sözdə neçə sayit varsa, o qədər də heca olur. Hecanın quruluşu isə sayit səsləri iştitaki iləəyyənləşir. Təzəkkür: dilçilikdə hecanın quruluşun təsvir etmək üçün burda V və C işarələrindən istifadə olunur. V işarəsi latınca sayit (Vocal) sözünün, C isə samit (Consonant) sözünün ilk hərfləridir.Azərbaycan dilində sözlərimizin 6 heca quruluşu vardır:1. V: (o), (i)+nək = inək, (a)+na = ana 2. VC: (on), (or)+(ta) = orta, (ar)+tıq = artıq 3. VCC: (alt), (üst) 4. CV: (nə), (bu), o+dun+(çu) = odunçu 5. CVC: (daş), (qar)+(maq) = qarmaq, ar+(tıq) = artıq 6. CVCC: (bərk), (dörd), (dinc)
37.Vurğu və onun növləri.

Sözlərdən hecalardan birinin və cümlələrdə sözlərdən birinin digərlərinə nisbətən qüvvətli tələffüz olunmasına vurğu deyilir.
Azərbaycan dilində vurğunun üç növü vardır: heca vurğusu, məntiqi vurğu, həyacanlı vurğu.
Sözlərdəki hecalardan birinin digərlərinə nisbətən qüvvətli tələffüz olunması heca vurğusu adlanır. Məsələn, gözə̍l, ana̍, yazı̍, kita̍b, məktə̍b. Azərbaycan dilində, adətən, vurğulu heca sözün sonunda gəlir. Bu prinsip ancaq alınma sözlərdə pozulur: ka̍mera, Pu̍şkin, Da̍nte, filo̍sof, la̍kin.
Cümlədəki sözlərdən birinin digərlərinə nisbətən qüvvətli tələffüz olunması zamanı məntiqi vurğu yaranır. Məsələn, Dostum mənimlə danışdı. Mənimlə dostum danışdı. Dostum mənimlə danışdı.
Hiss və həyəcanları ifadə etmək üçün cümlədə, yaxud abzasda sözün, yaxud ifadənin qeyri-adi şəkildə tələffüz olunmasına həyəcanlı vurğu deyilir. Məsələn, Ceyran başının hərəkətilə yoğun hörüyünü dala atdı; geniş açılmış gözlərini Adilə zillədi: - Mən musiqini rəsmdən az sevmirəm. Ondan səhərə qədər desən də yorulmaram. Danış! Səndə maraqlı söhbətlər olar.

38.Azərbaycan orfoqrafiyasının prinsipləri.39.40.41

Azərbaycan dilinin orfoqrafiyası fonetik, morfoloji və ənənəvi prinsiplərə əsaslanır:
1. Fonetik prinsip sözlərin deyiliş formasını əks etdirir. Məsələn, beş, ata, odun, qara sözləri necə deyilirsə elə də yazılır.
2. Morfoloji prinsip muxtəlif şəkildə deyilən kök və şəkilçilərin vahid formada yazılmasını tənzim edir. Məsələn, cəm şəkilçisi “lar” muxtəlif şəkildə tələffüz olunsa da (qarrar, sular, qızdar, bunnar) bir formada yazılır.
3. Ənənəvi prinsip isə əsasən alınma sözlərin yazılmasında özünü göstərir. Məsələn, komandor, cürət, təəccüb.Orfoqrafiyanın təkmilləşməsi dilin inkişafı və xalqın mədəni səviyyəsinin yüksəlməsi ilə bağlıdır.
42.Yazı.43.44.45.46.47.48

İnsanlar şifahi dilin köməyi ilə yalnız müəyyən yaxın məsafədə, bir-birləri ilə ünsiyyət saxlaya bilmişlər. Zaman keçdikcə insanlar səsin çatmadığı yerlərlə də əlaqə saxlamağa ehtiyac duymuşlar. Bu ehtiyacın nəticəsi olaraq yazı yaranmışdır. Yazı səsli dilin norma ilə qavrayışını təmin edən işarələr sistemidir.
Yazının ilkin növü əşyaların köməyi ilə olmuşdur. İnsanlar uzaq yerlərə öz fikirlərini əşyaların köməyi ilə çatdırmışlar. Buna görə də həmin yazı əşyavi yazı adlanır.
Bir sıra nağıllarımızda əşyavi yazı ilə bağlı maraqlı epizodlar vardır. Məsələn: "Daşdəmirin nağılı"nda Mirzə Möhsün Nardana "məktub" -daş, dəmir, əl dəyirmanı, armud və gavalı göndərir. Nardan daşla dəmirin Daşdəmir, əl dəyirmanının isə ovdan olduğunu bilir. Daşdəmir isə armudun Abasbəyi armudu adlandığına görə şahın qoşun başçısı Abas bəyə, gavalının isə vəzir Alı adlandığına görə vəzirə işarə edildiyini oxuyur.
Müasir həyatımızda da əşyavi yazının izlərinə rast gəlmək mümkündür. Məsələn, yas saxlayan şəxsin qara paltar geyməsionun yaxın bir adamının vəfat etdiyini bildirir.
Yazının ikinci növü şəkli (piktoqrafik) yazıdır. Bu yazıda nəzərdə tutulan əşyanın şəkli çəkilir. Piktoqrafik yazıya aid nümunələr də bugünkü həyatımızda öz varlığını qoruyub saxlamışdır. Məsələn, ayaqqabı dükanının şüşəsində ayaqqabı şəklinin çəkilməsi piktoqrafik yazı nümunəsidir.
Piktoqrafik yazıdan sonra fikri (ideoqrafik) yazı ortaya çıxmışdır. Bu yazıda da fikir şəklin köməyi ilə çatdırılır. Lakin piktoqrafik yazıda şəkil birbaşa əşyanın özünü bildirdiyi halda, ideoqrafik yazıda şəkil rəmzi mənada (ideya şəklində) işlənir. Məsələn, piktoqrafik yazıda günəş şəkli günəşin özünü bildirir, ideoqrafik yazıda isə bu şəkil işıq anlayışını ifadə edir.
Nəqliyyat yolunda qoyulmuş nida işarəsi və ya maşınların hərəkətini tənzimləyən qırmızı, sarı, yaşıl işıq ideoqrafik yazıya nümunə ola bilər.
Yazının ən son və müasir növü hərfi (fonoqrafik) yazıdır. Fonoqrafik yazının ilk mərhələsi heca yazısı (sillabik yazı) olmuşdur. Bu yazıda bir neçə səs bir işarə ilə ifadə olunmusdur Əsl fonoqrafik yazıda isə hər bir səs bir hərflə ifadə olunur.
Hazırda istifadə etdiyimiz latın əlifbası fonoqrafik yazıya əsaslanır.
49.Azərbaycan əlifbasının tarixi.

