суббота, 26 января 2013 г.

Azərbaycan tarixindən suallar və cavablar



BİLET 1.

1.Azərbaycanda ibtidai icma quruluşu.

Bəşər cəmiyyətinin ilkin inkişaf mərhələsi ibtidai icma quruluşu adlanır. İbtidai-icma quruluşu şərti olaraq üç dövrə ayrılır: daş dövrü, tunc dövrü, dəmir dövrü. Dünyada ən qədim insan tiplərinin qalıqları Şərqi Afrikada (Keniya, Tanzaniya) tapılmışdur. Alimlər bu qalıqlara əsasən belə müəyyən etmişlər ki, ən qədim insanlar 2-3 milyon il bundan əvvəl yaşamışlar. Azərbaycanda isə ilk insanlar 1,5 milyon il bundan əvvəl yaşamışlar. Arxeoloqlar Azərbaycan ərazisində - Qarabağ (Azıx, Tağlar, Zar, Naxçıvan (Qazma), Qazax (Daşsalahlı, Damcılı), Lerikdə (Buzeyir) qədim insanların yaşadığı məskənləri öyrənmişlər.

Daş dövrü bir neçə mərhələdən ibarət olmuşdur. Qədim daş dövrü – paleolit, orta daş dövrü – mezolit, yeni daş dövrü – neolit, mis daş dövrü – eneolit adlanır. btidai icma quruluşunun ilkin pilləsi olan Paleolit dövrü üç mərhələyə bölünür: Alt Paleolit, Orta Paleolit və Üst Paleolit. Alt Paleolit ilk insan tipinin yaranmasından başlayaraq 100 min il bundan əvvələ qədər davam etmişdir. Azərbaycan ərazisində alt paleolit mərhələsi Qarabağda Quruçay vadisində yerləşən Azıx mağarası əsasında öyrənilmişdir. Quruçay dərəsində ilk vaxtlar açıq düşərgələrdə yaşayan qədim insanlar iqlim şəraitinin dəyişməsi ilə bağlı yaxınlıqdakı Azıx mağarasına köçmüşlər. Alimlər müəyyən etmişlər ki, qədim insanlar Azıx mağarasına 1-1,2 milyon il əvvəl köçmüşlər. Bu qədim insanların yaratdığı mədəniyyət «Quruçay» mədəniyyəti adlanır. Azıx mağarasında 1968-ci ildə ibtidai insanın alt çənə sümüyünün qalığı tapılmışdır. Bu, dünyada ən qədim belə tapıntılardan biri – dördüncüsüdür. Antropoloqlar həmin ibtidai insanı Azıxantrop, yəni «Azıx adamı» adlandırmışdır.
Azıxantroplar 350-400 min il bundan əvvəl yaşamışlar.

2.Azərbaycanda xristianlığın yayılması.

Xristianlıq Azərbaycan ərazisinə yeni eranın ilk əsrlərində, hələ İsa Məsihin həvariləri dövründə Qafqaz Albaniyası vasitəsilə nüfuz etmişdir. 70-ci ildə Yerusəlimin (Qüdsün) süqutundan sonra yəhudilərin Qafqaza köçürülməsi güclənir. Gələnlər İsanın göstərdiyi möcüzələrdən danışırlar. Bu cür təbliğin təsiri altında bölgədə ilk xristian icmaları yaranır. Azərbaycanda xristianlıq özünün pravoslavlıq, katoliklik və protestantlıq qolları, habelə müxtəlif sektant icmaları ilə təmsil olunmuşdur. Dövlət qeydiyyatında 5 erməni-qriqorian icması vardır.
Pravoslavlıq Azərbaycana XIX əsrin əvvəllərindən etibarən rus çarizminin bölgədə yeritdiyi "köçürmə siyasəti" çərçivəsində nüfuz etməyə başlamışdır. Bakıda ilk pravoslav kilsəsi 1815-ci ildə fəaliyyətə başlamışdır.
Katolisizm. Bakıda ilk Roma-katolik prixodu XIX əsrin 50-ci illərində rus ordusu tərəfindən hərbçi katoliklərin Qafqaza sürgün edilməsi ilə əlaqədar olaraq yaradılmışdır.
Baptizm. İncilçi-lüteran kilsəsinin ardıcılları Bakıya hələ XIX əsrin ikinci yarısında neft yataqlarının istismarında iştirak edən alman sənayeçiləri sırasında gəlmişlər. 

3.Çar Rusiyasının Şimali Azərbaycanı işğal etməsinin 1-ci mərhələsi (Gülüstan sülhü).
1785-ci ildə Tehranı paytaxta çevirən Ağa Məhəmməd şah Qacar Şimali Azərbaycan torpaqlarını da ələ keçirməyə çalışırdı. 1795-ci ildə Ağa Məhəmməd şah Qacarın qüvvələri üç istiqamətdə Şimali Azərbaycana hücum etdi. Bu qüvvələr Şuşa şəhərini mühasirəyə aldı. Şuşanı ala bilməyən Ağa Məhəmməd şah Qacar Tiflisə doğru hərəkət edərək şəhəri ələ keçirdi. Onun bu addımı Rusiyanı narahat etdi.
II Yekaterinanın 16 noyabr 1795-ci il fərmanı əslində Şimali Azərbaycanın işğal edilməsinin başlanması demək idi. 1796-cı ildə ruslar və gürcülərin birləşmiş qüvvələri Gəncəni mühasirəyə aldılar.1796-ci il aprelin 18-də V.Zubov Şimali Azərbaycana yürüşə başladı. Rus ordusu Dərbəndi, Qubanı və Bakını işğal etdi. 1796-cı il oktyabrın 21-də Gəncə ruslar tərəfindən istila edildi.1801-ci il sentyabrın 12-də Şərqi Gürcüstanın Rusiyaya birləşdirilməsi haqqında manifest imzalandı. Şərqi Gürcüstanla birlikdə Borçalı, Pəmbək, Qazax və Şəmşəddil də Rusiyaya birləşdirildi. Beləliklə, Azərbaycan torpaqlarının işğalı başlandı.1802-ci ildə Quba, Dərbənd və Lənkəran xanlıqlarının iştirakı ilə Georgiyevski müqaviləsi bağlandı. Müqaviləyə əsasən tərəflər İran hücuma keçərsə birgə mübarizə aparmaq öhdəliyi götürdülər. Müqavi-lədə Cənubi Qafqazda rus tacirlərinin təhlükəsizliyinin təmin edilməsi də öz əksini tapırdı.


4.Güney Azərbaycanda Milli demokratik hərəkat(1945-46).

Güney Azərbaycanda ötən əsrdə 21 Azər inqilabına qədər Xiyabaninin, Səttar xanın rəhbərlik etdiyi böyük xalq hərəkatları olub. Hər üç hərakatın sonu qan ilə nəticələnib, yəni soydaşlarımızın haqqları xain və 3-cü tərəfin müdaxiləsi ilə əllərindən alınb. 1946-cı il sentyabr ayından – yeni tədris ilindən başlayaraq, bütün məktəblərdə dərslər ana dilində – Azərbaycan türkcəsində aparılmalı idi və bu işin uğurlu şəkildə həyata keçirilməsi Milli hökümətin mədəni islahatları içərisində önəmli yerlərdən birini tuturdu. Güney Azərbaycan Milli Höküməti dövründə aparılan mədəni islahatların mühüm bir qanadını ana dilli mətbu orqanların nəşr edilməsi idi. 1945-1946-cı illərdə Güney Azərbaycanda müxtəlif mətbuat orqanları – “Vətən yolunda”, “Azərbaycan”, “Fəryad”, “Azad millət”, “Qələbə”, “Yeni Şərq”, “Maarif”, “Demokrat”, “Fəlahət” (Təbriz), “Cövdət” (Ərdəbil), “Urmiyyə”, “Qızıl əsgər” (Urmiyə), “Vətən” (Miyana) qəzet, jurnal və məcmuələr nəşr olunmuş, bu mətbuatın səhifələrində ölkənin ictimai-siyasi və ədəbi-kulturoloji həyatı təcəssümünü tapmışdı. Güney Azərbaycan işğalının ardından minlərcə Azərbaycan türkü qətl edildi və sürgünə göndərildi.

5.Azərbaycan mədəniyyəti və Heydər Əliyev.

Mədəniyyət hər bir xalqın mənəvi dünyasının, milli mövcudluğunun əsas atributlarından biridir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra hər sahədə olduğu kimi, mədəniyyət sahəsinə də böyük işlər görülmüşdür. Mədəni irsimizin qorunub saxlanmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində, dünya miqyasında şöhrət tapmasında böyük şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin əvəzsiz xidmətləri var. Ədəbiyyat, teatr, kino, musiqi, rəssamlıq və bir çox başqa sahələrdəki inkişaf və tərəqqi ilk əvvəl Azərbaycan dövlətinin, onun rəhbəri Heydər Əliyevin diqqət və qayğısının nəticəsində mümkün olmuşdur. Ümummilli liderin həmişə söylədiyi-“yüksək mədəniyyətə malik olan xalq həmişə inkişaf edəcək”- fikri hamının dilinin əzbəri və əməli fəaliyyətinin əsas xətti olmuşdur.
1994-cü ildə Heydər Əliyevin sərəncamı ilə böyük Azərbaycan şairi M.Füzulinin 500 illik yubileyi təntənə ilə qeyd edildi. Böyük Azərbaycan şairinin qardaş Türkiyədə yubiley şənlikləri keçirildi. Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun, ilk Konstitusiyasının, Avropa Şurasının tamhüquqlu üzv qəbul olunmasının təşkilatçısı Heydər Əliyevdir.


BİLET 2.

6.Azərbaycanda ən qədim tayfa ittifaqlarının yaranması.

  • Tayfa birlikləri E. ə. III - II minilliklərdə Urmiya gölü ətrafında lullubi, kuti, su(sub) və  turukki tayfaları və Mil - Qarabağ ərazisində isə naxç və gərgər tayfaları yaşayırdı. Dəmir dövründə Azərbaycan tayfaları Assuriya ilə sıx əlaqə saxlayırdılar. Bunu sübut edən tapıntılar:şirli gil qablar; mohürlər,silahlarş
  • Azərbaycanda yaşayan tayfalar haqqında ilk yazılı məlumat şumer dastanlarında və mixi yazılarda verilir. E.ə. II minillikdə Azərbaycan tayfaları olan turukkilər, lullubilər və subirlər(şubarlar) Assuriyanın işğalçı siyasətinə qarşı mübarizə aparırdılar.

