среда, 2 января 2013 г.

Bəstəkarların qısaca yaradıcılıqları haqqında ♪ ♫ ♩ ♬


Ludviq Van Betxoven. (1770-1827)Bilet  1,2,5,11,13,15,17,22,23,25,27,28,29,30

 L.V. Betxoven musiqi mədəniyyətinə təsir göstərmiş dahilərdən biridir.Onun yaradıcılığı XVIII-XIX əsrləri əhatə edir.Klassiçizm cərəyanına aiddir.Bəstəkarın ən sevimli janrı-sonatadır, çünki sonata onun simfonik təfəkkürünə yaxındır.Sonatanı çox vaxt onun yaradıcılıq laboratoriyası adlandırırlar.Məs.25,26,27-ci sonatalar, 23 sonata(Apposionata-ehtiraslı f-moll)
Bu janrın ən yüksək zirvəsi sayılır.6,7,8-sonatalar pastoral xarakterlidir.32-ci sonata mövzu və variasiyalatrdan ibarətdir.14 sonatası-“Ay sonatasi”Bethoven ilk bəstəkardırki sonataları polifonikləşdirir.(29-32 sonatalar)Gələcəkdə Şumanın variasiyalarına çığırda məhz Bethovenin variasiyalarından ibarətdir.
Bethovenin 9 simfoniyası 11 uverturası həmçinin konçertlər aiddir.Lakin Bethovenin simfoniyaların heş biri o birisinə bənzəmir.9 simfoniyanın hər biri sanki bir aləmdir.Təkrar olan epizodlar yoxdur.Onun simfoniyaları 4 pərdədən ibarət instrumental dram kimi yozurduş Onun simfoniyalarında əsas dramıtılıji ağırlıq 1-ci və sonuncu hissəyə düşür.2-co hissə hadisələrin lirik və ya faciəvi ospektini  verir.3-cü məişət lövhəsidir.” Fidelio” operasi, “Təntənəli messa”, 6 trio,16 simli kvartet,”Karolian”,”Eqmont”,”Leonora” uvertüralarıda vardır.


Frans Şubert (1797-1828)               Bilet  1,3,4,6,8,13,14,22,23,30.

 Avstriya bəstəkarı. Vyana musiqi məktəbinin ən görkəmli nümayəndələrindən biri və musiqidə romantizmin banilərindən biri. Görkəmli Avstriya bəstəkarı F.Şubert Musiqi sənətində yollar açmışdır.o Vyananın ilk bəstəkar-romantiki olmuşdur.1815-ci ildə onun üçün bəhrəli və əlamətdar bir il olur.Gənc bəstəkar 140-dan çox mahnı yazır ki, bunlardan- “Meşə çarı”, “Forel” kimi gözəl mahnıların, simfoniyaların,kvartetlərin,f-no üçün yazılı əsərlərin adını çəkə bilərik.Şubert mahnı janrına yenilik gətirmiş,onu böyük sənət səviyyəsinə qaldırmışdır.Hötenin sözlərinə- “Göl qızılgülü”, Müllerin- “Gözəl dəyirmançı qız”(1823).ve son mahnısı isə- “Şarmankaçı” yaratmışdır. Buraya simfoniya və sonatalar, kontata və oratoriyalar , uverturalar, f-no pyesləri daxildir.Lakin onun ən sevimli janrı mahnı janrı olmuşdur.o 600-dən çox mahnı yazmışdır.1820-ci ildə bəstəkar faciəvi xarakter daşıyan- “ Qış yolu silsiləsi” (1827) , “Gözəl dəyirmanşı qız” (1823) bəstələyir.Şubertin f-no irsidə öz rəngarəngliyi ilə diqqəti cəlb edir.Burada formaca kişik olan rəqslər, marşlar, expromtlar, “ Musiqi anı” kimi kişik əsərlər, iri sonata və fantaziyalarda var idi.Şubertin simfonik yaradıcılığı 9 simfoniya aiddir.8-ci simfoniyasi h-moll “Tamamlanmamış” (1822).Həmçinin Şubert 8 expromt, 6 “Musiqi anı”, f-no üçün 22 sonata,f-no üçün ayrı-ayrı rəqslərdə yazmışdır.

Ferens List (1811-1986)              Bilet 1,4,6,8,13,14,19,22,29,30.