Azərbaycan əlifbası – 32 hərfdən ibarət latın qrafikalı əlifba. Azərbaycan dilinin fonem tərkibində 9 sait və 25 samit səs vardır. Bu 34 səs Azərbaycan əlifbasında 32 hərflə işarə edilir.
1 avqust Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günüdür[1]
Türk yazı tarixi uyğurların əlifbasıyla başlasa da, Azərbaycan dilinin yazılması ərəb əlifbasının bir variantı ila başlanıb. Səlcuq  osmanlı türkləri X əsrdən başlayaraq ərəb əlifbasını əsas tutmuş və ərəb-fars əlifbasından yardım alıb çoxlu əsərlər yaratmışlar.
Ərəb əlifbası Azərbaycan dilinə kamilən uyğun olmasa da, keçmiş dövrlərdə bir dəyərli alət kimi dilimizi səbtə yetirib və hələ də onun böyük ədəbi və elmi əsərlərini qoruyur.
Cənubi Azərbaycandə əksər əhali təkcə fars dilində təhsil alma məcburiyyətində qalmışlar və bu ərəb əlifbasını öyrənirlər. İranda Azərbaycan dilini latın alifbası ilə yazma, heç bir qanun keçmədən, bir curm kimi sayılır. İran azərbaycanlıları öz dillərində təhsil almadıqları üçün, yalnız Azərbaycan dilində danışıq ədəbiyyatı ilə tanışdırlar.
Azərbaycan dilində yazı 1929-cu ilə kimi ərəb qrafikası ilə aparılmışdır. 1922-1939-cu illərdə latın qrafikalı əlifba üzrə (1929-cu ilə kimi ərəb əlifbası ilə paralel olaraq), 1939-1991-ci illərdə kiril qrafikası üzrə, 1991-ci ildən başlayaraq yenidən latın qrafikası üzrə aparılmışdır.

50.Azərbaycan dilinin lüğət tərkibi.51

Dil ictimai hadisədir. Tarixi hadisələr, cəmiyyətdəki dəyişikliklər dildə əks olunur, yeni sözlər meydana gəlir, digərləri isə köhnəlir. Dilin lüğət tərkibindəki sözlərdən bir qrupu uzun ömürlü olur, əsrlər boyu yaşayır, başqa bir qrupu isə tədricən istifadədən qalır, unudulur, ya da yeni məna kəsb edir. Bu baxımdan dilin lüğət tərkibini şərti olaraq iki qrupa bölmək olar: fəal (aktiv) və qeyri-fəal (passiv) leksika.
Dilin fəal lüğət fonduna mənası hamı tərəfindən başa düşülən ümumişlək sözlər daxildir.
Dilin lüğət fondunun qeyri-fəal hissəsi öz növbəsində 2 qrupa bölünür: köhnəlmiş sözlər və neologizmlər.
Tarixi inkişaf prosesində əşya və ya hadisələrin bəzilərinin “ömürlərini başa vurması ilə əlaqədar onların adları da qeyri-fəal leksikaya çevrilir. Belə sözlər tarixizmlər adlanır. Məsələn, darğa, çuxa, abbası, batman, koxa və s.
Əşya və ya hadisənin adını ifadə edən söz köhnələrək yenisi ilə əvəz olunur. Bu cür köhnəlmiş sözlərə arxaizmlər deyilir. Məsələn, arı (təmiz), yey (yaxşı), seyvan (eyvan), ayaq (qədəh) və s.
Arxaizmlər bədii ədəbiyyatda təsvir olunan hadisələrin canlı və dolğun yaradılması, obrazların dilinin onların həyat tərzi, yaşadıqları dövrlə səsləşməsi məqsədilə işlənir.
Elmin, texnikanın inkişafı ilə əlaqədar yaranan yeni anlayışların adlarını ifadə edən sözlər yeni sözlər, yaxud neologizmlər adlanır. Dildə yeni yaranan neologizmlər bir müddətdən sonra ümumişlək sözlər sırasına keçə bilər, hətta köhnələrək dildən də çıxa bilər. Məsələn, komsomol, pioner, kolxoz sədri və s. sözlər XX əsrin 20-30-cu illərində neologizm, 40-80-ci illərində ümumişlək söz, 90-cı illərdə isə tarixizm olmuşdur.

52.Alınma sözlər.

Dilin əsas lüğət fondunu təşkil edən sözlər milli və alınma olmaqla iki qrupa bölünür. Əsl Azərbaycan sözlərini alınma sözlərdən fərqləndirən xüsusiyyətlər:
1)       Sözdə sait və samit səslər bir-birini izləyir. Məsələn, ana, çörək
2)       Adətən, bir, iki və üç hecalı olur.
3)       Vurğu son hecaya düşür.
4)       Ahəng qanununa tabe olur.
5)       Sözün əvvəlində iki samit yanaşı işlənmir.
6)       Sözdə iki sait yanaşı işlənmir.
7)       Söz “r” səsi ilə başlamır.

53.Sözlərin məişətcə növləri.

Azərbaycan dilinin lüğət tərkibinin əsas hissəsini mənası hamı tərəfindən anlaşılan ümumişlək sözlər təşkil edir. Bu sözlər istənilən üslubda olan yazılı və şifahi nitq nümunələrində işlənir. Məsələn, su, çörək, ev, yol və s. Ancaq bunlardan fərqli olan elə sözlər mövcuddur ki, onların işlənmə dairəsi məhduddur. Belə sözlərə dialektizmləri, terminləri və ixtisas sözlərini aid etmək olar.
Dialekt sözlər. Hər habsı bir zonada yaşayan bir qrup əhalinin dilində işlənən söz və ifadələr dialekt sözlər adlanır. Məsələn, kötək, tanrı, əppək və s.
Müəyyən elm sahələrinə aid olan sözlər, ifadələr terminlər adlanır. Məsələn, isim, poema, tənlik və s.
Terminlərin xarakterik xüsusiyyətləri
1)       Yığcamlıq
2)       Yeni söz yaratmaq qabiliyyətinə malik olmaq
3)       Emosionallığın olmaması
4)       Sinoniminin olmaması (çox vaxt)
Vulqar sözlər. Dildə işlənən kobud ifadələr, nalayiq sözlər vulqar sözlər adlanır. Məsələn, gəbərmək (ölmək), tıxışdırmaq (yemək) və s

55.Sözlərin mənaca növləri.
Dilimizdəki sözlər quruluşuna görə üç növə bölünür: sadə, düzəltmə və mürəkkəb.
Yalnız bir kökdən (və ya kök və qrammatik şəkilçidən) ibarət olan sözlər sadə sözlər adlanır.
Məsələn: ev (evlər, evdə), uşaq (uşaqlarda, uşaqlarımız), şagird (şagirddə, şagirdin) və s.
Leksik şəkilçilərin köməyi ilə yaranan sözlər düzəltmə sözlər adlanır. Düzəltmə sözlər kök və leksik şəkilçidən ibarət olur. Məsələn: işçi (iş+çi), enli (en+li), başla (baş+la), baxış (bax+ış) və s.
Mürəkkəb sözlər iki (bəzən də üç) kökdən (sözdən) ibarət olur. Məsələn: qızılgül (qızıl, gül), göygöz (göy, göz), tozsoran (toz, soran), əlüzyuyan (əl, üz, yuyan) və s.