Aratta dövlət qurumu e. ə. III minillikdə Urmiya gölünün cənub-şərqində meydana gəlmişdir. Aratta Azərbaycan ərazisində yaranmış ilk dövlət qurumu idi. Aratta ölkəsini en və yaxud ensi adlanan türk mənşəli hökmdar idarə edirdi. Aratta hökmdarı hərbi məsələləri həll etmək üçün şura çağırırdı. Lakin yekun qərarı özü verirdi. Arattalılar:
  • Türk mənşəli idilər;
  • İlahə Inannaya və digər  şumer allahlarına sitayiş edirdilər;
  • Çoxallahlı idilər və dini idarələrə maşmaş adlanan kahinlər rəhbər lik edirdilər;
  • Uruk şəhər-dövləti ilə də mübarizə aparırdılar;
  • Şumer şəhər dövlətləri ilə mübarizə aparırdılar (Bu barədə “En-Merkar və Aratta hökmdarı” dastanında məlumat ve-rilmişdir).
Lullubi tayfa ittifaqı e. ə. III minilliyin II yarısında Urmiya gölünün cənubunda meydana gəlmişdir. E.ə. XXIII əsrdə Lullubi tayfa birliyi dövlət qurumuna çevrildi. Lullubilər:
  • Mesopotamiya ilə ticarət əlaqələri saxlayır və mal mübadiləsi edirdilər;
  • Assuriyanın Nuzi şəhərində məskunlaşmışdılar;
  • Hürri və hetlərin ordusunda və dövlət idarəçiliyində xidmət edirdilər;
  • Döyüş məharətləri ilə qonşu tayfalar arasında qorxu yaradırdılar;
  • Mesopotamiyada ağalıq uğrunda mübarizə aparırdılar;
  • Akkad işğallarının qarşısını almaq üçün hərbi ittifaqlar yaratmışdılar;
  • III Ur Şumer sülaləsinin hücumuna məruz qalmışdılar.
Lullubi dövləti Anubaninin dövründə xeyli qüvvətləndi. Onun hakimiyyəti illərində Urmiya gölünün cənub və cənub - şərq bölgələri ələ keçirildi. Anubaninin qələbələri və uğurları “Daş sütun” üzərində həkk olunmuşdur.
Kuti dövlət qurumu e. ə. III minilliyin II yarısında  Urmiya gölündən qərbdə və cənub -qərbdə meydana gəlmişdir. Türk mənşəli kutilər Mesopotamiyada baş verən hadisələrə qarışır və  Akkad dövləti ilə hərbi münaqişələrə girirdilər.   E. ə. XXII əsrin əvvəllərində kutilər Mesopotamiyaya hücum edərək Akkad dövlətini süquta uğratdılar. Bununla da kutilərin Mesopotamiyadakı 100 ilə yaxın hakimiyyəti başladı. Onların hakimiyyəti illərində Mesopotamiyada:
  • şumerlərin və akkadların idarə sistemi saxlanıldı;
  • Canişinlik sistemi saxlanıldı;
  • şəhərlərarası toqquşmalara son qoyuldu;
  • Sökülmüş məbədlər bərpa edildi;
  • Ənənəvi məbəd tikintisi davam etdirildi;
  • Ticarət yollarında əmin-amanlıq yarandı.
7.Antik müəlliflər Atropatena haqqında.

Antik müəlliflər Atropatenada Fraata şəhərini qeyd edirlər (Plutarxda Fraata, Dion Kassidə Praaspa kimidir). Araşdırmalar nəticəsində məlum olmuşdur ki, düzü Fraatadır, çünki çox sonra IX əsr ərəb müəllifi Bəlazuri bu adı Afrahrud kimi yazmışdır. Əslində bu ad Fratay, dəqiqi Fraçaydır. Əfrahrud Fraatay adının sonundakı tay (çay) sözü farsca rud – çay sözü ilə əvəz edilməsidir. Həmin çay indi Urmiya gölünə tökülən Sofiçaydır, qədim Fraata da bu çayın kənarında yerləşirdi. Deməli, Fraata (əsli Fraatay) Fraaçaydır. Türk dillərində t-ç əvəzlənməsi vardır.. Çayın təmiz, içməyə yararlı adlandırılması onunla əlaqədardır ki, həqiqətən də Urmiyaya tökülən Acıçaya (farsca Təlhərud) nisbətən Cağatu şirinsuludur, içməli sudur.
Astabeke – Türkcə ast – aşağı tərəf, alt tərəf və tapan – dağ ətəyi  sözlərindəndir. Hazırda Cənubi Azərbaycanın Qaradağ mahalında, Araz çayının sağ sahilində türk azərbaycanlıların yaşadığı Uştibin kəndinin adıdır.
Azərbad – IX əsrin əvvəllərində bir yaşayış məntəqəsinin adıdır. Azar formasında ilk dəfə Ptolemey tərəfindən qeyd olunmuşdur [. Türkcə ozar – əks tərəfdə yerləşən (Araz çayının sağ sahilində yerləşdiyini ifadə edir) mənasındadır. Türkcə ozar – o biri sahildə yerləşən  və məskən mənasında bad sözlərindən.

8.Quba Xanlığı.
Quba xanlığının banisi Hüseynəli xan (1726-1758-ci il ) olmuşdur.  Hüseynəli xan 1726-cı ildə Rusiya tərəfindən Quba ərazisinin hakimi təyin edilmişdi. Nadir şah Hüseynəli xanı zəiflətmək üçün  Salyan nahiyəsini ondan ayırdı. Hüseynəli xan 1735-ci ildə əyalətin mərkəzini Xudatdan Qubaya köçürdü. Nadir şahın ölümündən sonra Hüseynəli xan Quba xanlığının müstəqilliyini möhkəmləndirərək, 1756-cı ildə Salyan nahiyəsini yenidən Quba xanlığına birləşdirdi.
Fətəli xanın dövrü (1758-1789)
Fətəli xana aiddir:
  • Dərbəndin Quba xanlığına birləşdirilməsi (1759-cu il);
  • Vergi islahatlarının keçirilməsi (islahata əsasən vergilər kənd-xudalar tərəfindən toplanmalı idi);
  • Cavad xanlığının Quba xanlığına birləşdirilməsi (1768-ci il);
  • “Nigah diplomatiyası” vasitəsilə Bakı xanlığının birləşdirilməsi (1767-ci ildə);
  • Köçürmə siyasətinin aparılması (xanlığın əhalisini artırmaq məqsədi ilə Cənubi Azərbaycandan əhali köçürməklə yanaşı, xanlığın sərhədlərini qorumaq üçün Şahsevən tayfalarını Qubaya köçürür. Fətəli xan eyni zamanda Şirvan ərazisində özünə dayaq yaratmaq üçün Dərbənd əhalisinin bir hissəsini buraya köçürdü);
  • Bir sıra mükəlləfiyyətlərin xan yasavulları vasitəsi ilə keçi-rilməsi qaydasının qoyulması (hakimlərin özbaşınalığını azaltmaq üçün);
  • Şimal-şərq Azərbaycan torpaqlarının birləşdirilməsi;
  • Şəki, Qarabağ və Avar hakimlərinin birləşmiş qüvvələrinin məğlub edilməsi (1773-cü il);
1789-cu ildə Fətəli xanın ölümündən sonra hakimiyyətə Əhməd xan gəldi. Əhməd xanın hakimiyyəti illərində (1789-1791) Quba xanlığının bütövlüyünü qorumaq mümkün olmadı. Şeyxəli xanın hakimiyyəti illərində (1791-1810) Şəki, Bakı və Şamaxı xanlıqları Quba xanlığının tabeliyindən çıxdı. 1803-cü ildə Şeyxəli xan Dərbəndi yenidən Quba xanlığına birləşdirdi. Lakin Rusiyanın yeni işğallarının başlaması Şeyxəli xana Quba xanlığını möhkəmlədirməyə imkan vermədi. 1806-cı ildə Dərbəndi ələ keçirən ruslar, həmin ilin oktyabr ayında Quba xanlığını da istila etdilər. Şeyxəli xan dağlara çəkilərək öz mübarizəsini davam etdirdi.
Quba xanlığını istila edən ruslar yerli bəylərdən ibarət əyalət şurası qurdular. Keçmiş Bakı xanı II Mirzə Məhəmməd xan bu şuranın sədri təyin edilmişdi. Lakin real hakimiyyətə malik olan rus əsgərlərinin özbaşınalıq etməsi 1810-cu ildə üsyana səbəb oldu. Üsyanı yatıran ruslar əyalət şurasını ləğv edərək Quba xanlığının varlığına son qoydular.
9.Azərbaycanda kapitalist sənayesinin inkişafı.
XIX əsrin 50-60-cı illəri Şimali Azərbaycanda iqtisadi irəliləyiş, kapitalist münasibətlərinin təşəkkülü, fabrik və zavod tipli müəssisələrin meydana gəlməsi dövrüdür. 50-60-cı illərdə Azərbaycanda buxar qurğusu və muzdlu əməyin tətbiqinə əsaslanan iri fabrik istehsalı meydana çıxır. Bu dövrdə ölkəmizdə kapitalistcəsinə inkişaf edən əsas sənaye sahələri neft emalı, mis istehsalı, ipəksarıma sənaye sahələri olmuşdur. Azərbaycan iqtisadiyyatının aparıcı sahəsi əlbəttə kənd təsərrüfatı idi. Lakin kənd təsərrüfatında kapitalist münasibətləri sənayeyə nisbətən gec inkişaf edirdi.
XIX əsrin 50-60-cı illərində iqtisadi irəliləyiş Azərbaycan iqtisadiyyatının bütün sahələrində, istər kənd təsərrüfatında, istərsə də sənayedə özünü göstərirdi. Burada bir məsələni xüsusilə qeyd etmək lazımdır ki, 50-60-cı illərdə Azərbaycan Rusiya imperiyasının müstəmləkəsi idi. Odur ki, ölkənin iqtisadi durumu Rusiyanın yeritdiyi iqtisadi və sosial siyasətdən çox asılı idi. Tarixi ədəbiyyatda belə bir fıkir hökmrandır ki, Rusiyanın Qafqazı «iqtisadi fəthi» siyasi fəthindən sonra başlanıb, «iqtisadi fəth» məhz bu dövrə düşür. 
Azərbaycanda kapitalistcəsinə inkişaf edən əsas sahələrdən ən əsası neft emalı sənayesi idi. Bu sahənin inkişafına kapital qoyuluşu 1859-cu ildən başlanır. Rus sənayeçilərindən Kokorev və Qubonin 1859-cu ildə Bakı yaxınlığındakı Şuraxanı kəndində böyük neft emalı zavodunu işə sala bilmişdilər. Zavodun inşasına Almaniyadan dəvət edilmiş Moldanqauer adlı mühəndis rəhbərlik edirdi. Bu dövrdə Bakıda xam neftin qiyməti çox yüksək idi. Belə ki, 1 pud neft 30-40 qəpik idi. Bundan əlavə neftin mədəndən zavoda arabalarda daşınması da 15 qəpik əlavə xərc tələb edirdi. Odur ki, zavod sahibləri xammal kimi baha olan xam neftindən deyil, nisbətən daha ucuz olan xammaldan - qırdan istifadə etməyi qərarlaşdırmışdılar. XIX əsrin 50-ci illərində Azərbaycanın qərbində Gədəbəy-Daşkəsən zonasında mis-mədən sənayesi inkişaf edirdi. 1855-ci ildə Gədəbəydə türk təbəələri olan yunan X.Kıryakov və Q.Mexov əsasən əl əməyinə əsalanan kiçik bir zavodu işə saldılar. Burada ildə 1200 pud mis isthesal olunurdu. imali Azərbaycanda kapitalistcəsinə inkişaf edən xalq təsərrüfatı sahələrindən biri də ipəksarıma sənayesi idi. Moskva sənayeçilərindən Alekseyev və Voronin qardaşları «Yoldaşlıq» təşkil edərək 1860-1861-ci ildə Nuxada ipəksarıma fabriki tikdirdilər. Bu fabrik sahiblərinə 60 min manata başa gəlmişdi.
10.1905-1907-ci illərdə Çarizmin Azərbaycanda milli qırğın siyasəti.
XX yüzilliyin əvvəllərində Rusiya imperiyası dərin hərbi-siyasi və iqtisadi böhrandan xilas olmaq üçün islahatlar dövrünə qədəm qoyduqda böyük xeyriyyəçi H.Z.Tağıyev tərəfindən himayə olunan Azərbaycan ziyalıları hələ 1905-ci ildən başlayaraq, bütün başqa tələblərlə bərabər, ölkənin türk-müsəlman əhalisinin imperiyanın mərkəzi hakimiyyət orqanlarında təmsil olunmasını, yerli idarəçiliyə və məhkəmə orqanlarında fəaliyyətə cəlb olunmasını tələb edir, bu sahədə ayrı-seçkiliyin, məhdudiyyətin aradan qaldırılması uğrunda mübarizə aparırdılar.
Görkəmli hüquqşünas Əlimərdan bəy Topçubaşov, Şəmsi Əsədullayev, Əhməd bəy Ağayev, Ədil xan Ziyadxanov, Əli bəy Hüseynzadə və bir çox digər milli ruhlu Azərbaycan ziyalıları bu hərəkatın önündə gedirdilər.
Şimali Azərbaycan çarizmə qarşı öz azadlığı uğrunda ayağa qalxan bütün məzlum şərq xalqlarının mübarizə simvoluna çevrilmişdi. Heç də təsadüfi deyil ki, Rusiya imperiyasının bütün türk-müsəlman əhalisini çarizmə qarşı birləşdirmək və bu məqsədlə vahid siyasi təşkilat yaratmaq ideyası da məhz Azərbaycanda doğulmuşdu.
1905-ci ildə ümumrusiya müsəlmanlarının Nijni-Novqorodda keçirilmiş I qurultayında "Rusiya imperiyasında türklərin vəziyyəti və problemləri"nə həsr olunmuş əsas məruzə ilə məhz Azərbaycanın nümayəndəsi Əlimərdan bəy Topçubaşov çıxış etmişdi. Yeni yaradılmış Ümumrusiya Müsəlmanları İttifaqının ("İttifaqi-Müslimin") Nizamnamə və Proqramının yazılmasında da azərbaycanlı nümayəndələr fəal iştirak etmişdilər.
Bilet 3
11.Atropatena dövlətinin yaranması və onun fəaliyyəti.