Macar bəstəkarı F.List musiqi mədəniyyətinə Novator bəstəkarı kimi daxil olmuşdur.Romantizm cərəyanına aiddir.o nəinki bəstəkar həmçinin ictimai xadim,dirijor,musiqi tənqidcisi olmuşdur. Bəstəkar 10-dan artıq simfonik poemanın müəllifidir.Listin iri simfonik əsəridə var.Bu “Faust” simfoniyasıdır.Əsər 3 hissədən ibarətdir: 1-“Faust” 2- “Marqarita” 3- “Mefistofel”.Bu simfoniyanı bəstəkar Bethovenə həsr etmişdir.Əsər böyük orkestr, tenor,solo və kişi xoru üçün yazılmışdır.”Dante”(1856) simfoniyası isə İtalyan şairi Dantenin “İlahi komediyası əsasında yazılıb.1 hissə-“Cəhənnəm”, 2-ci hissə - “Məşhər” adlanır.List Dini mövzuda “Müqəddəs Yelizavetta”, “Xoral messası”, “ Xristos” və s.kimi əsərlərini yazır.Listin f-no yaradıcılıöı 2 yerə
 Bölünür: 1-cisi-sonata,pyes 2-cisi isə- transkripsiyalardır.Listin f-no yaradıcılığını 2 böyük hissəyə bölmək olar:
1.Onun orijinal əsərləri.2.Başqa bəstəkarların mövzularına yaratdığı parofraza və transkripsiyalar.
Onun orijinal əsərləri- “Səyahət albomu”, “Səyahət illəri”(3-cü cild), “Macarıstan tarixi portretlər”, “19 Macar rapsodiyası” kimi pyeslər silsilələrə daxildir.həmçinin Paqaninin kaprizləri əsasında 24 etüdlar, “İspan rapsodiyaları” valslar, xalq rəqsləridə daxildir.
2.Transkripsiya-List tərəfindən başqa bəstəkarların əsərlərini olduğu kimi f-no üçün köçürülməsidir.
Parofraza- Başqa bəstəkarların mövzusu əsasında Listin yaratdığı sərbəst formalı əsərdir.

Cüzeppe Verdi (1813-1901)        Bilet 2,3,6,7,8,9,11,15,18,19,24,29

C.Verdi XIX əsrin görkəmli bəstəkarı, İtalyan opera mədəniyyətinin böyük nümayəndəsi idi. İtalyan operası 4 böyük sənətkarların- Rossini, Bellini,Donicetti və Verdi yaradıcılığında öz inkişafına çatmışdır.Verdi 26 opera müəllifidir. O İnglis, Fransız, Alman ədəbiyyatının gözəl nümunələrinə müraciət edərək onları opera janrlarında əbədiləşdirmişdir.Şekspirin əsərləri əsasında- “ Maqbet”, “Otello”, “Folstav”, Şiller- “Don Karlos”, “Qaçaqlar”, Dumanın “Oğul” əsəri əsasında – “Traviata” operasını yazmışdır.XIX əsrin 50-ci illərində Verdi “Riqoletto”(1851), ”Trubadur”(1856)“Traviata” (1853) yazmışdır.1871-ci ildə “ Aida” operasını yazmışdır.Bu operada şərq mövzusuna müraciət edərək, tarixi əfsanəvi sujetdən istifadə edir.
“Riqoletto”- eybəcər saray təlxəyi.”Trubadur”- saəd qaraçı qız, “Traviatada” isə -düşgün qadının şəxsi faciəsi bəhs edilir. XIX əsrin 50-ci 60-cı illərində Verdi- “ Bal Maskarad” (1859), “Taleyin gücü”(1862), “Don Karlos” (1867) operalarını yaratmışdır.”AİDA” operası Verdi yaradıcılıöında mühim yer tutur.Bu opera 1871-ci ildə yazılıb.Operanı Verdiya Misir höküməti sifariş etmişdir.Şərq mövzusundan istifadə edərək tarixi əfsanəvi sujetdən istifadə edir. Verdinin opera yaradıçılığına “ Folstav” yekun vurur.

Rixard Ştraus (1864-1949)      Bilet   3

Ştraus Alman simfonizmin bəstəkarı və dirijorudur.Ştraus simfonik poema janrının özünəməxsus şəkildə inkişaf etdirir.Ştraus böyük 70 illik yaradıcılıq yolu keçmişdir.o Müxtəlif janrlarda işləmişdir.10 simfonik poeması var.Bunlarən içərisində “Maqbet”(1887), “Don Juan” (1889), “Don Kixot”(1897) qeyd etmək olar.O həmçinin Vaqnerin davamçısı olaraq simfoniya janrında Vaqnerin leytmotiv texnikasını tədbiq etmişdir.XIX əsrin sonunda Ştraus operaya müraciət edir. 1894-cü ildə o “Qultram”,1905-ci ildə isə Oskar Uoldun pyesi əsasında “Solomeya” operasını yazır.Həmçinin “Elektra”,”Dafna”(1937) və sr.operalar yazır.