56.Azərbaycan dilinin dialekt sözləri.

Hamı tərəfindən istifadə olunmayan və anlaşılmayan sözlərə ümumişlək olmayan sözlər deyilir.
Ümumişlək olmayan sözlər iki qrupa bölünür: dialekt sözləri, ixtisas sözləri (terminlər).
Yalnız ayrı-ayrı bölgə və kəndlərdə işlədilən sözlərə dialekt sözləri deyilir.
Məsələn: döşəkcə ümumişlək sözdür - hamı tərəfindən başa düşülür. Eyni mənanı bildirən nimdər sözü ısə 
yalnız ayrı-ayrı bölgə və kəndlərdə yaşayanların işlətdiyi dialektsözüdür. Hancarı (necə?), doqqaz (küçə), becid (tez), digə (dağ yerində yaşayış yeri), gəvəzə (çox danışan, boşboğaz), əlardan (dəsmal),  manşırlamaq (nişanlamaq), maş (lobya),əppək (çörək), məhrəba (dəsmal), təlis (dəsmal), qarqundey (qarğıdalı), kəbə (qarğıdalı), yerpənək (xiyar), qəlbi(hündür), tapdan (qəfıldən) və s. sözləri də dialekt sözləridir.

58.Lüğətçilik haqqında ümumi məlumat.
59.Lüğətçilik tipləri.
60.Ensiklopedik lüğət.
61.Linqristik lüğət.
62.Lüğətcilik yaranmasında yuva üslubu.
63.Əlifba üslubu.
64.Morfoloqiya.

Dilçiliyin əsas bölmələrindən biri olan qrammatikada sözlərin formaca dəyişməsi və cümlədə birləşməsi qaydaları öyrənilir.Qrammatika iki hissəyə bölünür:
1.Morfologiya
2. Sintaksis
Morfologiya (yunanca morfos - forma və loqos -elm, təlim  sözlərindən təşkil olunub) sözün  formalarını  öyrənir.Morfologiyanın əsas mövzusu nitq hissələridir.Morfologiyada sözlər nitq hissələri kimi öyrənilir, onların quruluşu və dəyişmə qaydalar araşdırılır.
Sintaksis (yunan sözüdür; tərtib, birləşmə deməkdir) söz birləşmələrini və cümlələri öyrənir.

65. Əsas nitq hissələri.

Dilimizin lüğət tərkibində olan sözlərin hamısı müəyyən qrammatik mənaya malik olur. Bu baxımdan ayrı-ayrı nitq hissələri kimi qruplaşır. Sözün hansı nitq hissəsinə aid olması onun hansı suala cavab verməsindən, əşya, yoxsa hərəkətlə bağlı olmasından və s. asılıdır. Nitq hissələri bir-birindən leksik-qrammatik mənalarına görə fərqlənir. Dilimizdə 11 əsas nitq hissəsi var. Onlardan altısı əsas ( Isim, Sifət,Say,Əvəzlik,Fel,Zərf) beşi köməkçi nitq hissəsidir.(Qoşma,bağlayıcı,ədat,modal sözlər,Nida). 

66. Morfoloqiya qrammatikası.
Azərbaycan dilinin leksik tərkibi leksik-qrammatik, morfoloji və sintaktik xüsusiyyətlərinə görə bir neçə qrupa – nitq hissələrinə bölünür: adlar, fellər və köməkçi nitq hissələri.
Azərbaycan dilində nitq hissələrinin tərkibinə isim, sifət, say, əvəzlik, fel, zərf, qoşma, bağlayıcı, ədat və modal sözlər daxildir.
Azərbaycan dilində isimlərə xas dörd ümumi qrammatlk kateqoriya qeyd olunur: hal (adlıq, yiyəlik, yönlük, təsirlik, yerlik, çıxışlıq), mənsubiyyət (-ım4, -m, - ımız4; -ın4, -ı, -ınız4; -ı4, -sı4, -lar24), kəmiyyət (-lar2), xəbərlik (-əm2, -ik4; -sən2, -siniz4; -dir4, - dir4+lər2).
Azərbaycan dilinin sifətlərinə dərəcə əlamətəri (adi, azaltma,çoxaltma) xasdır. Sifətlərin dərəcələri xüsusi morfoloji əlamətlərlə ortaya çıxır: -raq, -rək, - ımtıl, -sov, -şın, -ımtraq, -ca və s. 

67. Kök və şəkilçi.

Dilimizdəki sözlər tərkib hissələrinə görə iki yerə ayrılır: kök və şəkilçi. Bunlar sözün mənalı tərkib hissələridir.
Sözün ayrılıqda işlənə bilən və leksik mənası olan hissəsinə kök deyilir, Sözün ayrılıqda işlənə bilməyən və leksik mənası olmayan hissəsinə isə şəkilçi deyilir. Şəkilçilər vəzifəsinə görə iki növə bölünür: leksik(sözdüzəldici) və 
qrammatik (sözdəyişdirici) şəkilçilər.
Söz köklərinə qoşularaq yeni mənalı sözlər yaradan şəkilçilər leksik şəkilçilər adlanır.Leksik şəkilçilər qoşulduğu söz köklərindən yeni mənalı sözlər düzəldir, yəni onun mənasını dəyişdirir. 
Qrammatik şəkilçilər isə sözün yalnız formasını dəyisdirir. Bu şəkilçilər söz birləşmələrində və cümlələrdə sözlər arasında qrammatik əlaqə yaradır. Buna görə də həmin şəkilçilər qrammtik şəkilçilər adlanır. 

68. İsim.69

İsim ümumi qrammatik mənasına görə əşyaların, canlı və cansız varlıqların adlarını bildirir. Kim?, nə? (bəzən də hara?) suallarından birinə cavab olur. Məsələn: müəllim, şagird, uşaq və s. isimləri kim? sualına; at, quş, ağac, daş və s. isimləri nə? sualına; Bakı, Təbriz, Gəncə və s. isimləri isə hara? sualına cavab olur.Qrammatikada əşya dedikdə bütün isimlər nəzərdə tutulur. Məsələn: insan, ata, vicdan, qürur, pişik, dovşan, divar, Gəncə və s. İsmin əsas səciyyəvi xüsusiyyətləri tək və cəm olması, mənsubiyyətə görə dəyişməsi və hallanmasıdır.