 E. ə. IV əsrdə müstəqil Atropatena dövləti yarandı.
 Atropatena dövləti indiki Cənubi Azərbaycan və Azərbaycan Respublikasının bəzi cənub rayonlarını əhatə edirdi.Dövlətin paytaxtı Qazaka şəhəri idi. Antik müəlliflərin verdiyi məlumata əsasən Atropatena ərazisində  müqlər, kaspilər və kadusilər yaşamışdır.Atropatenanın qonşuluğunda isə Selevkilər, Roma, Albaniya və Parfiya  dövlətləri yerləşirdi. Selevkilər dövləti e. ə. 223-cü ildə Atropatenanı işğal etsə də, 190-cı il Maqnezi döyüşündən sonra Atropatena yenidən müstəqil oldu.  Roma Maqnezi qələbəsindən sonra Atropatenaya öz təsirlərini gücləndirdi.Roma təhlükəsinin artması nəticəsində e.ə II əsrdə Atropatena ve Parfiya biri-biri ilə yaxınlaşdılar. E.ə. 53-cü ildə Atropatenanın müttəfiqi olan Parfiya Roma ordusunu məğlub etdi. Buna baxmayaraq, e.ə. 38-ci ildə  Parfiya ordusunu məğlub edən Roma ordusu Antoninin rəhbərliyi ilə Atropatenanın Fraaspa şəhərinə hücum etdi.Şəhərin müdafiyəsinin yaxşı təşkil olunması nəticəsində Roma ordusu geri çəkilmək məcburiyyəti qarşısında qaldı. E.ə. I əsrin 30-cu illərindən başlayaraq Atropatena ilə Parfiya arasında münasibətlər pozulmağa başladı. Məhz buna görə də Atropatena dövləti Romaya meil göstərməyə başladı.E.ə. I əsrin 20-ci ilində Atropatenada hakimiyyətə II Ariobarzan gəldi.On ilə yaxın Romada yaşayan II Ari-obarzan Romanın köməyi ilə öz hakimiyyətini möhkəmləndirdi.Parfiya e.ə. II əsrin II yarısından başlayaraq  Roma ilə Ön Asiya uğrunda mübarizəyə başladı.Atropatena Romaya qarşı mübarizədə Parfiyanın müttəfiqi olmasına baxmayaraq b.e. 20-ci ilində  Parfiya Arşakilər sülaləsi  tərəfindən işğal olundu.
 Mədəniyyət
  •  Atropatena mədəniyyətinə aiddir:
  •  Kerifto abidəsi;
  •  Zərdüştlük; 
  •  Yunan pullarından istifadə;
  •  Qazaka məbədi;
  •  Yunan allahlarına sitayiş;
  •  Yunan yazılarından istifadə.
12. 1 Şah Abbasən islahatları və onun nəticələri.
Məhəmməd Xudabəndənin hakimiyyəti illərində Səfəvi dövlətində daxili çəkişmələr xeyli gücləndi. Bundan istifadə edən Osmanlı dövləti 1586-1589-cu illərdə bütün Azərbaycan torpaqlarını ələ keçirdi. Mərkəzi hakimiyyətin zəifləməsindən istifadə edən qızılbaş əyanları öz namizədlərini hakimiyyətə gətirməyə çalışırdılar. 1587-ci ildə Xorasan qrupu tərəfindən Qəzvində Məhəmməd Mirzənin oğlu      I Abbas hakimiyyətə gətirildi. Onun hakimiyyətə gəldiyi dövrdə:
  • Səfəvi dövlətinin əvvəlki qüdrətini bərpa etmək;
  • Şeybaniləri məğlub edərək Xorasanı geri qaytarmaq;
  • İran körfəzində portuqalların ağalığına son qoyaraq Səfəvi dövlətinin Hind okeanına çıxışını təmin etmək;
  • 1578-1590-cı illərdə Osmanlı tərəfindən işğal edilmiş Səfəvi torpaqlarını geri qaytarmaq.
Hərbi islahat
Şah I Abbasın hərbi islahatına əsasən:
  • Qızılbaşların təkbaşına silah gəzdirmək hüquqları ləğv edildi;
  • Tayfa başçılığında irsilik ləğv olundu;
  • Ordu tayfa müxtəlifliyi əsasında təşkil olunmağa başladı;
  • Qızılbaşlardan, qulamlardan, tüfəngçilərdən və artilleriyadan ibarət müxtəlif dərəcəli qoşun növləri yaradıldı;
  • Odlu silahla təchiz edilmiş 44 min nəfərlik güclü nizami ordu yaradıldı;
  • Azərbaycan türklərindən ibarət qızılbaş süvari dəstələri yenidən bərpa edildi;
  • Hərbi-köçəri qızılbaş əyanlarının müqaviməti qırıldı.
İslahatların yekunu:
  • Səfəvi dövlətinin daxilində siyasi sabitlik bərpa edildi;
  • Məhsuldar qüvvələr canlandı;
  • Səfəvi dövləti sosial-iqtisadi və siyasi cəhətdən möhkəmləndi;
  • Bəzi qızılbaş əyanlarının nüfuzu sarsıldı;
  • Səfəvi dövlətinin keçmiş qüdrəti bərpa edildi;
13.Azərbaycanda burjua cəmiyyətinin təşəkkülü və sinfi mübarizə.

Azərbaycan burjuaziyasının XIX yüzilliyin ikinci yarısında başlamış təşəkkül prosesi XX yüzilliyin əvvəllərində də davam etmişdi. Böyük sənaye mərkəzinə çevrilmiş Bakı şəhəri Azərbaycan burjuaziyasının təşəkkül tapdığı ən mühum mərkəz idi. Ən güclü dəstəsi məhz bu şəhərdə cəmləşmiş Azərbaycan burjuaziyası müstəmləkə vəziyyətində olan ölkənin iqtisadi inkişafının xüsusiyyətləri ilə əlaqədar olaraq öz təşəkkülünün lap başlanğıcından çoxmillətli olmuşdur. Çünki neft sənayesinin kapitalist inkişafının ilk illərindən erməni kapitalı burada üstünlük qazanmış, daha sonra isə bu sənaye sahəsinə rus kapitalı axıb gəlmişdir. Ticarət sahəsində də erməni və rus kapitalının rolu az deyildi.  Ancaq Azərbaycan milli burjuaziyası nümayəndələri arasında çox varlı, sənaye və ticarətdə yüksək xüsusi çəkili kapitalistlər də var idi. Onlardan bu gün böyük ehtiram və sonsuz hörmətlə yad edilən, öz kapitalını, eyni zamanda, xalqın maariflənməsinə  və xeyriyyə işlərinə sərf edən Hacı Zeynalabdinin adını çəkmək olar. Bənna şagirdi işləyə-işləyə öz fərasəti, əməksevərliyi ilə müəyyən məbləğ yığaraq 1872-ci ildə neft verən torpaqlar müzaidə ilə uzunmüddətli icarəyə verilən vaxt bir erməni kapitalisti ilə şərikli neftverən torpaq sahəsi içarəyə götürmüş H.Z.Tağıyev neft buruğunun fəvvarə vurması naticəsində varlanmış, XIX yüzilliyin sonunda Bakının ən böyük milyonçularından birinə çevrilmişdi.
14.ADR-in süqutu və onun səbəbləri.
Azərbaycan Xalq Cümhuriyyətinin demokratik daxili siyasətindən sui-istifadə edən bolşeviklər milli Azərbaycan dövlətçiliyini məhv etməyə çalışırdılar. "Azərbaycan tarixi" kitabında A.H.Balayev yazır ki, bolşeviklər Azərbaycanın daxilində də təxribatçılıq fəaliyyətlərini gücləndirirdilər. ADR-in mövcud olduğu bütün dövr ərzində Azərbaycanın istiqlaliyyətinə qarşı düşmənçilik mövqeyindən əl çəkməyən bolşeviklər iki dəfə 1918-ci ilin dekabrında və 1919-cu ilin mayında Bakıda siyasi tətillər təşkil etməyə cəhd göstərdilər. Bu tətillər siyasi xarakter daşıyıb, Azərbaycanın dövlət müstəqilliyi əleyhinə yönəldilmişdi. Lakin azərbaycanlı fəhlələrin həmin tətilləri boykot etməsi nəticəsində onlar tam iflasa uğradılar. Yalnız bu uğursuzluqlardan sonra bolşeviklər tələm-tələsik Azərbaycanda yeritdikləri siyasətdə dəyişikliklər etməyə başladılar.
RK(b)P-nin yerli təşkilatı kimi azərbaycanlılar arasında nüfuz qazanmağın qeyri-mümkünlüyünü dərk edən Bakı bolşevikləri gözdən pərdə asmaq məqsədilə "müstəqil" Azərbaycan Kommunist Partiyasının yaradılması ideyasını irəli sürdülər. Əslində, bu dəyişiklik kosmetik xarakter daşıyırdı. Ə.Qarayevin etiraf etdiyi kimi, söhbət yalnız formal "partiya"dan gedirdi, çünki bu "partiya" RK(b)P-nin yerli təşkilatı olaraq qalmaqla, bolşeviklər partiyası rəhbər orqanlarının və RK(b)P Qafqaz Ölkə Komitəsinin bütün qərarlarını yerinə yetirməyə borclu idi. Lakin Azərbaycan bolşeviklərinin bu cəsarətsiz təşəbbüsünü belə RK(b)P Qafqaz Ölkə Komitəsi millətçilik təzahürü hesab edərək, 1919-cu ilin avqustunda keçirilmiş plenumunda rədd etdi. Yalnız uzun sürən mübahisələrdən sonra RK(b)P Siyasi Bürosu 1920-ci il yanvarın 3-də "müstəqil" Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının yaradılmasına icazə verdi və fevralın 11-12-də AK(b)P-nin təsis qurultayı keçirildi.