Yozef Haydn (1732-1809)   Bilet 3,14,18,19

Y.Haydn görkəmli Avstriya bəstəkarıdır.Onun yaradıcılığı Vyana klassik məktəbinin ən dəyərli səhifəsi və dünya musiqi məktəbinin yüksək zirvələrindən sayılır. Yozef Haydnı "simfoniyanın atası" adlandırırlar. Doğrudan da, 100-dən artıq simfoniya bəstələmiş Haydn faktik olaraq bu janrın təməlini qoymuş, onun gələcək inkişafına dəyərli töhfələr vermişdir. Haydn həmçinin "kvartetin atası" hesab olunur. 100-dən artıq kvarteti, eləcə də trioları, fortepiano sonataları, konsertləri klassisizm dövrünün instrumental musiqisinin ən gözəl səhifələrindəndir. Haydn demək olarki bütün janrlarda əsər yazıb. Haydının klavir əsərləri (sonata,rondo,variasiya) içərisində sözün əsl mənasında bu günə qədər də əhəmiyyətini itirməyən şedevrlər var.İlk sonatalarda F.E.Baxın klavir yaradıcılığının təsiri duyulur.Haydının sonataları 3 hissəli çıkldır.Bu sonatalar içərisində D-dur, e-moll,Es-dur tonallıqlı sonatalrı xüsusilə qeyd etmək lazımdır.Onun yaradıcılığında klassik simfoniyanın 4 hissəli quruluşu təsdiqlənir.
1 hissə-Girişlə başlayır, sonra sonata-allegrosu gəlir.
2 hissə-(yavaş hissədir)-adətən 3 hissəli formada olur.lirik hissər meydanıdır.
3 hissə (menuet)-xalq mahni və rəqslərinə dayaqlanan 3 hissəli formadadır.
4 hissə-Final-məişət xarakterlidir.rondo-sonata formasındadır.
Haydn 100-dən çox simfoniya müəllifidir.”London simfoniyası” mükəmməliyi ilə fərqlənir.Yalnız 1 simfoniyadan başqa bütün simfoniyalar major tonallığındadır.
Haydının vokal əsərləri içərisində-oratoriyaları xüsusilə qeyd etmək lazımdır.”Tovinin qayıtması”,”Dünyanın yaradılması”(1798)-Djon Miltonun “İtirilmiş cənnət”əsəri əsasında yazılmışdır.Oratoriya 3 hissədən ibarətdir.”İlin fəsilləri”(1801)-əsər Ceyms Tomsinun poeması əsasında yazılmışdır.Haydn 24 opera müəllifidir.-“Aptekçi”,”Balıqçı qızlar”(buffa), “Axsaq şeytan”(zinqşpil), “Asis və Qalateya”(seriya) operalarının adını şəkmək olar.

Fridrix Hendel (1685-1759) Bilet 4,5,8,9,10,18,27

F.Hendel də Bax kimi XVIII əsrin klassiklərindəndir.Onun yaradıcılığında polifonik üslub Baxın yaradıcılığında olduğu kimi zirvəyə qalxır.Hendel 40 opera müəllifidir.Bəstəkarın ilk əsərləri Hamburqda tamaşaya qoyulur.Bu təsir nəticəsində onun-“Aqrippino”, “Rodriqo”, “Yuli Sezar” kimi operaları meydana gəlir.Pepuşun yazdığı bir satirik əsər Qendelin nüfüzunu tamam yox etdi.bu əsər “Dilənşilərin operası” adlı musiqi-komediya idi.Bu əsərdə İtalyan seriya operasının parodiyası verilmişdir.Bu əsərdən sonra Hendel opera fəaliyyətini tamamilə dayandırır.Oratoriyalardan isə-“Saul”, “Messiya”, “Samson”, “İdua Makkovey”.
“İdua Makkovey”.Hendelin oratoriyaları müxtəlif məzmunlu və aspektlidir.Oratoriyaların mövzuları “İncildən” götürülür.Oratoriyalar,xorlar mühüm yer tutur.onun-“Samson”,”Valtasar”,”Asis və Qalateya”,”Solomon”,”Gerakl” mövzulu oratoriyalar daxildir. Hendel 40 opera müəllifidir.Bəstəkarın ilk əsərləri Hamburqda tamaşaya qoyulur.Bu təsir nəticəsində onun-“Aqrippino”, “Rodriqo”, “Yuli Sezar” kimi operaları meydana gəlir.Hendel orkestr üçün 12 konsert-qrosso yazmışdır.Onun ən məşhur orkestr əsərləri arasında-“Su üzərində musiqi”,”Atəşfəşanlıq musiqisi” qeyd etmək olar.

Feliks Mendelson-Bartoldi. (1809-1847) Bilet 4,7,8,9,30


F.Mendelson musiqi mədəniyyəti tarixinə görkəmli bəstəkar, dirijor, ictimai xadim kimi daxil olmuşdur.Şuman Mendelsonun XIX əsrin Motcartı adlandırırdı.Şuman Mendelsonu XIX əsrin Motcartı adlandırırdı.Almaniyada ilk konservatoriya olan Leypcinq konservatoriyasını məhs Mendelson 1843 ildə yaratmışdır.Həmçinin Mendelson Mendelson 5 simfoniya müəllifidir. Demək olar ki, bu sahədə o, Şubertin ənənələrini, onun romantik simfoniyalarınının lirik-dramatik xəttini dəvam etdirir.Onun simfoniyalarında Şubert simfoniyalarına xas olan mahnıvarilik səciyyəvidir.(“İtalyan”, “Şotland” simfoniyası, simfoniya-kontata və sr.)
O 2 oratoriya,1 kontata,5 simfoniya(ən məşhuru İtalyan və Şotland),1 hissəli proqramlı simfonik uverturalar,o cümlədən “Yay gecəsi yuxusu”, 2 f-no koncerti,1 skripka koncerti, o cümlədən “Sözsüz mahnılar” və operalarıda vardır.Uvertura janrı Mendelsonun yaradıcılığında müstəsna rol oynayıb.”Yay gecəsi yuxusu”(1826)-Bu uvertura 17 yaşlı Mendesonun yaratdığı zirvə əsəridir.Əsər Şekspirin komediyası əsasında yazılmışdır.Bəstəkar Şekspir komediyasının bütün məzmununu deyil, əsas ideyası və ümumi əhval-ruhiyyəsi musiqidə gözəl əks etdirilmişdir. “Sözsüz mahnılar”(1830-45)-6 pyes olmaqla 8 dəftərdən ibarətdir.Bunlar Mendelsonun yaratdığı yeni lirik instrumental miniatür növüdür.bəzilərində proqramlı adı var-“Venesiya qayıqçısı”,”xalq mahnısı”,”ovçu mahnısı”,”Bahar”,”Matəm Marşı”.