Konkret və mücərrəd isimlər
Varlıqlar iki cürdür: gözlə görünə bilən və görünə bilməyən. Bu baxımdan isimlər iki növə bölünür: konkret isimlər, mücərrəd isimlər.
Konkret isimlər – gözlə görünə bilən, əllə təması mümkün olan, bir sözlə, maddi varlıqların, əşyaların adlarıdır. Məsələn: çiçək, qoyun, insan, meşə, hava, külək və s.
Mücərrəd isimlər isə gözlə görünə bilməyən, əllə təması mümkün olmayan, xəyalda, təsəvvürdə canlandırılan əşyaların adlarıdır. Məsələn: arzu, xəyal, yuxu, məqsəd və s.
Konkret isimlərin yaranma tarixi daha qədimdir. İnsanlar ilk olaraq gördükləri əşyaya ad vermişlər. Mücərrəd isimlər isə dilin sonrakı inkişaf mərhələlərində məntiqin, təfəkkürün inkişafı sayəsində adlandırılmışdır.

70.Sifət.71
Sifət əşyanın əlamət və keyfiyyətini bildirən əsas nitq hissəsidir. Sifət necə? nə cür? hansı? suallarından birinə cavab olur. Sifətlər daha çox əşyanın əlamətini, keyfiyyətini və rəngini bildirir. Əlamət dedikdə əşyanın zahiri görkəmi, keyfiyyət dedikdə isə onun daxili xüsusiyyəti nəzərdə tutulur. Məsələn: əşyanın həcmi (uzun, qısa, böyük, kiçik və s.), zahiri görkəmi (nurani, yaşlı, kök, arıq və s.) onun əlamətidir. Əşyanın daxili xüsusiyyəti, yəni dadı, xasiyyəti, vərdişi, mənəvi cəhətləri (məsələn: çalışqan, əliaçıq, ürəyiyumşaq, ağıllı və s.) onun keyfiyyətidir. Əşyanın rəngi də onun əlaməti sayılır.İsim əşyanın adını, sifət isə əlamətini bildirir. Buna görə də sifət həmişə ismə aid olur və ondan əvvəl işlənir.
Sifətləri müxtəlif məna qruplarına ayırmaq mümkündür:
1.         Rəng bildirən sifətlər: yaşıl, qırmızı, mavi və s.
2.         Dad bildirən sifətlər: şirin, acı, turş, duzlu və s.
3.         Həcm bildirən sifətlər: uzun, qısa, böyük, balaca və s.
4.         Keyfiyyət bildirən sifətlər: tənbəl, qoçaq, ağıllı və s.
5.         Zahiri görkəm bildirən sifətlər: qəşəng, göyçək, qoca və s.
72.Say.
Əşyanın miqdarını və ya sırasını bildirən əsas nitq hissəsinə say deyilir. Say neçə?, nə qədər?, neçənci? suallarından birinə cavab olur. Məsələn: iki (uşaq), beş (kitab), birinci (sinif) və s. Saylar quruluşca üç növə bölünür: sadə, düzəltmə və mürəkkəb saylar.
Sadə saylar bir kökdən ibarət olur. Məsələn: bir, üç, yeddi, on, əlli, səksən, doxsan, milyon və s.
 Düzəltmə saylar kök və leksik şəkilçidən ibarət olur. Isim və sifətdən fərqli olaraq, düzəltmə saylar başqa nitq hissələrindən yox, yalnız sayların özündən düzəlir.
Düzəltmə saylar sadə saylara -ıncı4 şəkilçisini artırmaqla düzəlir. Bu şəkilçi yalnız saya aid şəkilçidir: qırx-ıncı, səkkiz-ınci, on-uncu, üç-üncü,  altı-ncı, iki-nci. -la2 və -ca2 şəkilçilərinin köməyi ilə düzələn onlarla,          yüzlərlə, onlarca, minlərcə tipli saylar da quruluşca düzəltmədir. Çoxlu sayı da quruluşca düzəltmədir.
 Mürəkkəb saylar da, əsasən, saylardan yaranır. Məsələn: üç-dörd, beş-altı, on-on beş, otuz üç, yüz iyirmi beşinci, bir çox, bir az, bir qədər, beşdə üç, ikidə bir və s. Iki-üç, üç-dörd tipli mürəkkəb qeyri-müəyyən miqdar sayları defislə, qalanları isə ayrı yazılır.
 73.Fel.
Fel qrammatik mənasına görə hərəkət bildirən əsas nitq hissəsidir. Fellər müxtəlif şəkil və zamanlarda işlədilən nə etmək?, nə etdi?, nə edəcək? və s. suallarından birinə cavab olur. Fellər də isimlər kimi dilimizdə çoxluq təşkil edir. Felin leksik mənaca növləri
Fellərin leksik mənaca aşağıdakı növləri var:
1. İş bildirən fellər: doğramaq, qazmaq, kəsmək, biçmək, tikmək və s.
2. Hərəkət bildirən fellər: qaçmaq, oynamaq, qalxmaq, enmək və s.
3. Nitq bildirən fellər: danışmaq, dinləmək, pıçıldamaq və s.
4. Təfəkkür bildirən fellər: xatırlamaq, düşünmək, yada salmaq, fikrə getmək, duymaq, hiss etmək və s.
5. Hal-vəziyyət bildirən fellər: gülmək, sevinmək, ağarmaq, qızarmaq, utanmaq və s.
Bütün fellərdə hərəkət vardır, lakin onların bəzilərində iş və hərəkət, digərlərində isə təfəkkür, hal-vəziyyət və s. daha qabarıq şəkildə özünü göstərir.
74.Əvəzlik.
İsim, sifət, say və başqa əsas nitq hissələrinin yerində işlənən sözlərə  əvəzlik deyilir.
Məsələn: Akif əlaçı şagirddir. O, beşinci sinifdə oxuyur. Sinfimizdə əlaçı şagirdlər çoxdur. Həmin şagirdlər olimpiadada iştirak edəcəklər. Gülay birinci sinifdə oxuyur. Gülay neçənci sinifdə oxuyur? Müəllim təmkinlə danışırdı. Müəllim necə danışırdı? və s. Bu cümlələrdəki o, həmin, neçənci və necə əvəzlikləri sıra ilə ismin, sifətin, sayın və zərfin yerində işlənmişdir. Əvəzlik hansı nitq hissəsinin yerində işlənirsə, onun da sualına cavab olur.
Əvəzliyin quruluşca növləri
Əvəzliklərin çoxu quruluşca sadədir. Məsələn: mən, biz, onlar, bu, həmin və s. Biri, kimi, kimsə, neçənci əvəzlikləri düzəltmə; kim isə, heç kim, heç nə, filankəs və s. əvəzlikləri isə quruluşca mürəkkəbdir.

75.Köməkçi nitq hissələri və onların xüsusiyyətləri.