15.Xocalı Faciəsi.Şuşa və Laçının erməni işğalcıları tərəfindən tutulması.

Xocalı soyqırımı  1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırım.
Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur.
Bilet 4.

16.Azərbaycanda qədim insan məskənləri.
1,8 milyon il bundan əvvəl
Ölkəmizin ərazisində aparılan arxeoloji tədqiqatlar zamanı ilk sakinlərin yaşağış məskənlərinə aid zəngin maddi mədəniyyət nümunələri aşkar olunmuşdur. Bu fakt Azərbaycan ərazisinin insanın formalaşdığı məskənlər siyahısına daxil olunması üçün zəmin yaratmışdır. Azərbaycan ərazisində hazırda ilk ibtidai insanların 1,7-1,8 milyon il bundan öncədən yaşamağa başlaması haqqında qədim arxeoloji və paleontoloji materiallar tapılmışdır.
Azərbaycan ərazisində onun zəngin tarixi keçmişini əks etdirən  müxtəlif maddi mədəniyyət abidələri qalmışdır. Onların öyrənilməsi ilə Azərbaycanın yüksək mədəni irsə malik qədim mərkəzlərdən biri olması dəlillərlə sübuta yetirilmişdir. Uzun zaman kəsiyində bu mədəni irs sabit ənənələrə və varisliyə əsa 1960-cı ilin yay mövsümündə Qarabağın Quruçay və Köndələnçay vadilərində Azərbaycan Elmlər Akademiyası Tarix institutunun Paleolit arxeoloji ekspedisiyası M.M.Hüseynovun rəhbərliyi altında aparılan arxeoloji kəşfiyyat işləri zamanı Azıx və Tağlar mağara düşərgələrini qeydə almışdır.
Aparılan elmi tədqiqatlar zamanı məlum olmuşdur ki, Qarabağın dağlıq ərazisində karst mağaraları mövcuddur. Lakin hələlik bu diyarda ən zəngin maddi mədəniyyət nümunələrinə malik arxeoloji tapıntılar Azıx və Tağlar mağaralarında qeydə alınmışdır və Iran Azərbaycanının Qızıl Özən çay kanarında tapılan daş dirəklərinin 800 min ildən çox yaşı var.
17.Toxtamış və Teymurun Azərbaycana yürüşləri.
1386-cı ildə daha ağır hadisələr baş verir. Baharda Əmir Teymurun hücumu başlayır. Teymurun «üçillik yürüşü» adlanan bu səfərdə Təbriz tutulur, Cəlairi əmirlərinin əsas hissəsi Bağdada, bir qismi  Əlincə qalasına gedir. Teymur payızda Naxçıvana  hücum edir. Xalq  Şeyx Həsənin başçılığı ilə mübarizəyə qalxır. Tey­mur onların müqavimətini qırır və Əlincə qalasını mühasirəyə alır. Çox keçmir qalada su qıtlığı yaranır. Qalanın müdafiəçiləri Teymurla danışıqlar aparır və onu təslim etmək istədiklərini bildirirlər. Buna əmin olan Teymur qoşunu qalanın ətəyinə endirir. Lakin müdafiəçilər qaladan çıxmamış güclü yağış yağır və bol su ehtiyatı yaranır. Müdafiəçilər vəziyyəti belə görüb Əlincəni təslim etmək fikrindən daşınırlar. 1387-ci ilin əvvəllərində Toxtamış xanın dəstələri yenidən Dərbənddən keçərək Azərbaycana daxil olur. Kür çayına qədər irəliləyir.  Lakin Teymurun oğlu Miranşahın başçılıq etdiyi ordu burada onu dayandırır. Toxtamış məğlub olur və geri çəkilir.  Həmin ildə Teymur Toxtamışın Buxara və Səmərqəndə hücumu ilə əlaqədar Azərbaycanı tərk edir.  O, Azərbaycanın idarəsini qəddarlığı ilə xalq arasında «Maranşah»-yəni «İlanlar şahı» adlandırılan Miranşaha tapşırır.  1392-ci ildə Teymur ikinci dəfə Azərbaycana hücum edərək Təbrizə daxil olur. 1392-ci ildə Toxtamış yenidən Azərbaycana hücum edir. Buna cavab olaraq, 1395-ci ildə Teymur Dərbənddən Qızıl Ordu üzərinə yürüş edir. Terek çayı sahilindəki döyüşdə rəqibinə güclü zərbə vurur və Səmərqəndə qayıdır. Bu müddət ərzində Əlincə qalasının mühasirəsi davam edir.Teymurilər Əlincədən başqa bütün Azərbaycanı özlərinə tabe edirlər. Lakin Cənubi Qafqazın, o cümlədən Azərbaycanın yerli feodalları mübarizəni davam etdirirlər. Bu  mübarizənin əsas dayağı da Əlincə qalası olur. Qalanın müdafi­əçiləri ilə birləşən Şəki və gürcü feodalları Teyumrilərə qarşı vuruşur, hətta qalib də gəlirlər.
18.Azərbaycanın Rusiya ilə İran arasında bölüşdürülməsinin başa çatması.Türkmənçay müqaviləsi.
XIX əsrin əvvəlində Qacarlar monarxiyasının hakim olduğu İranla Cənubi Qafqazı işğal etməyə çalışan çar Rusiyası arasında yeni müharibələr dövrü başlandı.
Azərbaycan iki böyük dövlət arasında qanlı müharibələr meydanına çevrildi. Rusiya tərəfindən ərazi vədləri ilə şirnikləndirilərək hərbi əməliyyatlara başçılıq edən erməni və gürcü mənşəli generallar əllərinə düşmüş fürsətdən istifadə edərək Azərbaycanın dinc əhalisinə qarşı dəhşətli soyqırımları törətdilər.
Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinə əsasən Azərbaycan Araz çayında boyunca iki dövlət arasında bölüşdürüldü: Şimali Azərbaycan Rusiyaya, Cənubi Azərbaycan isə qacarların idarə etdiyi İran şahlığına qatıldı.
Azərbaycanın bundan sonrakı tarixində yeni siyasi-coğrafi anlayışlar meydana gəldi: "Şimali Azərbaycan" (və ya "Rusiya Azərbaycanı") və "Cənubi Azərbaycan" (və ya "İran Azərbaycanı").
Geridə qalmış Iran şahlıq rejiminin hakimiyyəti altına düşmüş Cənubi Azərbaycandan fərqli olaraq, Şimali Azərbaycan Rusiyanın və onun vasitəsilə bütün Qərbi Avropanın nisbətən qabaqcıl mədəni-iqtisadi inkişaf məcrasına daxil oldu. Azərbaycan xalqının şimalda ruslaşdırılması, cənubda isə farslaşdırılması dövrü başlandı.
Türkiyə ilə həmsərhəd olan Qərbi Azərbaycan torpaqlarında - keçmiş İrəvan, Naxçıvan xanlıqlarının ərazisində süni surətdə və xüsusi məqsədlə "Erməni vilayəti" yaradıldı. Bununla, Azərbaycan torpaqlarında gələcək erməni dövlətinin əsası qoyuldu.
Beləliklə, Birinci Dünya müharibəsinin doğurduğu tarixi şəraitdən istifadə edən Azərbaycan xalqı həm şimalda, həm də cənubda özünün qədim dövlətçilik ənənələrini yenidən dirçəldə bildi, müstəqil yaşamağa layiq və qadir xalq olduğunu daha bir kərə sübuta yetirdi.
Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da parlamentli respublika tipli demokratik idarəçilik qaydalarının tətbiq olunmasına başlandı. Bu, Azərbaycan xalqının çox böyük tarixi nailiyyəti idi.

19.Azərbaycanda Sovet hakimiyyətin qurulması.
1920-ci il 28 apreldə Azərbaycan Sovet Sosialist Respublikası yaradıldı. N.Nərimanovun rəhbərliyi ilə Azərbaycan SSR Xalq Komissarları Soveti təşkil edildi. Buna baxmayaraq əsas hakimiyyət Müvəqqəti İnqilab Komitəsinə verildi. Müvəqqəti İnqilab Komitəsinin 1920-ci ilin müxtəlif aylarında qəbul etdiyi dekretlərə əsasən:
  • Qəza, mahal və kənd inqilab komitələri yaradıldı (3 may);
  • Meşələr, sular ve yeraltı sərvətlər milliləşdirildi;
  • Ordu və donanma yenidən təşkil edildi (7 may);
  • Xan, bəy və vəqf torpaqları müsadirə edildi (5 may);
  • Silki və mülki rütbələr ləğv edildi (12 may);
  • Vicdan azadlığı elan edildi (15 may);
  • Neft sənayesinin milliləşdirilməsi üçün “Azneft”in təşkil edilməsi (24 may);
  • Xəzər Ticarət Donanması, banklar və balıq sənayesi  milliləş-dirildi (iyun ayı);
  • Yoxsul komitələri yaradıldı(sentyabr);
  • Taxıl ticarəti dövlət inhisarına alındı (26 avqust);
  • Fövqəladə Komissiya və Ali İnqilabi Tribunal təsis edildi.