Jorj Bize (1835-1875)  Bilet 4,5,6,24,27

Bize XIX əsrin dahi fransız bəstəkarıdır.Onun istedadı və ustalığı ilk növbədə opera,operetta və tamaşalara musiqi sahəsində əks olunmuşdur.Onun yaradıcılığının əsas sahəsi opera idi.60-cı illərdə “Don Prokopio”, “Mirvari axtaranlar”(1863), 1867-ci ildə-“Pert gözəli”, “Cəmilə” operaları, “Rim”,”Venesiya”, “Florensiya”, “Neapol” proqramlı simfoniyaları meydana gəlir.1875-ci ildə “Karmen” operası tamaşaya qoyulur. .Əsər fransız yazıçısı Drosper Mermenin novellası əsasında yazılıb.Bəstəkar obrazları daha çılğın,bəzi hallarda lirik planda tərənnüm edir.”Karmenin” ilk tamaşası çox uğursuz olmuşdur və opera Parij teatrın repertuarından silinmişdir.İlk uğursuz tamaşadan sonra Bize qəflətən vəfat edir.Bizenin ölümündən sonra opera çox böyük müvəfəqiyyət qazanır.Görkəmli rus bəstəkarı Çaykovskiy 1880-ci ildə dediyi kimi-“10 ildən sonra Karmen dünyaya ən popular opera olacaq” fikrini doğrultmuş oldu.Operanın musiqi dramaturqiyasında əsas yeri faciəvi məhəbbət xətti tuturşƏn parlaq səhnə-son səhnədir.Xalq şənliyin fonunda Karmenlə Xozenin son dueti və Karmenin ölümünün verilməsidir.Operada məişət musiqi olan Marş vardır.Marş ritmlərindən çox istifadə olunur.Şedrində Karmenin musiqisi əsasında suita yaratmış və bu musiqiyə Karmen-suita adlı balet-tamaşası qoyulmuşdur.

Robert Şuman (1810-1856)               Bilet 5,13,16,21,24,25,27,29.

Robert Şuman XIX əsrin görkəmli alman bəstəkarı,dirijor, musiqi tənqidcisi,pianoçu, ictimai xadimdir.Şumanın əsil ruhu f-no əsərlərində meydana çıxır.Şumanın silsiləsi çox vaxt proqramlı xarakter daşıyır..”Pərvanələr”, “Uşaq səhnəcikləri”, “Kreysleriana”,” Davidsburqerlərin rəqsi” silsiləridə vardır.Bəstəkarın variasiya formasında yazılmış ən parlaq əsəri-“Simfonik etüdlar” qeyd edək.Şuman burada 12 variasiyadan ibarət monumental silsilə yaratmışdır.
“Karnaval”-Şumanın məşhur f-no əsərlərindən biridir.20 nömrədən ibarətdir.Burada variasiya prinsipi suita prinsipi ilə uzlaşır.
“4 notdan ibarət kiçik səhnəciklər”-belə başlıq 4 səs “ASCH” Şumanın soyadının baş hərfləridir.O 130 mahnı müəllifidir.Onun mahnılarından-“Aylı gecə”, “Bahar gecəsi”,”İki qrenader” və sr.qeyd etmək olar.Şamissonun sözlərinə əsasən-“Qadının həyat və məhəbbəti” məcmuaları mühim yer tutur-8 mahnıdan ibarətdir.Burada bəstəkar qadının həyat tərzini,onun hiss və həyəcanını,arzu və istəklərinə tərənnüm etmişdir.
“Şairin məhəbbəti”-silsilə 16 mahnıdan ibarətdir.Burada məhəbbət,xəyanət və tənhalıq mətnləri tərənnüm edir.4 simfoniyası vardır:
1 simfoniya-“Bahar” adlanır(B-dur)
2 simfoniya-dərin dramatik xarakterlidir(d-moll)
3 simfoniya-ən monumental əsərdir(C-dur)
4 simfoniya-“Reyn” adlanır(Es-dur) 5 hissəlidir.

Coakkino Rossini (1792-1858)                   Bilet 5,15,18,19,26,28

XIX əsrdə İtalyan operasının inkişafında müstəsna tarixi rol oynamış, bəstəkarlardan biridir.Rossini yaradıcılığına qədəm qoyduğu zaman İtalyan operasınşn 2 əsas növü var:sseriya və buffo.Rossinin əsas xidmətləri ilk növbədə opera sahəsində olmuşdur.Onun sseriya növündə yaratdığı operalar: “Otello”(1816), “Maisey Misirdə”(1818), “Semiramida” (1823), “Vilgelm Tell”(1829).Buffo operalardan isə- “Qəribə əhvalat”(1811), “Turk İtalyada”(1814), “Zoluşqa”(1817) , “Sevilya Bərbəri”(1816), “Fiqaro”.
“Sevilya Bərbəri”-1816 yazılmışdır.Bomarşenin məşhur triloqiyasının 1-ci hissəsinin sujeti əsasında yazılmışdır.Bu əsil buffadır.Çox şən, gözlənilməz hadisələr, musiqi tamaşasıdır.o əsəsri cəmi 20 günə yazmışdır.Bomarşenin triloqiyasının 2 ci hissəsinin sujeti Motcartın –“Fiqaronun toyu” operası əsasında yazılmışdır.
“Fiqaro”-sadəcə şən,hazırcavab,zarafatcıl bir adam kimi göstərilir.Komediyanın əsas ideyası yəni ən yaxşı insani hiss və keyfiyyətlərin ideyası operada saxlanılmışdır.Bu əsil realist komediyasıdır.