Dilimizin lüğət tərkibində olan sözlərin hamısı müəyyən qrammatik mənaya malik olur. Bu baxımdan ayrı-ayrı nitq hissələri kimi qruplaşır. Sözün hansı nitq hissəsinə aid olması onun hansı suala cavab verməsindən, əşya, yoxsa hərəkətlə bağlı olmasından və s. asılıdır. Nitq hissələri bir-birindən leksik-qrammatik mənalarına görə fərqlənir. Dilimizdə 11 əsas nitq hissəsi var. Onlardan altısı əsas ( Isim, Sifət,Say,Əvəzlik,Fel,Zərf) beşi köməkçi nitq hissəsidir.(Qoşma,bağlayıcı,ədat,modal sözlər,Nida). 




78.Söz birləşməsi.
iki və daha artıq müstəqil sözün mənaca və qrammatik cəhətdən birləşməsinə söz birləşməsi deyilir. Məsələn: ağıllı uşaq, ana laylası, dağ çiçəyinin ətri, Vətəni sevmək, Vətəni qoruyan əsgər, Vətəni qorumaq şərəfi, Vətəni şərəflə qoruyanda və s.
Söz birləşmələrinin quruluşu. Söz birləşmələri quruluşca iki cürdür: sadə söz birləşmələri, mürəkkəb söz birləşmələri.
Sadə söz birləşmələri iki müstəqil sözdən ibarət olur. Məsələn: doğma yurd, əlaçı şagird, dəniz havası, yaz ayları, məktəb illəri, məktəbin həyəti, oxumaq həvəsi, kitabı oxumaq və s.
Mürəkkəb söz birləşmələri üç və daha artıq müstəqil sözdən ibarət olur. Məsələn: qədim torpağın övladları, doğma yurdun gözəl mənzərələri, Vətənin azadlığı yolunda şəhid olanlar, Füzuli qəzəllərinin yeni şərhi və s.
79.Cümlə.

Cümlə insanlar arasında fikir mübadiləsinin vasitəsidir. Ayrı-ayrı sözlərlə yanaşı, söz birləşmələri də cümləyə daxil olur. Söz birləşməsindən fərqli olaraq cümlənin baş üzvlərdən ibarət qrammatik əsası olur. 
Cümlə bitmiş fikir ifadə edir. Cümlə vasitəsilə bir iş və hadisə haqqında məlumat verilir, bir şey soruşulur, bir işə təhrik edilir. Heç bir söz və ya söz birləşməsi cümlə şəklinə düşmədən bitmiş fikir ifadə edə bilməz. Məsələn: dağların qarı, səhərin açılması və s. kimi birləşmələrdə yalnız ayrı-ayrı əşya və hadisələrin adı çəkilir, onların haqqında bitmiş fikir söylənilmir.
Bulaqğın suyu sərindir. Hava getdikcə soyuqlaşır. Bəh-bəh necə gözəl havadır. – cümlələrində isə bir şey haqqında məlumat verilir, hiss-həyəcan ifadə olunur. Bütün cümlələrdə fikir bitmiş şəkildə ifadə olunur.

Sözlərin bitmiş fikir ifadə edən birləşməsinə cümlə deyilir. 

80.Sərbəst və sabit söz birləşməsi.

Azərbaycan dilində söz birləşmələri birinci növbədə sərbəst və sabit birləşmələr deyə iki yerə bölünür (sərbəst birləşmə-görkəmli yazıçı; sabit birləşmə-əldən düşmək).
Tabe edən tərəfin ifadə vasitəsinə görə söz birləşmələri belə müəyyənləşib: ismi birləşmələr (dəmir qapı, ağlayan uşaq, oxunacaq kitab və s.) və feli birləşmələr (kəndə getmək, hekayəni oxuyan, taxıl əkmək və s.)
Azərbaycan dilində cümlə məqsəd və intonasiyaya görə dörd növə ayrılır: nəqli, sual, əmr və nida cümlələri.
Azərbaycan dilində cümlənin iki baş (mübtəda və xəbər), üç ikinci dərəcəli üzvü (tamamlıq, təyin və zərflik) var.
Azərbaycan dili cümlələrində söz sırası müəyyən qayda-qanuna tabe olur.

83. İsmi birləşmələr.

Əsas tərəfi adlarla (isim, sifət, say, əvəzlik və bəzi ərflərlə) ifadə olunan birləşmələrə ismi birləşmələr deyilir.Məsələn:dəmir qapı, almanın qırmızısı, əldən itivə s.
İsmi birləşmənin növləri çoxdur; məsələn: yaşıl yarpaq, ağac yarpağı, yarpağın rəngi, yaşıl yarpaqlı və s. birləşmələrin hər biri öz yaranma üsuluna görə o birindən fərqlənir. Belə rəngarəng birləşmələrdən üç növü dilimizdə daha çox işlənir. Buraya, qırmızı çiçək, çəmənin ətri, bülbülün nəğməsi tipli birləşmələr daxildir. Asılı tərəfləri əsas tərəf izah etdiyindən belə birləşmələrə təyini söz birləşmələri deyilir.
Təyini söz birləşmələrinin forma və məna xüsusiyyətlərinə görə üç növə bölünür:

Birinci növ təyini söz birləşmələri
İkinci növ təyini söz birlləşmələri
Üçüncü növ təyini söz birləşmələri

84.Feli birləşmələr.

Əsas tərəfi fellərdən ibarət olan birləşmələrə feli birləşmələr deyilir.
Feli birləşmə dedikdə, əsas tərəfi feli sifət, feli bağlama və ya məsdərdən ibarət olan birləşmələr nəzərdə tutulur. Məsələn: məktubu oxuyan, film izləyən; məktubu oxuyanda, film izləyəndə; məktubu oxumaq, film izləmək.
Göründüyü kimi feli birləşmə müstəqil sözlərin feli sifət, feli bağlama və ya məstərə tabe olur.
Feli birləşmələr cümlə daxilində tərkib əmələ gətirir. Tərkiblər əsas tərəflərin adları ilə adlanır və üç növə ayrılır:
1.                məsdər tərkibləri
2.                feli sifət tərkibləri
3.                feli bağlama tərkibləri
Tərkiblərdə sözlərin miqdarı adətən çox olur. Birləşmə üçün iki, tərkib üçün çox söz səciyyəvi hesab olunsada, tərkib və birləşmə əslində sinonim terminlərdir.

87.Cümlə haqqında məlumat.