20.XX əsrin 70-80 ci illərində social-iqtisadi inkişaf.
XX əsrin 70-80-ci illəri Azərbaycan neft sənayesinin böyük nailiyyətləri ilə yadda qalaraq onun inkişafı, maddi-texniki bazasının möhkəmlənməsi illəri olmuşdur. Həmin illərdə respublikamızın neft sənayesinin bütün uğurları Azərbaycana rəhbərlik etmiş Heydər Əliyevin adı ilə sıx bağlıdır.
Bu illər Azərbaycan neftçiləri tərəfindən dənizin daha dərin sahələrinin mənimsənilməsi ilə səciyyələnmişdir. Məhz bu dövrdə görülən məqsədyönlü tədbirlər nəticəsində neft sənayesi möhkəmlənmiş və onun geniş infrastrukturu yaranmışdır. Azərbaycanda dəniz yataqlarının işlənilməsi üçün qazma qurğuları, dənizdə tikinti işlərini təmin etmək üçün xüsusi gəmilər, texnika və avadanlıq gətirilmiş, Bakı dərin dəniz özülləri zavodu kimi nəhəng strateji istehsalat qurğusu tikilmişdir. Bununla yanaşı neft emalı, neft-kimya sənayesinin və neft maşınqayırmasının inkişafında böyük sıçrayış olmuşdur.70-ci illərin əvvəllərindən etibarən Xəzərdə planlı surətdə geoloji-kəşfiyyat işlərinin təşkili və həyata keçirilməsi də Heydər Əliyevin misilsiz tarixi xidmətlərindəndir. Bu gün qətiyyətlə demək olar ki, Heydər Əliyevin bu illərdə respublikanın həyatının bütün sahələrində olduğu kimi neft sənayesində də gördüyü işlər onun uzaqgörən planlarının - Azərbaycanı "Əsrin müqaviləsi"nə, deməli xalqımızın müstəqilliyinə və rifahına doğru aparmaq niyyətlərinin əsasını təşkil edirdi.
Heydər Əliyevin dərindən düşünülmüş neft strategiyası nəticəsində Azərbaycan Xəzər dənizinin nəhəng enerji potensialını ilk mənimsəyən və regionun inkişafında keyfiyyətcə yeni iqtisadi modeli formalaşdıran, Avropa və Asiya arasında siyasi və ticarət əlaqələrinin genişləndirilməsində, Qafqaz nəqliyyat dəhlizinin inkişafında, İNOQEYT, TRASEKA və digər nəhəng layihələrin gerçəkləşməsində Xəzəryanı və Qafqaz regionunda mühüm rol oynayan bir dövlətə, dünyanın neft mərkəzlərindən birinə çevrilmişdir.
Bilet 5
21.Xilafətə qarşı azadlıq müharibəsi.Xürrəmilik.
748 -ci ildə  Müsafirin rəhbərliyi ilə Beyləqanda üsyan baş verdi. Üsyan tezliklə Bərdə və ərdəbilə yayıldı. 752-ci ildə Xilafət Müsafir üsyanını yatırdı.Xürrəmilər hərəkatı (VIII əsr - 837)Abbasilər xilafətinə qarşı ən amansız mübarizəni xürrəmilər aparmışlar. Xürrəmi sözünün mənası qədim pəhləvi dilində “əbədi od” və “əbədi günəş” deməkdir. Xürrəmilərin ideyalarına aiddir:Azərbaycanın istiqlaliyyətini yenidən bərpa etmək;Azərbaycanın qədim dini ayinlərini yenidən bərpa etmək;Torpağı və istehsal vasitələrini hakim təbəqənin əlindən almaq;Maddi nemətləri insanlar arasında bərabər bölmək;Bütün təbəqələrdən olan gənclər üçün azad kəbin hüququna nail olmaq.
Xürrəmilərin Xilafətə qarşı ilk üsyanı 778-ci ildə, ikinci üsyanı isə 808-ci ildə baş vermişdir. Lakin hər iki üsyan daxili ixtilaflar nəticəsində xüsusilə, Cavidan və Əbu İmran arasında gedən çəkişmə nəticəsində məğlub olmuşdur. 816-cı ildə daxili çəkişmələr hər iki xürrəmi liderinin   bir-birini öldürməsi ilə nəticələndi. Yaranmış şərait Babəki xürrəmilərin başçısına çevirdi. Babəkin ilk tədbirlərinə  aiddir:  
Öz adamlarını Azərbaycanın hər tərəfinə göndərərək əhalini Ərəb xilafətinə qarşı mübarizəyə səsləməsi;
Xürrəmilərin Ərəb xilafətinə qarşı mübarizəsinin uğur qazana bilməməsinin araşdırılması;
Xürrəmi dəsətlərində hərbi intizamın yaradılması;
Bəzz qalasının xürrəmilərin əsas  mərkəzinə çevrilməsi;
Azərbaycanın müxtəlif kənd və şəhərlərindən ərəblərin qovulması.
Babəkin rəhbərlik etdiyi Xürrəmi hərəkatının əsas hərəkətverici qüvvəsini kəndlilər təşkil edirdi. Bununla yanaşı şəhər yoxsulları, sənətkarlar, iri və orta feodallar da hərəkata qoşulmuşdular. İri və orta feodallar özlərinin itirilmiş imtiyazlarını bərpa etmək məqsədilə xürrəmi hərəkatına qoşulmuşdular.
819-cu ildə Abbasi xəlifəsi tərəfindən xürrəmilərə qarşı ilk nizami ordu göndərildi. Xürrəmilər qələbə qazanaraq bir sıra mühüm əraziləri ərəblərdən təmizlədilər.
IX əsrin 20-ci illərində Babəkin rəhbərliyi ilə Xürrəmi hərəkatı daha da genişləndi. 829-cu il I Həşdadsər döyüşündə Bəzz qalasını ələ keçirməyə çalışan ərəb ordusu məğlub oldu. Mübarizəni daha da artıran xürrəmilər  830-cu il I Həmədan döyüşündə qələbə qazanaraq Həmədan şəhərini ələ keçirdilər. Həmədanın itirilməsi nəticəsində Ərəb xilafətinin şərq torpaqları ilə əlaqəsi kəsilirdi. Məhz bununla razılaşmayan Xilafət xürrəmilərin üzərinə yeni bir ordu göndərdi.   833-cü il II Həmədan döyüşündə xürrəmilər məğlub oldu. Xəlifə Mötəsim Babəkə qarşı aparılan müharibədə aşağıdakı mühüm dəyi-şiklik etdi:Bizansla aparılan müharibəni dayandırdı; 
22.Monqol Basqınları və ona qarşı mübarizə.
Azərbaycan xalqı monqol əsarətinə qarşı daim mübarizə aparmışdır. Çox vaxt feodal zülmündən cana doymuş kəndlilər silahlı dəstələr düzəldir, monqol feodallarının mülklərinə basqınlar edir, onları öldürməkdən də çəkinmirdilər. Bəzən bu mübarizə yerli feodallar da qoşulur, kəndli dəstələrinə başçılıq edirdilər. Monqol zülmünün ilk illərində Qarabağda böyük üsyan oldu. Bu üsyana yerli hakim Həsən Cəlal başçılıq edirdi. Bir qədər sonra Şirvanda da böyük çıxışlar baş verdi. Şəhər  zəhmətkeşləri, sənətkarlar da bu çıxışlarda iştirak edirdilər. Belə çıxışlardan biri Təbriz şəhərində oldu. Bütün bu çıxışların çox ciddi xarakterli olmalarına baxmayaraq üsyançılar yaxşı silahlanmış, sayca daha çox olan qoşunlara ciddi müqavimət göstərə bilməyərək məğlubiyyətə düçar olurdu.
23.Azərbaycan kənd təsərrüfatında kapitalist münasibətlərin meydana gəlməsi.
XIX əsrin 50-60-cı illəri Şimali Azərbaycanda iqtisadi irəliləyiş, kapitalist münasibətlərinin təşəkkülü, fabrik və zavod tipli müəssisələrin meydana gəlməsi dövrüdür. 50-60-cı illərdə Azərbaycanda buxar qurğusu və muzdlu əməyin tətbiqinə əsaslanan iri fabrik istehsalı meydana çıxır. Bu dövrdə ölkəmizdə kapitalistcəsinə inkişaf edən əsas sənaye sahələri neft emalı, mis istehsalı, ipəksarıma sənaye sahələri olmuşdur. XIX əsrin 50-60-cı ilərində Azərbaycanın kənd təsərrüfatında da əvvəlki illərə nisbətən sözsüz ki, məhsul istehsalı artırdı. Bu, ilk növbədə yeni əkin sahələrinin yaradılması, meşə sahələrinin və otlaqların əkin üçün istifadə olunması, yeni, yüksək məhsuldar sortların istifadəsi, aqrotexniki tədbirlərin tətbiqi ilə bağlı idi. Bu dövrdə Rusiya bazarında Azərbaycandan aparılan kənd təsərrüfat məhsullarına- ipək, düyü, yun, quru meyvə və s. böyük ehtiyac vardı ki, bu da kənd təsərrüfatı məhsularının həm kəmiyyətcə, həm də keyfıyyətcə artımının əsas səbəblərindən biri idi.
24.Müharibədən Sonrakı dövrdə Azərbaycanın sosial və iqtisadi vəziyyəti.
Müharibə Azərbaycanın da sosial-iqtisadi durumuna güclü zərər vurmuşdu. Sənaye məhsulu 1945-ci ildə 1940-cı ilə nisbətən 22 faiz, neft istehsalı təqribən yarıbayarı azalmışdı. Kənd təsərrüfatındada ciddi geriləmə baş vermişdi. Pambıq istehsalı 1940-cı ilə nisbətən təqribən 3 dəfə, xam ipək istehsalı 2 dəfə azalmışdı. Əhalinin sayı 1940-cı ildəkindən (3304,1min) 17,65, faiz fəhlə və qulluqçuların sayı 60 mindən çox azalmışdı.
Müharibədən sonra Azərbaycanda təsərrüfatın bərpa və inkişaf etdirilməsinə başlandı.Tezliklə təsərrüfatın bütün sahələri dinc quruculuq müstəvisinə keçirilməli və sonra inkişaf etdirilməli idi. Bu vəzifələr 1946—1950-ci illəri əhatə edən dördüncü beşillik planda öz əksini tapmışdı. Həmin plana  görə sənaye məhsulu istehsalı müharibədən əvvəlikinə nisbətən18 faiz, kənd təsərrüfatı istehsalı isə 28,2 faiz artmalı idi. Ümumən, müharibədən sonrakı on il ərzində Azərbaycanda 108 yeni sənaye müəssisəsi tikilib istifadəyə verildi. Onlardan Bakı asbest-şifer zavodunu (1948), Qaradağ sement zavodunu (1951),Yeni neftayırma zavodunu (1953) və b.göstərmək olar.
Müharibədən sonra da əsas siyasi hakimiyyət Kommunist Partiyasının, onun Mərkəzi Komitəsinin Siyasi Bürosunun, xüsusən partiyanın rəhbəri İ.Stalinin əlində cəmləşmişdi.
25.Əsrin müqaviləsi.Azərbaycanda neft strategiyası.
"Əsrin müqaviləsi"nin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən düzgün neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.
Azərbaycanın neft sənayesinin, ümumiyyətlə, iqtisadiyyatının inkişafında yeni dövrün əsasını qoyan “Əsrin Müqaviləsi”nin imzalanması ilə başlamış iş XXI əsrdə Azərbaycanın dinamik inkişaf yolunu müəyyən etdi. 
“Əsrin müqaviləsi” 1994-cü il sentyabrın 20-də Bakıdakı “Gülüstan” sarayında imzalanmışdır. Dənizin dərinliyində yerləşən “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının işlənilməsi və məhsulun pay bölgüsü haqqında 400 səhifəlik bu müqavilə 4 dildə tərtib edilmişdir. “Əsrin müqaviləsi”ndə 8 ölkədən (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı) 13 şirkət (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edirdi. Bu müqavilə sonradan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 27 sazişin imzalanmasına yol açdı.
“Əsrin müqaviləsi” imzalanandan sonra onun iştirakçıları işçi strukturlar – Rəhbər Komitə, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) və Məsləhət Şurası yaratdılar. Həmin strukturlar hüquqi səlahiyyət qazandıqdan, yəni 1994-cü il dekabrın 2-də Azərbaycan Prezidenti xüsusi Fərman imzalayandan sonra fəaliyyətə başladılar.
26.Azərbaycanda Yeni Müstəqil feodal dövlətləri.
  IX əsrdə azadlıq müharibələrinin genişlənməsi səbəbindən Xilafət  getdikcə  zəiflədi.Abbasilər imperiyasının dağılması gedişində Azərbaycanda bir sıra müstəqil  feodal dövlətləri meydana gəldi.Belə bir şəraitdə xilafətin işğal etdiyi ölkələrdə yerli hökmdarlıqlar əmələ gəldi və onlar xilafətə tabe olmaqdan boyun qaçırdılar.
Şirvanşahlar dövləti ( 861 - 1538)