İohan Sebastyan Bax. (1685-1750)          Bilet № 6,7,9,21,22,23,26,28.

 Bax-dahi alman bəstəkarı və orqan musiqiçisi, Barokko dövrünün ən görkəmli nümayəndəsi, bütün dövrlərin ən böyük bəstəkarlarından biri.Mindən artıq musiqi əsəri yaratmışdır. Yaradıcılığında opera istisna Onun musiqisində insan obrazı,əhval-ruhiyyəsi təsvir edilirdi.Baxın dövrü Almaniyanın ən ağır dövrünə təsadüf edilir.Bu zaman Almaniya geridə qaıan dağınıq bir dövlət idi.Baxın yaradıcılıq hissi çox zəngin idi.Onun yaradıcılıq irsi 1000-dən çox əsərdən ibarətdir.Bəstəkar operada başqa bütün janrlara müraciət etmişdir.olmaqla o dövrün bütün məlum musiqi janrlarına müraciət etmiş.Bax həmçinin çoxsəsli (polifonik) musiqinin "atası" sayılır. Əsas əsərləri-Si minor messası, “Matfeyin iztirabları”, “İohannın iztirabları” oratoriyaları, xoral prelüdlər,48 prelüd və fuqalar(“Yaxşı temperasiya olinmuş klavir”), 6 fransız və 6 inglis süitası,6 partita və sr.
Vokal yaradıcılığı-Baxın yaradıcılığında böyük yeri onun iri formalı vokal əsərləri tutur.( Messalar,passionlar,kantatalar,maqnifikatlar və s)Bəstəkar 5 passion (passion-iztirab deməkdir).bunlardan 4 məlumdur.Passionlardan həmçinin –““Matfeyin iztirabları”, “İohannın iztirabları”,”Lukanın iztirabları” və sr.göstərmək olar.Bax 200-dən çöx klavir yazıb.
Orqan yaradıcılığı-Baxın orqan üçün yazdığı əsərlərdən “Orqan kitabçası”, tokkataları,fuqaları,xoral prelüdları və xoral variasiyaları göstərmək olar,Bax subyektiv bəstəkar idi.Orqan üçün yazılan əsərləri içərisində Re-minor tokkata və fuqası möhtəşəm səslənməsi ilə fərqlənir.
Klavir yaradıcılığı- Lıavir incəsənətinin çiçəklənməsi XIX əsrin 1-ci yarısına təsadüf edir.6 Fransız,6 İngilis,6 İtalyan suitaları,7 konsertin,20 kiçik preludiyaların və sr.adını çəkmək olar.Baxın yaradıcılığında “Yaxşı temperisiyalı klavir əsəri müstəsnalıq təşkil edir.Bu əsər XVIII əsrdə yaradılmışdır.Əsər 2 cilddən ibarətdir.1-ci cild 1722,2-ci cild 1742 ildə yazılıb.Əsər 24 tonallığın hər birində preludiya və fuqadan ibarətdir.

Moris Ravel (1875-1937)  Bilet №7,8,9,16,23,27


Moris Ravel dünya musiqi tarixinə K.Dübussi ilə yanaşı XIX əsr fransız impressionizmin görkəmli nümayəndəsi kimi daxil olmuşdur.Görkəmli fransız alimi,musiqişünas R.Rollan Raveli fransız musiqisinin dahi sənətkarı adlandırmışdır.Bəstəkar yaradıcılığına hələ Konservatoriyada oxuduğu illərdən başlayır. “Məhəbbət naminə” və “Butik menuet” onun ilk əsərləridir.
Ravelin yaradıcılıq yolu bir neçə dövrə bölünür.Burada 2 böyük mərhələni qeyd edək:
1-ci dünya muharibəsi (1914) və muharibədən sonraki dövr.1910-14 cü illərdə Ravel müxtəlif janrlara müraciət edir. . “İspan saatı”(1907) operası, “Adelaida”(1911), orkestr üçün ispan rapsodiyaları, simli kvartet, f-no əsərləri- “Suyun oyunu”, “Gecə kabusu” , “Uşaq və möcüzə” opera-baletinidə yazmışdır.1928 ci ildə Şah əsəri sayılan –“Bolero” əsərini yazır.Əsər məşhur rəqqasə İda Rubenşteynin sifarişi ilə yazılıb.Burada bəstəkarın bir simfonist kimi bütün gözəl xüsusiyyətləri özünü büruzə verir.Həmçinin “Florianın yuxusu”,”Dafnis və Xloya” baletləri və s.əsərlər yazmışdır.

Kristof Villibald Qlyuk (1714-1787) Bilet №7,11,12,13,17,21

Qlyuk musiqi klassiçizmin məşhur nümayəndələrindəndir.Bəstəkarın fəaliyyəti 3 yerə bölünür.