Cümlə insanlar arasında fikir mübadiləsinin vasitəsidir. Ayrı-ayrı sözlərlə yanaşı, söz birləşmələri də cümləyə daxil olur. Söz birləşməsindən fərqli olaraq cümlənin baş üzvlərdən ibarət qrammatik əsası olur. 
Cümlə bitmiş fikir ifadə edir. Cümlə vasitəsilə bir iş və hadisə haqqında məlumat verilir, bir şey soruşulur, bir işə təhrik edilir. Heç bir söz və ya söz birləşməsi cümlə şəklinə düşmədən bitmiş fikir ifadə edə bilməz. Məsələn: dağların qarı, səhərin açılması və s. kimi birləşmələrdə yalnız ayrı-ayrı əşya və hadisələrin adı çəkilir, onların haqqında bitmiş fikir söylənilmir.
Bulaqğın suyu sərindir. Hava getdikcə soyuqlaşır. Bəh-bəh necə gözəl havadır. – cümlələrində isə bir şey haqqında məlumat verilir, hiss-həyəcan ifadə olunur. Bütün cümlələrdə fikir bitmiş şəkildə ifadə olunur.

Sözlərin bitmiş fikir ifadə edən birləşməsinə cümlə deyilir. 

89.Mübtəda.

 

Mübtəda cümlənin baş üzvü olub, hərəkət və əlaməti xəbərlə müəyyənləşən şəxsi, əşyanı bildirir.
Mübtəda kim? nə? bəzəndə hara? sualına cavab verir, ismin adlıq halında olan sözlər və birləşmələrlə ifadə olunur. Məsələn: Rövşən (kim?) şuşaya gedir. Onların evləri (nə?) Şuşadadır. Şuşa (hara?) gözəl və qədim şəhərimizdir. 
Mübtəda cümlənin ən müstəqil üzvü olur və qramatik cəhətdən heç bir üzvdən aslı deyil.


90.Xəbər.

Xəbər cümlənin baş üzvü olub, haqqında danışılanın hərəkət və ya əlamətini bildirir. Məsələn: Traktor yeri şumlayır. Torpaq lay-lay çevrilir. – cümlələrində xəbər (şumlayır, çevrilir) mübtəda ilə ifadə olunan, əşyanın hərəkətini bildirir.
Biz cümlədə söylənilən yeni məlumatıadətən xəbər və xəbərə aid olan üzvlər (tamamlıq, təyin, zərflik) vasitəsilə alırıq.
Xəbər nə edir? (felin bütün şəkil və zamanlarında), kimdir?, neçədir?, haradadır?, necədir? və s. suallara cavab verir.
Mübtəda kimi xəbər də həm nitq hissələri, həm də söz birləşmələri ilə ifadə olunur.
Başlamaq, bilmək, istəmək, olmaq, etmək felləri əksərən başqa sözlərlə birləşərək xəbər vəzifəsində işlənir.
Xəbər, təyini söz birləşmələri, məsdər və feli sifət tərkibləri və s. ilə də ifadə olunur. Məsələn: Dağların səsiyəm! Mən çalxalanan dənizin nəğməsiyəm.
Nitq hissələri ilə ifadə olunan xəbərlər sadə, söz birləşmələri ilə ifadə olunanlar mürəkkəb xəbər adlanır.

91.Təyin.

Təyin cümlənin ikinci dərəcəli üzvü olub, isimlə və isimləşmiş sözlərlə ifadə olunan üzvləri müxtəlif cəhətdən izah edir. 
Təyin necə? nə cür? hansı? neçə? nə qədər? neçənci? Suallarına cavab verir. Məsələn: Çalışqan (necə?) şagirdlə beş (neçə?) maraqlı kitab aldılar.
Təyin əksərən sifət, say, feli sifət və işarə əvəzlikləri ilə ifadə olunur. Məsələn: Bu meşə çox böyük idi.
İsim və zərflərdə sifətləşdikdə təyin vəzifəsində işlənə bilir. Məsələn: Mühəndis Sultanov dəri paltosunu geydi. Yuxarı otaqlar xeyli sərin idi. 
Təyin ismi birləşmələr və feli sifət tərkibləri ilə də ifadə olunur. Məsələn: Polis rəisi Kərimov prokurora zəng vurdu.
Cümlədə isimlə və isimləşmiş sözlərlə ifadə olunan bütün üzvlərin təyini ola bilir.
Nitq hissələri ilə ifadə olunan təyinlər sadə, söz birləşmələr ilə ifadə olunanlar isə mürəkkəb təyin sayılır.

92.Tamamlıq.

Tamamlıq cümlənin ikinci dərəcəli üzvü olub, hərəkət və əlamətin obyektini bildirir.
İsmin adlıq və yiyəlik halından başqa, qalan hallarda əşya, obyekt bildirən sözlər və birləşmələr tamamlıq vəzifəsində işlənir. Tamamlıq kimə? nəyə? kimi? nəyi? nə? kimdə? nədə? kimdən? nədən? suallarına cavab verir. Məsələn: Xəyal əlcəyi (nəyi?) mənə (kimə?) verdi.
İşin, hərəkətin, əlamətin obyektini bildirən bəzi qoşmalı sözlər və birləşmələr də cümlədə tamamlıq olur. Məsələn: O, fırça ilə (nə ilə?) şəkil çəkdi.
Tamamlıq da mübtəda kimi isim, əvəzlik və məsdərlərlə daha çox ifadə olunur.
Məsələn: Məhəmməd Eldarı səslədi. Onu telefona çağırdılar.

93.Zərflik.

Zərflik cümlənin ikinci dərəcəli üzvü olub, hərəkətin icrasını və ya əlamətin meydana çıxmasını müxtəlif cəhətdən izah edir.
Zərflik əksərən zərflərlə – tərzi-hərəkət, zaman, yer, miqdar zərfləri ilə ifadə olunur. Məsələn: Səkinə xala sakitcə çəkilib getdi.
Zərflik yer və zaman mənalı isimlər, feli bağlamalar, qoşmaların artırıldığı isim və məsdərlər, sual əvəzlikləri və s. ifadə olunur. Məsələn: O, Azəri bazara göndərmişdi.
Mürəkkəb zərfliklər ismi və feli birləşmələrlə ifadə olunur. Məsələn: Boz dağın qoynunda bir dəniz vardır.

94.Xitab ra sözlər və onların xüsusiyyətləri.