Ərəb mənşəli Məzyədilər Rəbiə tayfasının Şeybanilər nəslinə mənsub idilər. Məzyədilər sülaləsinin görkəmli nümayəndəsi Yezid Ibn Məzyəd Xilafətin zəifləməsindən istifadə edərək paytaxtı Bərdə olan yarımmüstəqil əmirlik qurdu.Məhəmməd ibn Məzyəd isə 859-cu ildə Gəncə şəhərini bərpa etdi. Arranın və əsasən, Bərdənin Sacilərin əlinə keçməsindən sonra Məzyədilər öz mərkəzlərini Şirvana köçürdülər.861 - ci ildə Heysam ibn Xalid Şirvanşah titulunu qəbul edərək  Şirvanın müstəqilliyini elan etdi. Şirvanşahlar dövlətinə aiddir:
  • Azərbaycanın şimal-şərq torpaqlarını əhatə etməsi;
  • Haşimilər tərəfindən idarə edilən Dərbənd əmirliyinin birləşdirilməsi (988-ci il);
  • Lahicanşahlığın birləşdirilməsi (917-ci il);
  • Dərbənd səddinin təmir edilməsi;
  • Əbu Tahirin hakimiyyəti illərində Şamaxının (Yezidiyyə) paytaxta çevrilməsi (918- ci il);
  • Qəbələ, Bərdə və Şabranın tabe edilməsi ( 981-983-cü illər).
Sacilər dövləti ( 879 - 941 )

Saci sülaləsinin banisi Əbu Sac Divdad olmuşdurO, Xilafətdən Azərbaycan torpaqlarını iqta kimi almışdı.879 - cu ildə Məhəmməd ibn Əbu Sac tərəfində Sacilər dövləti yarandı.Dövlətin paytaxtı əvvəlcə Marağa, sonra isə Ərdəbil oldu. Saci hökmdarları afşin titulu daşıyırdılar.Yusif ibn Əbu Sac:
  •  Sacilərin müstəqilliyini daha da möhkəmləndirdi;
  •  Xilafət xəzinəsinə vergi göndərilməsini dayandırdı (912 - ci il);
  •  Gürcü və erməni feodallarını məğlub etdi; 
  •  Tiflis, Kaxetiya və Ermənistanı ələ keçirdi;
  •  Gürcü və erməni hakimlərini özündən asılı hala saldı;
  •  Şirvanşahlar dövlətini asılı hala saldı;
  • “Dərbənd səddi”ni təmir etdirdi; 
  •  Bərdə, Marağa və Ərdəbildə öz adına pullar kəsdirdi;
  •  Azərbaycan torpaqlarını vahid şəkildə birləşdirdi.
 Abbasilər xilafətinin zəifləməsi nəticəsində Yaxın və Orta Şərq ölkələrində siyasi hərc-mərclik genişləndi. Yaranmış bu feodal özbaşınalığı nəticəsində Sacilər dövləti də zəiflədi. Sacilər dövlətinin daxi-lindəki feodal çəkişmələrindən istifadə edən Deyləm hakimi Mərzban ibn Məhəmməd 941-ci ildə sonuncu hökmdar Deysəmi hakimiyyətdən devirdi. Beləliklə, Sacilər dövlətinin varlığına son qoyuldu.
·                  Şəddadilər dövləti ( 971 - 1054 )

Şəddadilər Dəbil ərazisində yaşayırdılar.
Salarilər dövlətinin zəif-ləməsindən istifadə edən Məhəmməd ibn Şəddad 951-ci ildə Dəbil əmirliyini qurdu.
Məhəmməd ibn Şəddadın varisləri tərəfindən 971-ci ildə isə Şəddadilər dövlətini qurdu.
Dövlətin paytaxtı Gəncə, ərazisi isə Kür və Araz arasındakı torpaqları əhatə edirdi.
Fəzl ibn Məhəmmədin dövrü (985 - 1030)
  • Fəzl ibn Məhəmmədin hakimiyyəti illərində:
  • Şəddadilər dövləti qüvvətləndi;
  • Şəddadilərin hərbi qüdrəti artdı;
  • Gəncə ətrafındakı xırda feodal mülkləri ləğv edildi; 
  • Mərkəzi hakimiyyət möhkəmləndi;
  • Dəbili ələ keçirməyə çalışan Bizans-erməni qoşunları məğlub edildi (1037-ci il);
  • Tiflis müsəlman əmirliyinə hücum edən Bizans və gürcü feodallarının birləşmiş qüvvələri məğlub edildi (1038-ci il).
 Əbüləsvar Şavurun dövrü ( 1049 - 1067 )
  •  Əbüləsvar Şavurun hakimiyyəti illərində:
  •  Şəddadilər qüvvətləndi;
  •  Gürcü çarlığı ilə müharibə aparıldı;
  •  Şirvanşahlarla müharibə aparıldı;
  •  Gürcü çarı IV Baqratdan yardım alan alanlar Azərbaycana hücum etdi (1062-ci ildə);
  •  Gəncənin müdafiəsi möhkəmləndirildi;
  •  Ibrahim Osmanoğlu tərəfindən Gəncənin qala qapıları düzəldildi (1063-cü il);
·                  Rəvvadilər dövləti
Rəvvadilər dövlətinin qurucusu Əbulhica hesab olunur.Rəvvadilər dövlətinə aiddir:
  • Paytaxtın Təbriz olması;
  • Azərbaycanın cənub torpaqlarının birləşdirilməsi;
  • Oğuz köçünün baş verməsi (1028-ci il);
  • Muğan hakiminin asılı hala salınması;
  • Varlığına Böyük Səlcuq dövlətinin son qoyması.
 Azərbaycana yadelli yürüşləri
 IX-XI əsrlərdə Azərbaycanda feodal dağınıqlığının hökm sürməsi, vahid dövlətin olmaması və daxili çəkişmələr işğalçı qüvvələrin hücumunu asanlaşdırırdı. 910-cu ildə yenidən Xəzərsahili məntəqələrə hücum edən slavyanlar əhalini qarət etdilər. Gilan şahı tərəfindən məğlub edilən slavyanlar, geri qayıdarkən Şirvanşahlar tərəfindən də məğlub edildilər. 914-cü ildə daha böyük hərbi qüvvvə ilə hücuma keçən slavyanlar Xəzərsahili vilayətləri talan etdilər.
27.XIX yüzillikdə Azərbaycan mədəniyyəti.
XIX əsrdə Azərbaycan mədəniyyətində milliliklə ümumbəşərilik, milli-mənəvi dəyərlərlə, Şərq dəyərlərilə müasir, Avropa dəyərləri vəhdət təşkil etdi.Ulu Öndər Heydər Əliyev XIX əsr Azərbaycan mədəniyyəti haqqında demişdir: "XIX əsr bizim qazandığımız uğurların, o cümlədən, müstəqil dövlət qurmaq əzmimizin köklərini uzaq və yaxın tariximizdə, xüsusilə, XIX əsrdə formalaşmış və təşəkkül tapmış qaynaqlarda axtarıb tapmaq lazımdır. Bu qaynaqlar həm ayrı-ayrı görkəmli şəxsiyyətlərin, Abbasqulu Ağa Bakıxanovun və Mirzə Kazım bəy kimi nadir insanların çox uğurlu yaradıcılıq fəaliyyətində öz əksini tapmış, həm də birbaşa milli-maarifçilik ideyalarının gerçəkləşməsilə bağlı olmuşdur. Azərbaycanda məhz bu dövrdə demokratik mətbuat, anadilli məktəb, dünyəvi teatr yaranaraq, milli şüurun formalaşmasına güclü təkan verdi".

"Azərbaycan tarixi" kitabında isə XIX əsrin birinci yarısındakı Azərbaycan mədəniyyəti haqqında geniş məlumat verilmişdir. Burada göstərilir ki, XIX yüzilliyin birinci yarısı Azərbaycanın maarif işində yeni bir dövrüdür. Zəngin mədəni irsə malik olan xalqımızın qabaqcıl ziyalıları dünya mədəniyyətinin nailiyyətlərindən bəhrələnərək, müasir mədəni nailiyyətlər və ənənələr ruhunda inkişaf edir, Azərbaycanda xalq maarifini yüksəltməklə xalqın savadlanması qayğısına qalır, yeni tipli təhsil ocaqları açmaq üçün hakim dairələrə müraciətlər edir, çox çətinliklə də olsa, öz niyyətlərinə nail olurdular.

28.Bakıda 1918-ci il mart soyqırımı.

1918-ci ilin martında Rusiya bolşeviklərinin rəhbəri Vladimir Lenin bolşevik Stepan Şaumyanı Qafqaz fövqəladə komissarı təyin edərək Bakıya göndərmişdir. Bolşeviklər Bakıda hakimiyyəti ələ keçirmək adı ilə erməni daşnaklarının silahlı qüvvələrinin gizli niyyətləri üçün şərait yaratmışlar. Martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğını başlamışdır. Stepan Şaumyanın etirafına görə, dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin altı min silahlı əsgəri, eyni zamanda «Daşnaksütyun» partiyasının 3-4 minlik silahlı dəstəsi iştirak etmişdir. Mart qırğını zamanı Bakı şəhərinin təkcə bir yerində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 azərbaycanlı qadınının meyidi tapılmışdır. Gənc qadınların diri-diri divara mıxlanması, ermənilərin hücumundan sığınmağa çalışan iki min nəfərin yerləşdiyi şəhər xəstəxanasının yandırıldığı da bu dəhşətli faktlar sırasındadır.
Qaçıb canını qurtarmağa çalışan əhalini gülləbaran etmək üçün isə ermənilər şəhərin müvafiq yerlərində əvvəlcədən pulemyotlar yerləşdirmişdilər.
Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış, əhalisi məhv edilmişdir. 1920-ci ilin mayında ermənilərin və XI Qızıl Ordunun iştirakı ilə Gəncədə 12 mindən çox azərbaycanlı qətlə yetirilmişdir.