1.İslahatdan əvvəli dövr.( “Aktarsırks”(1741), “Demetriy”(1742), “Demefont” (1742)).
2.Vyana ilə bağlı islahatlar.(“Orfey” operası, “Alsesta”(1767),”Paris və Elena”(1770) operaları meydana gəlir.
3.Parislə bağlı islahat dövrü 1743 ildə Parisdə başlayır.4 opera yazır.”İfiqeniya Avliddə”(1774), “Armida”(1777), “İfiqeniya Tavriddə”(1779), “Exo və Narsis”(1779).
Qlyuk Fransız İtalyan opera sənəti mükəmməl mənimsəyir,həm seriya həmdə komik opera yazır.
“Orfey” operasında 1-ci şəkildə “Çobanların xoru” üç dəfə təkrar olunur.Qlyukun operalarında xorun roluda artır.Xor qəhrəmanlarla birlikdə həyəcan keçirir öz münasibətini bildirir.Orfey operası 1762-ci ildə yazılmışdır.bu opera qədim Yunan əfsanəsi sujeti altında yazılıb.Opera 3 pərdəlidir.1 və 3 pərdə işiqlı dünyadan,2 pardə isə qaranlıq və axirətdən bəhs edir.Operanın musiqi dramaturqiyası çox təbii inkişaf edib.

Friderik Şopen (1810-1849) Bilet № 10,11,12,23

F.Şopen –dahi pianoçu,Polşa klassik musiqisinin banisi kimi daxil olmuşdur.Şopenin vətəni Polşadır.Uşaqlıq və gənclik illərini burada keçirən Şopen ömrünün sonuna kimi Fransada yaşamışdır.Şopen nə opera nədə simfoniya yazmışdır.Onun bədii obrazları yalnız f-no ilə məhdudlaşırdı. Bu səbəbdən onu çox zaman «fortepianonun şairi» adlandırırlar.Şopenin yaradıcılığı List,Vaqner,Debüssi və sr. Bəstəkarlarının yaradıcılığına öz təsirini göstərmişdir.Şopenin f-no üçün 2 koncert, 3 sonata,4 ballada,1 fantaziya,21 polonez,21 noktürn,27 etüd,58 mazurka,4 expromt,24 prelüd,18 vals,4 skerco,tarantella,barkarola bəstələmişdir.Onun prelüdları əslində yeni bir janrdır.Şopendə öz oreludlarını Baxın fuqa və preludları təsiri altında yazıb.Şopenin 58 mazurkası vardır.Onun mazurkalarında bəstəkarın Polşa  xalq musiqisi ilə bağlılıq dahada aydın hiss olunur.21 polonez mühim yer tutur.Bu polonezlərdə Vətən həsrəti hiss olunur.Polonezləri bəstəkar poetik təbiətli f-no pyeslərinə çevirir.Şopenin valslarıda mazurkaları kimi müxtəlifdir.Şopenin bir bəstəkar kimi nəaliyyətləri milli məktəblərin inkişafına təsir göstərmişdir.

Klod Debüssi (1862-1918)   Bilet № 10,12,14,25.

Debüssi yaradıcılığı Avropa musiqi tarixində yeni və maraqlı bir səifədir.Debüssinin simasında fransız musiqi impressionizmi öz görkəmli nümayəndəsini tapmışdır.90-cı illərdə Bəstəkar f-no üçün çoxlu əsərlər yazır.”Berqamo suitası”,”Kiçik suita”,”Noktürnlar”bu illərin ən önəmli əsərləri sayılır.
Həmçinin Debüssi 90-cı illərdə “Pelleas və Melizanda” operası üzərində işləməyə başlayır.Operanın premyerası 1902-ci ildə olur.Əsər M.Meterlinkin eyniadlı dramı əsasında yazılmışdır.1900-18 ci illərdə Debüssi musiqi tənqidçisi kimi fəaliyyət göstərir.1-ci dünya muharibəsinin təsiri altında o,bir sira patriotik əsərlər yazır.Onlardan-“Qəhrəmana laylalar”,”Ağ və qara”,”fransa odası”,”Janna Dark” kantatalarını misal göstərmək olar.Çox gözəl pianoşu olan Debüssi omrü boyu f-no musiqisinə, müxtəlif janrlara müraciət edir.”Uşaq aləmi”, “Oyuncalarla dolu yeşik”, “Altı antik epiqraf”, “12 etüd” və sr.əsərləri göstərmək olar.Debüssi-“Dəniz simfoniyası”,”Mandolina”,”ariyettalar”,”Ay işığı”,”Balkon”,”Fəvvarə önündə”,”Axşam harmoniyası vokal əsərləridə vardır.