Cümlədə kimə işarə edildiyini bildirən, lakin qrammatik cəhətdən cümlə üzvü olmayan söz və ya söz birləşmələrinə xitab deyilir. Xitablar, əsasən, ismin adlıq halında olur. Yoldaşlar, kəndlilər, biz ki sizin üçün çalışırıq.
            Xitablar tərkib etibarı ilə iki yerə bölünür.
1)                    Bir sözdən obarət olanlar. Gəlmişəm onu da özüm ilə bərabər aparam, xala.
2)                    İki və ya bir neçə sözdən ibarət olanlar. Bütün dərslərdən beş alır, yoldaş İsmayılzadə.
Xitablar məna etibarilə, əsasən, çağırış və ya müraciət bildirir.
1)                     Xitabların çağırış bildirmə məqamlarında işlədilməsi. Elxan, Elxan, qalx göyərçinim.
2)                     Xitabların müəyyən bir şəxsə müraciət etmə məqamında işlədilməsi. Yoldaş Səlim, yəqin ki, sizi bir də, dəzgah məsələsi maraqlandırır.
3)                     Xitabların şəxsin öz-özünə müraciət məqamında işlədilməsi. Vaqif! Ayrı düşdün obadan, eldən, Ömrümün novrağı yadıma düşdü.
4)                     Xitabların emosional vəziyyəti bildirmə məqamında işlədilməsi. Ey Xanlar, Xanlar, gör nəyin xəyalındasan.
Eyni bir cümlə içərisində iki və ya bir neçə xitab edilə bilər. Qardaşlar, bacılar, bu azadlıq bayrağı altında yeni azad həyata doğru.
Xitablar,əksərən canlılara (insanlara) müraciətlə işlədilir, lakin bəzi

95.Sadə cümlə.97

Cümlə insanlar arasında fikir mübadiləsinin vasitəsidir. Ayrı-ayrı sözlərlə yanaşı, söz birləşmələri də cümləyə daxil olur. Söz birləşməsindən fərqli olaraq cümlənin baş üzvlərdən ibarət qrammatik əsası olur. 
Cümlə bitmiş fikir ifadə edir. Cümlə vasitəsilə bir iş və hadisə haqqında məlumat verilir, bir şey soruşulur, bir işə təhrik edilir. Heç bir söz və ya söz birləşməsi cümlə şəklinə düşmədən bitmiş fikir ifadə edə bilməz. Məsələn: dağların qarı, səhərin açılması və s. kimi birləşmələrdə yalnız ayrı-ayrı əşya və hadisələrin adı çəkilir, onların haqqında bitmiş fikir söylənilmir.
Bulaqğın suyu sərindir. Hava getdikcə soyuqlaşır. Bəh-bəh necə gözəl havadır. – cümlələrində isə bir şey haqqında məlumat verilir, hiss-həyəcan ifadə olunur. Bütün cümlələrdə fikir bitmiş şəkildə ifadə olunur.

Sözlərin bitmiş fikir ifadə edən birləşməsinə cümlə deyilir. Məsələn: Nəsrin kolu qızılgül koluna oxşayır. Mən dram əsərlər oxumağı sevirəm. Hər şeyin öz vaxtı var.
Cümlə bir sözdən ibarət ola bilər. Məsələn: Gecdir. Yoruldum. Səhərdir. – misralarında cümlə intonasiyası tələffüz edilənGecdir, Yoruldum, Səhərdir sözləri bimiş fikir ifadə edərək cümlə kimi formalaşmşdır.
Cümlələr quruluşca sadə və mürəkkəb olur. 
Sadə cümlələrin yalnız bir qramatik əsası olur. Məsələn: Uşaqlar oturdular. Müəllim ayaq üstə durub sinfə göz gəzdirdi.
Mürəkkəb cümlələrin iki və daha çox qramatik əsası olur. Məsələn: Fırtına getdikcə şiddətlənir, gəmi ağır-ağır yırğalanırdı.
Zəng təzəcə vurulmuş, müəllim sinfə daxil olmuş, dərs başlandı.

97.Məqsəd və intonasiya.

Hər bir cümlə müəyyən məqsədlə söylənilir. Məsələn: Dostlar xeyli sakitcə dayandılar. Əşrəf, həddini aşma! – cümlələrində birincisində müəyyən bir iş haqqında məlumat verilir, ikinci cümlədə də danışanın idarəsi ifadə olunur, bir şey tələb olunur.
Deyiliş zamanı cümlə növlərinin fərqlənməsində intonasiyanın rolu böyükdür. İntonasiya cümlədə bu rəngarəngliyi yaratmaqla məqsədimizi aydınlaşdırır. Bu cəhətdən cüçlələr üç qrupa ayrılır
Nəqli cümlələr
Sual cümlələr
Əmr cümlələr
98.Müxtəsna cümlə.99.Geniş cümlə.
100.Yarımçıq cümlə və onun növləri.

Öz anlayışında hər hansı bir cümlə üzvünün təsəvvür edilməsinə möhtac olmayan təktərkibli cümlələr bütöv hesab olunur.
Təktərkibli cümlələr, baş üzvlərindən birinin cümlədə leksik şəkildə ifadə
edilməsinə baxmayaraq, hər bir şəraitdə bütöv hesab olunur. Çünki, onların leksik şəkildə ifadə edilməyən baş üzvünün deyilməsinə heç bir ehtiyac hiss olunmur. O, hər bir şəraitdə bitmiş fikir bildirdiyi üçün hər bir şəraitdə də hökm olur. Qaranlıq aprel gecələrindən biridir.
Yarımçıq cümlədə buraxılan üzvlərin müxtəlif növləri olur. Bəzən mübtəda, bəzən xəbər, bəzən də cümlənin ikinci dərəcəli üzvlərindən biri və ya bir neçəsi buraxıla bilər.
1.                    Mabtədasız yarımçıq cümlələr. Müəllim gəldimi? Gəldi.
2.                    Xəbərsiz yarımçıq cümlələr. Bu dəqiqə Süleymanın ardınca!...
3.                    Tamamlıqsız yarımçıq cümlələr. Tapşırığı kim yazdı? Mən yazdım.
4.                    Zərfliksiz yarımçıq cümlələr. Məktəbə kim getdi? Fərhad getdi.
5.                    Mübtədasız və xəbərsiz yarımçıq cümlələr. Sən nə oxuyursan? Kitab.
6.                    Mübtəda və zərfliksiz yarımçıq cümlələr. Sən şəhərə getdinmi?
Getdim.
7.                    Zərfliksiz və xəbərsiz yarımçıq cümlələr. Kim şəhərə qayıtdı? Fuad.
8.                    Tamalıq və xəbərsiz yarımçıq cümlələr. Gecədən nə qədər keçdi? Xeyli.


101.Cüt və tək tərkibli cümlələr.

Hökmün hər iki üzvünün (subyekt ilə predikatın) ayrı-ayrı qrammatik mübtəda və qrammatik xəbər şəkillərində ifadə edilən cümlə növlərinə cüttəkrkibli cümlə deyilir.
Cüttərkibli sadə cümlələr qrupuna aşağıdakı cümlə tipləri daxildir:
1)                    Cüttərkibli müəyyən şəxsli cümlə;
2)                    Cüttərkibli məsdər cümlə;
3)                    Cüttərkibli müxtəsər cümlə;
4)                    Cüttərkibli geniş cümlə;
5)                    Cüttərkibli bütöv cümlə.

Hökmün hər iki üzvü cümlənin baş üzvlərindən ancaq birində - ya mübtədada, ya da xəbərdə ifadə edilən cümlə növlərinə təkkkərkibli cümlə deyilir.
            Bir də gördüm ki, səhərdir.
Təkkkərkibli cümlələr qrupuna aşağıdakı cümlə tipləri daxil olur:
1)                    təktərkibli müəyyən şəxsli cümlələr;
2)                    qeyri- müəyyən şəxsli cümlələr;
3)                    ümumi şəxsli cümlələr;
4)                    şəxssiz cümlələr;
5)                    adlıq cümlələr;
6)                    söz cümlələr;
7)                    müxtəsər təktərkibli sadə cümlələr;
8)                    geniş təktərkibli sadə cümlələr;
9)                    bütöv təktərkibli sadə cümlələr.