29.N.Nərimanovun ictimai-siyasi fəaliyyəti.

Nəriman Nərimanov Azərbaycanın inqilabi-demokratik ədəbiyyatı və ictimai fikri tarixində görkəmli rol
oynamıĢdır. Onun inqilabdan əvvəl zəhmətkeĢ kütlələr arasında müəllim, həkim, jurnalist, nasir, rejissor, aktyor və görkəmli dramaturq kimi Ģöhrət qazanması təsadüfi deyildi. N.Nərimanov sözün həqiqi mənasında mübariz bir vətənpərvər idi. O, bütün  ədəbi-elmi yaradıcılığı və ictimai fəaliyyəti ilə taleyini doğma xalqın taleyinəbağlamıĢ, çətinliklərlə dolu Ģərəfli bir həyat yolu keçmiĢdir.Nəriman Kərbəlayi Nəcəf oğlu Nərimanov 1870-ci il aprel ayının 14-də Tiflis Ģəhərində, yoxsul bir ailədəanadan olmuĢdur. Anası Həlimə xanımın Ģirin nağılları,  əmisi Əlimirzənin ürəkaçan söhbətləri  və qardaĢı
Salmanın dilindən eĢitdiyi Ģeirlər kiçik yaĢlarından Nərimanın mənəvi qidasına çevrilmiĢdi. Balaca Nəriman ağıllı davranıĢı, iti zəkası, həssaslığı və mehribanlığı ilə öz yaĢıdlarından seçilirdi. Onun elmə,  ədəbiyyata coĢqun həvəsi hamının qəlbində ümid çırağı yandırmıĢdı. Ona görə də 1879-cu ildə Nərimanı Tiflisdə Qafqaz Ģeyxülislamının nəzarəti altında olan altısinifli məktəbə qoyurlar. Zaqafqaziya maarif müfəttiĢliyinə tabe olan bu məktəbdə proqrama Ģəriət, Azərbaycan, fars və ərəb dilləri daxil edilsə də, dərslər əsasən rus dilində keçirilirdi. Odur ki, Nəriman ciddi çalıĢır, çoxlu mütaliə edirdi. Bu da ona təhsilini davam etdirmək üçün Qori ĢəhərindəkiZaqafqaziya müəllimlər seminariyasına hazırlaĢmağa imkan yaradırdı.

30.tekrar.15 suala bax.

Bilet 7.

31.Azərbaycanda Səlcuq Türklərinin hakimiyyəti.
Böyük Səlcuq dövlətinin yaranmasından sonra Cənubi Qafqaz və Azərbaycana səlcuq hücumları gücləndi. 1066-cı ildə Şirvanşahların tabe edilməsi ilə bütün Azərbaycan torpaqları Böyük Səlcuq imperiyasının tərkibinə daxil oldu. Səlcuqların Azərbaycanda asanlıqla möhkəmlənməsinin səbəbləri:
  • Azərbaycanda çoxlu oğuz tayfalarının olması;
  • Bizans, erməni və gürcü təcavüzkarlığının  qarşısının alınmasında Cənubi Qafqaz əhalisinin Səlcuqlara müttəfiq kimi baxması;
  • Azərbaycanda siyasi pərakəndəliyin hökm sürməsi.
Azərbaycanın Böyük Səlcuq imperiyasının tərkibinə daxil olmasının nəticələri:  
  • Azərbaycan xalqının təşəkkül prosesi sürətləndi;
  • Azərbaycan xalqı Cənubi Qafqazda və Ön  Asiyada başlıca etnik amilə çevrildi;
  • Gürcü, erməni və Bizans qüvvələrinə zərbə endirildi (1048 - ci il);
  • İslam Azərbaycanda möhkəmləndi;
  • Azərbaycan Yaxın və Orta Şərqdəki iqtisadi, siyasi və mədəni proseslərə qoşuldu;
  • Uc torpaq sahibliyi yarandı;
  • Rəvvadilər və Şəddadilər dövlətinə son qoyuldu;
  • Şirvanşahlar asılı hala salındı.
32.Cənubi Azərbaycan 1905-1911-ci illər inqilabi dövründə.
1905-1911-ci illər inqilabı ərəfəsində Cənubi Azərbaycanda mövcud siyasi-iqtisadi vəziyyətə aiddir:
  • Feodal istismarının güclənməsi;
  • Vergilərin artırılması;
  • Xarici kapitalın güclənməsi (əsasən, Rusiya və İngiltərə);
  • Yerli burjuaziyanın xarici kapitala qarşı mübarizə aparması.
1905-ci il dekabrın 12-dən Tehranda əhalinin “Bəstə” oturması ilə  İranda inqilab başladı. “Bəstə” oturanların əsas tələbləri Məşrutənin (konstitusiya) qəbul edilməsi və xarici məmurların ölkədən qovulması idi.1907-ci il fevralın 8-də Təbrizdə “gizli mərkəz”in rəhbərliyi ilə ilk silahlı üsyan baş verdi və şəhərdə real hakimiyyət Əyalət şurasının əlinə keçdi.1907-ci ilin yazından İran inqilabının ağırlıq mərkəzi Təbriz şəhərinə keçməyə başladı. Məhz buna görə də İran Məclisi konstitusiyanı yenidən qəbul etməyə məcbur oldu. Lakin Məhəmmədəli şah 1908-ci il iyulun 23-də yenidən çevriliş etdi. Məhz bunun nəticəsində Təbriz başda olmaqla Cənubi Azərbaycan İran inqilabının əsas mərkə-zinə çevrildi.1908-ci il ildə əksinqilabi qüvvələrin Təbrizə hücumu gücləndi. Səttarxan (“Sərdari-milli”) və Bağırxanın (“Salare-milli”) rəhbərlik etdiyi Təbriz mücahidləri şah qüvvələrini məğlub etdilər. Bu qələbədən sonra 1908-ci ilin noyabr-dekabr və 1909-cu ilin yanvar aylarında Maku istisna olmaqla Cənubi Azərbaycanın bütün qərb vilayətləri əksinqilabçılardan təmizləndi.1909-cu ilin yanvarın sonunda Təbriz yenidən əksinqilabçıların hücumuna məruz qaldı. Bununla yanaşı İngiltərə ilə əlbir olan Rusiya aprelin 25-də Cənubi Azərbaycana ordu yeritdi. May ayının əvvəllərindən başlayaraq ruslar mücahidləri tərk-silah etməyə başladılar.1909-cu ilin əvvəllərində Məhəmmədəli şah devrildi və konstitusiya yenidən bərpa edildi.  1910-cu ildə Səttarxan və Bağırxan Tehrana dəvət edildilər. Lakin xəyanətə əl atan əksinqilabçılar Səttar-xanın dəstələrini tərk-silah edərək 1911-ci il dekabrın 28-də inqilaba son qoydular.
33.ADR-in Yaranması.
ADR 27 may 1918-ci ildə Tiflis şəhərində Azərbaycan Milli Şurası tərəfindən bəyan edilmişdir. İrəvan şəhəri və quberniya əraziləri güzəştə gedildikdən sonra 1918-ci il mayın 28-də özünün müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 99908,86 km² təşkil edirdi. 13983,1 km² ərazi isə mübahisəli ərazi kimi qəbul olunaraq gələcək danışıqlar prosesində həll olunması nəzərdə tutulmuşdu. Ermənistana güzəşt edilən İrəvan quberniyasının ərazisi 8913,17 km² (ərazisi – Yeni-Bəyazid qəzası, İrəvan qəzasının 3/5-i, Eçmiədzin qəzasının ¼-i, Aleksandropol qəzasının ¼-i daxil idi  ; əhalisi 321 min nəfər olmuşdur ki, bunun da 230 mini erməni , 80 min müsəlman , 5 min yezidi kürd və 6 min digər millətlər) təşkil edirdi. Edilən güzəştdən sonra ermənilər Azərbaycanın Naxçıvan, Zəngəzur  Dağlıq Qarabağərazilənin Ermənistana birləşdirilməsi iddiası ilə çıxış etdilər. Lakin 1918-1920-ci illərdə İrəvan quberniyasından başqa əraziləri ələ keçirə bilməyən ermənilər 1920-ci il aprelin 28-də, Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra bolşeviklərin himayəsi ilə yeni ərazilər əldə etməyə nail oldular.

34.Mədəni quruculuq.Kütləvi siyasi represiyalar.
Azərbaycanda sovet hakimiyyəti qurulduğu ildən başlayaraq əsas hakimiyyət kommunist partiyasının əlində idi. 1920-ci ilin ortalarından etibarən başlayan sosialist yenidənqurması nəticəsində:
  • Totalitar sosializm cəmiyyəti quruldu;
  • İstehsal vasitələri ictimai mülkiyyət adı altında dövlətin əlində cəmləşdi;
  • Əhalinin sosial tərkibində əsaslı dəyişikliklər baş verdi;
  • İctimai mülkiyyət yarandı;
  • Bazar iqtisadiyyatına son qoyuldu;
  • Kütlələrdə bərabərçilik psixologiyası formalaşdırılmağa başlandı.
1936-cı il dekabrın 5-də SSRİ-nin yeni konstitusiyası qəbul edildi. Yeni konstitusiyaya görə Zaqafqaziya federasiyası ləğv edildi və Azərbaycan birbaşa SSRİ-nin tərkibinə daxil edildi. 1937-ci il martın 10-da Azərbaycan SSR-in II konstitusiyası qəbul edildi.
1934-cü ildə M.C.Bağırov Azərbaycan Kommunist Partiyasının rəhbərliyinə gətirildi. M.C.Bağırovun hakimiyyətə gəlməsi Azərbaycan Kommunist partiyası rəhbərliyində uzun müddət sabitliyin baş verməsinə gətirib çıxardı. Onun hakimiyyəti illərində(1934-1953):
  • Kütləvi repressiyalar başladı;
  • Cənubi Azərbaycandan Şimali Azərbaycana gələnlər təkrar İrana deportasiya edildi;
  • Milli ziyalılar “xəyanətdə”, “cəsusluq” və  “əksinqilabi” fəaliyyətdə günahladırılaraq öldürülür və ya Sibirə sürgün edilirdi;
  • Daxili İşlər orqanlarında ermənilə daha çox mövqey tuturdu.

35.Qurtuluş hərəkatı.Heydər Əliyev.

Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.
 Dövləti olmayan xalq ölümə məhkumdur. Dövlətçilik xalqın “ölüm, ya olum” məsələsidir.Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan  dövlətçiliyini xilas etməsində, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtarmaqda idi. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir.

Bilet 8.