Volfqanq Amadey Motsart (1756-1791)Bilet №10,16,20,21,22,23,24,25,26


Volfqanq Amadeus Motsart – dahi Avstriya bəstəkarı, Avropaklassik musiqisinin ən nüfuzlu nümayəndələrindən biri. Motsart bəstəkarlıqla yanaşı, eyni zamanda mahir skripkaçı, klavesin və orqan ifaçısı və dirijor da olmuşdur. Yaratdığı 600-dən çox əsəri simfonik, konsert, kamera, piano, xor kimi klassik musiqi janrlarının ən yüksək zirvələrində qərarlaşıb. Onun əsərləri dünyanın ən nüfuzlu orkestralarının konsert reperturlarının ayrılmaz parçasını təşkil edir.Motsarın ömrünün qısa olmasına baxmayaraq dünya musiqi tarixinin qızıl fonduna daxil olan əsərlər yaratmışdır.Bunlardan-“Fiqaronun toyu”,”Don Juan”,”Sehrli fleyta” kimi operaları,si minor(40),do major(41) simfoniyalarını,orkestr üçün yazılmış “Serenada əsərini göstərmək olar.Motsart 41 simfoniya,33 serenada bəstələmişdir.
q-moll simfoniyası bəstəkarın yaradıcılığında mühim yer tutur.4 hissədən ibarətdir.Onun 1-ci hissəsi sonata-allegrosu formasında yazılıb.Motsart musiqi tarixinə opera janrının reformatoru kimi daxil olmuşdur.
1.Motsart operada drama deyil,musiqiyə üstünlük verir.
2.Bəstəkarın librettoya münasibəti fərqlidir.O Librettoda lakoniklik,spesifiklik qanunauyğunsuzluqlardan kənara çixmamağa tələb edir.
3.Bəstəkar hesab edirdiki müxtəlif opera janrlarında yazan bəstəkarlar, hər bir janra digər janrlara xas olan elementləri daxil etməliodir.Məsələn Onun Buffa üslubunda yazılmış “Fiqaronun toyu” operasında seriyanın elementləri daxil edilmişdir.Motsart bütün opera üslublarına müraciət etmişdir.
Seriya(ciddi) operalarından- “Mitridat”, “Lutsiy Sula”,”İdomeney”,”Titin mərhəməti”.
Zinqğpil(komik)-“Basiyen və Bastiyenna”,”Sehrli fleyta”, Buffa(komik)-“Yalançı sadəlövh qız”,”Bütün qadınlar belə edir”, “Fiqaronun toyu”-1786 ildə yazılıb.Opera Bomarşenin triloqiyasının 1ci hissəsinin sujeti əsasında yazılmışdır.Əsərin qəhrəmanı Fiqaro özünün “Kavatina” və ariyalar ilə xarakterizə olunmuşdur.
“Sehrli fleyta” operası(1791) fəlsəfi etik və humanist məzmuna malik nağıldır.Əsərin ideyası xeyrin şər üzərində qələbəsi dayaqlanır.

Rixard Vaqner (1813-1883)     Bilet №20,28,29,30.

R.Vaqner-ən görkəmli şəxsiyyətlərdən biri,cəsarətli novator,xüsusilə opera janrının təbiətini dəyişmiş bir bəstəkar kimi daxil olmuşdur.O görkəmli dirijor,ictimai xadim,musiqi tənqidcisi kimidə fəaliyyət göstərirdi.O Opera janrının islahatçısı kimi tanınır.Vaqnerin cəmi 13 operası vardır.Bunlar-“Parilər”,”Qadağan olmuş məhəbbət” və “Riyensi” operalardır.Bəstəkra bu əsərlərində ənənəvi opera quruluşundan istifadə etmişdir.Sonraki operalarını Vaqner XIX əsrin 40-cı illərində yazmışdır.Bunlardam“Kabus””ucan Hollandiyalı”(1841),”Tanqeyzer”(1845),”Loendrin”(1848)operalarıdır.Şeksprini komediyasına əsaslanmış-“Qadağan olunmuş məhəbbət”,E.Bulver-littonun romanı əsasında yazılmış “riyensi”operalarıdır.Öz opera islahatını bütünlüklə həyata keçirtdiyi operalar sırasında _”Tristan və İzolda”(1865),”Nibelunqun üzüyü” və son operası olan “Parsifal”(1882) operasını misal göstərmək olar.

 “Fransız altıları”.

Altılar qrupu 1914-18-ci illərdə 1-ci dünya müharibəsindən sonra yaranmış və 1930-cu ildə ortalarında mövcud olmuş fransız bəstəkarlar birliyidir. Bu birliyə 6 bəstəkar daxildir: Lui Dürey, Darius Minyo, Artur Oneqqer, Jorj Oriq, Fransis Pulenk və Jermen Tayfer daxildir.Bu qrup yarandığı zaman onların dostluqdan başqa heçbir niyyətləri yox idi. Bununla belə altıların birləşdirən amillərdə vardı.Bu novatorluğa olan meil, kompaozisiya prinsipi axtarışları,bəzi ümumi baxışlar idi.onlar antiromantik əhval-ruhiyyədəidilər.Açıq emosional çıxışlara qarşı idilər.

Klassicizm

Klassicizm-latınca nümunəvi deməkdir.XVII –XVIII əsrlərdə cərəyan edən üslubdur.Klassicizm inkişafında ən yüksək mərhələ Vyana Klassik məktəbinin nümayəndələri-Haydn,Motsart,Bethoven adı ilə bağlıdır.Vyana klassik məktəbi üçün səciyyəvi olan əsas forma sonata-allegro formasıdır.Bu Bəstəkarların yaradıcılığında 4 hissəli sonata-simfonik silsilənin klassik modeli formalaşır.1-ci hissə-sonata allegrosu,2-ci hissə ağır,lirik,3-hissə-menuet,4-cü hissə isə cəld templi,rondoyabənzər final.