102.Mürəkkəb cümlə.103.Tabeli və tabesiz mürəkkəb cümlə.106.

Mürəkkəb cümlə əmələ gətirən sadə cümlələr bir-biri ilə sintaktik cəhətdən iki cür bağlanır: tabesizlik yolu ilə, tabelilik yolu ilə.
Mürəkkəb cümləni təşkil edən sadə cümlələrin ya hamısı bərabər hüquqlu olur, ya da tərkib hissələrindən biri qrammatik cəhətdən müstəqil, digəri ondan asılı olur. Məsələn: Al rəngli şəfəqlər ətrafı bürüyürdü – cümləsində tərkib hissələri bərabərhüquqludur (hətta bəzi belə cümlələrdə tərkib hissələrinin yerini dəyişsək də məna dəyişmir). Mürəkkəb cümləni təşkil edən sadə cümlələr arasındakı bu cür bağlılıq tabesizlik bağlılıqdır. Belə mürəkkəb cümlələr tabesizlik mürəkkəb cümlələr adlanır.
Zeynəb hiss etdi, Tükəzban xala ona inanmır – cümləsində sadə cümlələrdən birincisi qrammatik cəhətdən müstəqil olduğu halda, ikinci birinciyə tabedir, çünki ikinci  cümlənin tərkib hissəsi (Tükəzban xala ona inanmır) birinci hissəsini (Zeynəb hiss etdi) aydınlaşdırır və tamamlayır.
Mürəkkəb cümlənin tərkibindəki sadə cümlələr arasında bağlılıq tabeli bağlılıq adlanır. Belə mürəkkəb cümlələrətabeli mürəkkəb cümlələr deyilir.
Beləliklə mürəkkəb cümlələr iki növə ayrılır: 1) tabesizlik mürəkkəb cümlələri 2) tabeli mürəkkəb cümlələr.

104.Məna əlaqələri.105.

Tabesiz mürəkkəb cümlələrinin tərkib hissələri arasında 6 məna əlaqəsi olur:
1.                Zaman əlaqəsi - Zaman əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələrində eyni zamanda baş verən hadisələr sadalanır. Məsələn: Mən kəndə çatanda külək davam edir və küçələrə sel axırdı.
2.                Ardıcıllıq əlaqəsi - ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələrində müəyyən ardıcıllıqla baş verən hadisələr sadalanır. Məsələn: İşıqlar söndü, kino verilişi başladı. Dəhlizin qapısı açıldı və otağa bir qız daxil oldu.
3.                Səbəb-nəticə əlaqəsi - səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlələrdə birinci tərkib hissədəki iş səbəbi, ikinci tərkib hissədəki iş onun nəticəsini bildirir. Məsələn: Qəflətən güclü külək başladı
4.                Aydınlaşdırma əlaqəsi - Aydınlaşma əlaqəli tabesiz mürəkkəb cümlələrdə tərkib hissələrdən biri ümumilik bildirir, o biri onu aydınlaşdırır. Məsələn: Ağız deyəni qulaq eşitmirdi. İyirmi-otuz adam üz-üzə,
5.                Qarşılaşdırma əlaqəsi Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümlələrin tərkib hissələrindəki iş və hadisələr bir-biri ilə qarşılaşdırılır. Məsələn: Mən çox dedim, o az eşitdi. Qapını itələdim, ancaq o açmadı.
6.                Bölüşdürmə əlaqəsi - Bölüşdürmə əlaqəli tabesiz mürəkkəb cümlələrdə tərkib hissələrindəki iş və hadisələr ya növlər ilə bir-biri ilə əvəz edilir, ya da iki işdən yalnız birinin mümkünlüyü ifadə olunur. Məsələn: Gah güclü yağış yağır, gah da gün çıxırdı.

107.Baş cümlə.108.Budaq cümlə.

Tabeli mürəkkəb cümlələr budaq cümlələrin növünə görə fərqlənir. Budaq cümlələr cümlə üzvlərinə uyğun gəlir və cümlə üzvlərinə uyğun olaraq aşağıdakı 7 növə ayrılır:
1.                Mübtəda budaq cümləsi
2.                Xəbər budaq cümləsi
3.                Tamamlıq budaq cümləsi
4.                Təyin budaq cümləsi
5.                Zərflik budaq cümləsi (6 növə ayrılır)
1.                         tərzi-hərəkət budaq cümləsi
2.                         yer budaq cümləsi
3.                         zaman budaq cümləsi
4.                         kəmiyyət budaq cümləsi
5.                         səbəb budaq cümləsi
6.                         məqsəd budaq cümləsi
6.                Şərt budaq cümləsi
7.                Qarşılıqlı güzəşt budaq cümləsi

109.Durğu işarələri.

Durğu işarələri - Dilin ümumi qrafik sistemində xüsusi yer tutan işarələr sistemidir ki, bunlar hərflər və digər yazı vasitələri ilə (rəqəmlər, bərabərlik işarəsi, bənzərlik işarəsi və.s.) ifadə etmək mümkün olmayan cəhətləri bildirmək üçün işlədilir. Durğu işarələrinin vəzifəsi danışıq aktının məna daşıyan parçalara üzvlənməsini (mənalı hissələrini) göstərməkdən və onlarm tanınmasını təmin etməkdən, habelə danışıqda reallaşan sintaktik strukturun ritmik-melodik xüsusiyyətlərini əks etdirməkdən ibarətdir. /Nöqtə/, /sual işarəsi/, /nida işarəsi/, /vergül/, /nöqtəli vergül/, /iki nöqtə/, /tire/, /çox nöqtə/ durğu işarəsi adlanır.[1]
Durğu işarələri iki funksiya yerinə yetirir. Buna görə də iki qrupa ayrılır:
1.      ayırıcı işarələr;
2.      fərqləndirici işarələr.
Ayırıcı durğu işarələrinin əsas funksiyası cümlələri, cümlənin həmcins üzvlərini, mürəkkəb cümlənin komponentlərini və sairi ayırmaqdır. Bu qrupa nöqtə, sual və nida işarələri, qoşa nöqtə, nöqtəli vergül, çox nöqtə daxildir. Fərqləndirici durğu işarələri cütüzvlüdür, vasitəsiz nitqi, sitatları, ara cümlə və əlavə konstruksiyaları fərqləndirmək üçün işlədilən iki vergül, iki tire, mötərizələr və dırnaqlardan ibarətdir.

Комментариев нет:

Отправить комментарий