36. Ərəblərin Az-da inzibati idarə və vergi sistemi.
Xəlifə Hişam dövründə (724-743), ərəblərin Azərbaycan və Arrandakı vergi siyasəti köklü dəyişikliyə məruz qaldı: buradakı Əməvi hakimləri cizyəni xəzinəyə böyük gəlir gətirən vergilərdən biri kimi fərqləndirməyə başladılar.
Torpaq vergisi və can vergisindən əlavə aşağıdakı vergilər alınırdı: xüms – mülkiyyətdən və əmlakdan alınan, gəlirin 1/5 bərabər olan vergi; zəkat – yoxsulların xeyrinə varlı müsəlmanların əmlakından tutulan vergi; zəkat əl-fitr – orucluğun başa çatması münasibətilə verilən pay – fitrə; sədəqə – yoxsullara verilən ianə; uşr – məhsulun 1/10 bərabər vergi.
Xüms – pul və ya natura şəklində dinc yolla ələ keçirilmiş əmlakdan, əmək haqqından, mədən və dəfinələrdən, kafir və ya zimminin müsəlmandan satın aldığı torpaqdan, əsirlər də daxil olmaqla hərbi qənimətlərdən alınırdı. Dəyəri ailənin illik xərcindən artıq olan əmlak satın alındıqda və ya müxtəlif peşə sahiblərinin gəlirləri illik məxaricdən çox olanda xüms ödənilməli idi.
Zəkat – ildə bir dəfə alınırdı; bu vergi dənli bitkilər (düyü və lobyadan başqa), giləmeyvələr, daş-qaş və ev heyvanları üzərinə qoyulurdu. Buğda və arpadan zəkat yetişəndən sonra alınır, üzüm üçün isə qora dövründə müəyyənləşdirilirdi.
Zəkat əl-fitrə – ildə bir dəfə, orucluq ayının başa çatması münasibətilə varlı müsəlman ailəsinin yetkinlik yaşına çatmış hər bir üzvünə görə ödənilirdi. Fitrə məhsul və ya pulla ödənilə bilərdi. Onun qədəri 3 kq buğdaya, arpaya və ya çəltiyə, xurmaya, kişmişə, qarğıdalıya və başqa məhsullara bərabər idi.
Uşr – hər il əkinçilik, heyvandarlıq, balıqçılıq məhsullarından satış üçün nəzərdə tutulan və qiyməti 200 dirhəmdən artıq olan başqa məhsullardan natura ilə alınan onda bir vergisi idi.
Şirvanda (Bakıda) bunlardan başqa neft və duz mənbələri üzərinə də vergi qoyulmuşdu...
37.Azərbaycan Səlcuq imperiyasının tərkibində.Bax sual 31.




38.Qaraqoyunlular dövləti.
Oğuzların Baharlı nəslinə mənsub olan Qaraqoyunlular Ərzincan, Sivas və Kürdüstanda yaşayırdılar.Qaraqoyunlu sülaləsinin banisi Bayram Xoca hesab olunur.Qara Məhəmmədin dövründə (1380 - 1389) mərkəzi Van şəhəri olan Qaraqoyunlu tayfa ittifaqı quruldu.Məhəmmədə aiddir:
  • Cəlairilərlə mübarizə aparılması;
  • Təbrizə hücum edilməsi (1382-ci ildə);
  • Mardin hökmdarı Məcdəddin İsanın məğlub edilməsi (1384-cü il);
  • Ağqoyunlularla mübarizənin genişlənməsi;
  • Çapaqçur döyüşündə Əmir Teymurun məğlub edilməsi    (1387-ci il);
  • Cəlairilərin müqavimətinin qırılaraq yenidən Təbrizin tutulması (1388-ci ildə);
  • Qara Pir Həsən tərəfindən qətlə yetirilməsi (1389-cu ildə).
Qara Yusifin dövrü (1389 - 1420)
  • Qaraqoyunlu tayfa başçısı Qara Yusifə aiddir:
  • Əmir Teymurla mübarizə aparması;
  • Pir Həsənin məğlub edilməsi;
  • Bağdad döyüşündə Cəlairilərlə birlikdə Əmir Teymura məğlub olması (1394-cü il);
  • Sultan Əhməd Cəlairi ilə birlikdə Misirə qaçması və Misir hökmdarı tərəfindən həbs edilməsi;
  • Əmir Teymurun ölümündən sonra Sultan Əhməd Cəlairi ilə birlikdə Azərbaycana qayıtması;
  • I Şənbi-Qazan döyüşündə Teymuri Əbubəkri məğlub etməsi (1406-cı il);
  • Sərdrud döyüşündə Miranşahı məğlub etməsi (1408-ci il);
  • II Şənbi-Qazan döyüşündə Əhməd Cəlairini məğlub etməsi (1410-cu il).
  • Teymurilərin tamamilə Azərbaycandan qovulması.
1410 - cu ildə Qara Yusifin rəhbərliyi ilə Qaraqoyunlu dövləti yarandı.Paytaxtı Təbriz olan Qaraqoyunlu dövlətinə Kürdən cənubdakı Azərbaycan torpaqları, Ərməniyyə, Kürdüstan, Gürcüstanın bir hissəsi, Qərbi Iran və Qərbi Iraq daxil idi.1411-ciildə Qara Yusif oğlu Pirbudağı sultan elan etdi.Buna baxmayaraq dövlətin yüksək idarəçilik hüququ Qara Yusifin əlində qalırdı.1412-ci ildə Qara Yusif Şirvanşah I İbrahimi məğlub edərək Şirvanşahlar dövlətini özündən asılı hala saldı.Lakin 1417-ci ildə Şirvanşah I Xəlilullah hakimiyyətə gəldikdən sonra Qaraqoyunlu dövlətinə tabe olmaqdan imtina etdi.O, hətta Qara Yusifə qarşı Teymuri hökmdarı Şahruxla ittifaq bağladı.Qardaşlarının intiqamını almaq məqsədi ilə Şahrux 1418 və 1420-ci illərdə Azərbaycana hücum etsə də, öz məqsədinə çata bilmədi.1420-ci ildə Qara Yusifin ölümündən istifadə edən Şahrux yenidən Azərbaycana hücum edərək 1421-ci il Alaşkert döyüşündə Qaraqoyunluları məğlub etdiahrux Azərbaycandakı feodallara özünün ali hakimiyyətini tanıdaraq Herata qayıtdı.Şahruxun Herata qayıtmasından istifadə edən Qara İsgəndər öz qüvvələrini yenidən toplayaraq 1427-ci ildə Şirvana hücum etdi.Onun bu addımına cavab olaraq Şahrux yenidən Azərbaycana yürüş edərək Salmas yaxınlığında Qaraqoyunluları yenidən məğlub etdiahrux Qara İsgəndərin yerinə Qaraqoyunlu taxtına Əbu Səidi çıxardı.Lakin Əbu Səid Qara İsgəndər tərəfindən öldürüldü.Öz hakimiyyətini yenidən möhkəmləndirən Qara İsgəndər 1434-cü ildə yenidən Şirvana hücum etdi.Qara İsgəndərin bu addımı Şahruxun yenidən Azərbaycana hücum etməsinə səbəb oldu.1435-ci ildə Şirvanşahlar və Teymurilərin birləşmiş qüvvələri Təbriz yaxınlığında Qara İsgəndəri məğlub etdilər. Qələbə qazanan Şahrux Qaraqoyunlu taxtına Cahanşahı çıxardı.
 Qaraqoyunlu dövlətinin süqutunun səbəbləri:
  •   Mərkəzi hakimiyyətin zəif olması;
  •   Daxili çəkişmələrin güclənməsi;
  •   Feodalların mərkəzi hakimiyyətə tabe olmaması;
  •   Ağır vergilər və xalq kütlələrinin vəziyyətinin ağırlaşması;
  •   Feodal çəkişmələrinin güclənməsi;
  •   Ağqoyunluların mübarizə aparması;
   Sülalə üzvlərinin qiyam qaldırması.
  1468 - ci ildə Uzun Həsən Qaraqoyunlu dövlətinin varlığına son qoydu.
   Dövlət idarəsi
  • Qaraqoyunlu dövlətinin idarə sisteminə aiddir:
  • Şah (sultan)-dövləti idarə edirdi;
  • Əmir - əl - ümərə ( əmirlər əmiri )-orduya rəhbərlik edirdi;
  • Sədrəzəm (mövlana)-ruhanilərə başçılıq edir, vəqf vergilərini toplayır və məhkəmə işlərini qaydaya salırdı;
  • Baş vəzir (sahibi - divan) - dövlətin daxili və xarici işlərinə nəzarət edirdi.

39.Milli hökümətin Aqrar siyasəti XX əsrin əvvəllərində.
40.1990 ci il 20 yanvar qırğını.
Qara Yanvar və ya 20 Yanvar faciəsi  1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun, erməni quldur dəstələri ilə birgəAzərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı.
Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş,1990-cı ilin 20 yanvarında ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.Həmin faciəli günlərdə öz ölkəsinin,xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.
Böyük itkilərlə,günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi.

Bilet 9.
41.Girdiman Knyazlığı.Daxili və xarici siyasət.
Sasani işğalı ərəfəsində Albaniyanın ərazisi şimalda Qafqaz dağlarından Araz çayına qədər, qərbdə İberiyadan Xəzər dənizinə qədər uzanırdı. Albaniya aşağıdakı vilayətlərdən ibarət idi:
  • Çola vilayəti- Dərbənd səddinin yərləşdiyi ərazidən Beşbarmaq dağına qədər Xəzər dənizi boyunca uzanırdı. “Dəmir qapı”  da bu vilayətdə yerləşirdi;
  • Lipina- Çola və Şəki arasinda yerləşirdi. Albaniyanın paytaxtı Qəbələ  də bu vilayətdə idi;
  • Uti- Kür çayının sağ sahilində yerləşirdi;
  • Paytakaran- Mil və Muğan düzlərinin bir hissəsini əhatə edirdi;
  • Arsax- Sağsahili Albaniyanı, indiki  Qarabağın dağlıq hissəsini və Mil düzünü əhətə edirdi;
  • Şəki-Albaniyanın şimal-qərbində yerləşirdi.
E.ə. II əsrdən başlayaraq Albaniyanı idarə edən Aranilər sülaləsi  eramızın I əsrində Arşakilər sülaləsi ilə əvəz edildi. Arşakilər sülaləsinin görkəmli nümayəndəsi I Cəsur Vaçaqan III əsrdə bütün Albaniyanın vilayətlərini vahid şəkildə birləşdirdi. I Vaçenin         (255-262) Roma ilə yaxınlaşmasına baxmayaraq Sasani işğalının qarşısı alına bilmədi və 262-cı ildə Sasanilər Albaniyanı işğal etdilər. Albaniyanın Sasanilər tərəfindən işğal edilməsi I Şapurun Nəqşi-Rüstəm məbədinin divarında həkk etdiyi yazıda öz əksini tapmışdir. Sanatürkün (290 - 338) hakimiyyəti illərində Romanın işğalçılıq və xristianlaşdırma siyasətinə qarşı mübarizə aparılırdı. Lakin məğlub olan Sanatürk Arsax, Kaspiana və Marlar ərazilərini itirdi.

Комментариев нет:

Отправить комментарий