İmpressionizm

İmpressionizm (fr. impressionisme, impression - təəssürat)- XIX əsrin 60-70-ci illərində Fransada təşəkkül tapmış incəsənət cərəyanı. Ədəbiyyatda impressionizm geniş mənada XIX əsrin son rübündə yaranmış, müxtəlif əqidə və yaradıcılıq metoduna malik yazıçıları birləşdirən üslub, məhdud mənada isə XIX əsrin sonu XX əsrin əvvəllərində dekadentliyə meyl göstərən cərəyandır. Dəqiq düşünülmüş formanın olmaması, ani təəssüratların ötəri, lakin daxili vəhdət və əlaqədə verilməsi impressionist üslubun səciyyəvi cəhətləridir. Təhkiyənin ilk təəssürat, təsadüfi detallar üzərində qurulmasına baxmayaraq, o, özünün "dolayı" həqiqəti ilə bu və ya digər hekayətə qeyri-adi parlaqlıq verir.


Romantizm.

Romantizm cərəyanı Avropa incəsənətində XVIII əsrin sonu, XİX əsrin əvvəllərində meydana gəlmiş bir cərəyandır.onun meydana gəlməsi XVIII əsrin axırlarında Fransa inqilabının nəticələrindənAvropa əhalisinin narazılığı ilə bağlı idi. Romantiklər lirik-psixoloji obrazların təsvirinə böyük önəm verir, daha çox şirin xəyallar aləminə baş vururdular.Onların yaradıcılığın-
da tənhalıq mövzusu üstünlük təşkil edir, əsərlərin böyük hissəsi avtobioqrafik xarakter daşıuır.
Romantiklər kişik instrumental pyeslərə-f-no miniatürlərinə daha çox maraq göstərmişlər.Buraya “ sözsüz mahnı” , noktürn, vals, mazurka, prelüd daxildir.Bu mənada Şopenin 24 prelüd, Şumanın “Uşaq sahnələri”, Listin “Səyahət illəri” əsərləri yada salmaq mümkündür.
kimi yozurduş Onun simfoniyalarında əsas dramıtılıji ağırlıq 1-ci və sonuncu hissəyə düşür.2-co hissə hadisələrin lirik və ya faciəvi ospektini  verir.3-cü məişət lövhəsidir.
Verizm.
İtalyanca Vero-həqiqi deməkdir.XIX əsrin sonu İtalyan ədəbiyyatı və incəsənətində meydana gəlmiş bir cərəyandır.həmçinin bu cərəyan İtalyan operalarına təsir etməyə başlayır.İtalyan Versit bəstəkarlar sadə insanların həyatını, kən məişətini təsvir etməyə başlayır.Operaların əsas qəhrəmanları kəndlilər, ticarətçilər olur.Bəstəkarlar yığcam oratoriyalardan istifadə edirlər.məs.Puççini  bu cərəyanın parlaq nümayəndələrindən biridir.

XVII əsr instrumental musiqisi.

Uzun illər instrumental musiqi 2-ci dərəcəli rol oynadığına görə həmişə vokal musiqisini müşayiət edib.XVII əsr musiqisində müxtəlif formalı solo və kollekbio səviyyəsinin yüksəldiyi nəzərə çarpır.Filarmoniya cəmiyyətləri yaranır.Bununla əlaqədar olaraq yeni koncert və sonata janrları inkişaf edir.XVII əsrin sonu XVIII əsrin 2-ci yarısına qədər orqan aləti bütün musiqi alətlərin kralı hesab edilirdi.Orqan musiqisinin yetkinləşib son dərəcə qüvvətlənərək parlaq zirvəyə çatdığı ölkə Almaniya olmuşdur.

Musiqi bir incəsənət növü kimi.

Musiqi incəsənətin bir növüdür.İncəsənət deyildikdə rəssamlıq, heykəltaraşlıq, kino, rəqs və sr.sənət başa düşülür. İncəsənət növləri-həm ümumi həmdə xüsusi olur.
Musiqi bütün bəşəriyyət tarixi boyu ictimai ideya daşımış, mədəni tərbiyəvi rol oynamiş,qüvvətli təbliğat və təşkilat vasitəsi olmuşdur.Musiqi 3 əsas sahəyə bölünür:1.Vokal-instrumental musiqi(mahnı,romans,kontata və s.)2.Teatr musiqisi-( opera, operetta, bale,kontata və sr)3. İnstrumental musiqi-(sonata, koncert,simfoniya,trio,kvartet və sr.)İntreumental musiqidə 2 hissəyə bölünür:1.Programlı-tarixi sujet əsasında yazılan musiqiyə deyilir.
2.Proqramsız-Sırf instrumental və ya simfonik orkestr üçün yazılan musiqiyə deyilir.


Yeni Vyana məktəbi.

Yeni Vyana məktəbi XX əsrin əvvəllərində meydana gəlmiş musiqi axınıdır. Şönberq və onun şagirdlərinin Vyanada formalaşan yaradıcılıq birliyidir.Yeni Vyana məktəbi XVIII əsrin 2-ci yarısı üçün universal olduğu kimi, onun yaratdığı kompozisiya prinsipləri də XX əsr musiqisinin universal qanunlarına çevrilə bilər.A.Berq, X.Eysler, A.Vebbernin adlarını çəkmək olar.Əslində Yeni Vyana məktəbi Bəstəkarlarının yaradıcılıq axtarışları bir çox görkəmli bəstəkarlar tərəfindən qəbul edilmədi və o musiqi tarixində “Yeni musiqi”-nin istiqamətlərində biri kimi tanındı.

Комментариев нет:

Отправить комментарий